Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə41/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   37   38   39   40   41   42   43   44   ...   88

 

 

238



Allah, məni özün öldür

Özgəyə minnət olmasın! 

 

Balaca uşaqların yalın ayaqlarına, qız-gəlinlərin xəzan 



yarpaqları kimi solğun çöhrələrinə baxdıqca adamın ürəyi dağ-

lanır. Amandır, onların yanında “evə gedirəm”, “evim var” 

deməyin,  əyninizə  təzə paltar, ayağınıza yun corab, isti ayaq-

qabı geyinib onları yoluxmağa getməyin. Qaçqınlar yaman köv-

rək olurlar-dərdlərini təzələməyin... Kim saldı bizi bu kökə, 

allah, yəni bu günahsız adamların ah naləsi yerdə qalacaq?.. 

Zakir Tahirovun on altı yaşlı oğlu  Hüseyndən heç bir xəbəri 

yoxdur, ağlamaqdan anasının gözləri kor olub. Xəlil və 

Süleyman Quliyevlər böyük qardaşlarının meyidini almadan 

Sumqayıta qayıtmaq istəmirlər. Yunus və Adil öz atalarının 

cəsədini ermənilərin benzinlə dəyişdirmələrinə qəti etiraz edirl-

ər. Ömrünü-gününü kolxoza sərf edən zəhmətkeş,  əliqabarlı, 

süfrəsi halal çörəkli Şamı kişini heç vaxt ağlayan görməmişdim. 

Kişilər də  ağlayarmış. Yaşlı gözləri ilə üzümə baxıb sanki 

demək istəyirdi: “Yenidənqurma budur?”, “Suverenlik buna 

deyirlər?”, “Demokratiya belə olur?..” “Əgər belədisə tfu bun-

ların hamısına”... 

 

Gördüyün o kənd deyil, 



Yurd yeridir, yurd deyil. 

Nə deyim, nə danışım, 

Danışmalı dərd deyil... 

 

Ancaq bütün məşəqqətlər kəndin igid oğlanlarını  -Əsədov 

qardaşlarını,  Ələmdarı, Etibarı,  Şəhriyarı, Ramizi, xəstəxanada 

yaralı yatan Yunusu, Qeysi, Məmmədi, Yaşarı  və başqalarını 

sarsıda bilməmişdir. 

Gözəl riyaziyyatçı Miraslan müəllimin doqquz-on yaşlı oğlu 

Şövqi nənəsinin ağlar gözlərinə baxıb  əllərini onun çiyninə 



 

 

239



qoyub: “Nənə, ağlama, bax budur deyirəm, sənin kəndini özüm 

alacağam” sözlərindən təsəlli tapıram. Dərdlərinə heç bir çarə 

tapa bilmədiyim anamı Sumqayıta gətirən günün axşamı bu 

neçə gündə heç bir rahatlıq bilməyən, hər gün rayon rəhbər-

liyini divara dirəyib günahlandıran, mənə “Dayoğlu, bunlarla 

müəllim kimi danışma” deyən, uzaq-uzaq qarlı  aşırımlara 

qalxıb kəndini görmək arzusuyla təpələrdən boylanan jurnalist 

Nemət Veysəlliyə  zəng çaldım, sabah Sumqayıta gedəcəyimi 

bildirdim. Nə desə yaxşıdır?- 

“Orda bizimkilərə  və  mənim iş yerimə bildir ki, kəndimizi 

erməni quldurlarından almayınca geri qayıtmayacağam.” 

Yuxarı Veysəllinin ağsaqqallarından olan Qulu Həsənovun, 

çoxlarına analıq eləmiş Zöhrə bacının, onların gəlini Nəzakət 

xanımın, Eldar bəyin qaçqınlara ilk yardımını görəndə ürəyim-

də ümid qığılcımları sezildi... Xeyrimin, şərimin yiyəsi olan

axır nəfəsimdə istinadgahım bildiyim, qəbristanlığında bir parça 

torpmağımı saxlayan kəndimiz haqqında çox bədbinliklə başla-

dığım bu yazını nikbin sonluqla bitirib nöqtə qoymaq istəyirdim 

ki, radio dalğalarında Xocalı faciəsini eşitdim. Belim qırıldı.. 

qollarım sınıb yanıma düşdü.... bu da bir məşəqqət... 

 

Bizlərə olan oldu, 

Yurdumuz talan oldu. 

Dərdinizi eşitdim 

Öz dərdim yalan oldu... 

26 fevral 1992-ci il 

 

 



 

 

240



BU DÜNYA BELƏ QALMAZ 

 

Nə qədər çalışıram dostlarımla, tanış-bilişlərimlə həmsöhbət 



oluram ki, bir qədər yüngüllük tapım, təskinlik, təsəlli, ümid 

əldə edim, mümkün olmur ki, olmur. Məni qınamayın, qatarda 

bir neçə saatlıq yol yoldaşı olduğun adamdan ayrılanda istər-

istəməz ürəyin narahat duyğularla dolur. Hətta bəzən lap gözlə-

rin də yaşarır. Bəs necə ola bilər ki, əsrlərlə dədə-babadan bizə 

əmanət qalan, ölümüzün, dirimizin sahibi, acılı-şirinli xatirələri-

mizin beşiyi, ağır məqamlarda arxamız, dayağımız olan doğma 

torpaqlarımızdan, Vətən sözünün ilk başlanğıcı bildiyimiz, quş 

kimi isti qucağından pərvazlanıb uçduğumuz doğma evdən, el-

dən, obadan zorla didərgin salınasan və tarixin görmədiyi bu 

dözülməz dərdləri unudasan? Yox qardaş, nə edirsən et, bu dərd 

yaddan çıxan deyil.. Əlimiz çatmayan, ünümüz yetməyən, bu 

gün erməni quldurlarının, erməni başkəsənlərinin  əllərində 

yaralı qartal balası kimi çırpına-çırpına qalan kəndlərimizi, 

dədə-baba ocaqlarımızı  və başımıza gətirilən bu fəlakətləri 

unutmaq mümkün deyil... 

Yuxarı Veysəlli kəndi ermənilər üçün hərbi strateji əhəmiy-

yətə malik olan çoğrafi məkanda yerləşirdi. Bu kənd hər tərəf-

dən erməni kəndlərini-Çartaz, Maşadkənd, Sos, Keşi, Kert, 

İsfançıq, Ketxort... və son zamanlar sözün əsl mənasında ilan-

çalan yuvasına çevrilmiş Martuni rayonunun beş addımlığında 

yerləşirdi. 10 mindən çox əhalisi olan Çartaz kəndinin və onun 

qonşuluğunda yerləşən digər erməni kəndlərinin yolu Yuxarı 

Veysəllidən keçirdi. Aralıq qarışandan bəri veysəllilər həmin 

yolu bağlamışdılar. Son zamanlar kənd camaatının maddi 

vəziyyəti xeyli yaxşılaşmışdı. Yalan olmasın, hərənin otuz-qırx 

qoyunu, beş-on mal-qarası, yüzlərlə toyuq-cücəsi vardı. Kəndə 

xüsusi gözəllik verən, üstü ağ dəmirli daş evlər, səliqə-səhmanlı 

həyət-bacalar, barlı-bəhərli bağlar, bağçalar, evlərə çəkilən qaz, 

elektrik enerjisi, sərin bulaq suyu, telefon xətti və s.ox olub 




 

 

241



ermənilərin gözünə batırdı. Ona görə də nəyin bahasına olursa-

olsun onlar bu kəndi məhv etmək istəyirdilər. Füzuli rayonun-

dan lazımi köməkliyi ala bilməyən və öz mənafelərindən başqa 

heç nəyi düşünməyən ikiüzlü siyasət yeridən başsız başçıları-

mızın soyuqqanlılığı ucbatından Yuxarı Veysəlli də başqa kənd-

lərimiz kimi ermənilər və onların havadarları tərəfindən darma-

dağın edildi. Vaxtı ilə kəndin keşiyində dayanan əsgərlər deyir-

lər ki, beş qumbaraatanın olmamasına görə bu vəziyyətə düş-

dük. Əgər həmin gecə bizə kömək gəlsə idi, biz güclü hücumla 

erməniləri kənddə yuva salmağa qoymazdıq. Bayatıların birində 

deyildiyi kimi: 

 

Əzizinəm ordu bada, 



Yol gedər Ordubada. 

Sərkərdə igid olsa, 

Heç getməz ordu bada

 

Anam və böyük oğlum atamın vəfatından sonra kənddə 



yaşayırdılar. Son zamanlar şəhər həyatı  məni çox sıxdığından 

özüm də  kəndimizə getmək istəyirdim. Bacılarım da “daha 

şəhərdə yaşamaq çətinləşib, çıx gəl kəndimizə”,-deyə  məni 

təkidlə oradakı evimizə çağırırdılar. Kənd məktəbində müəl-

limlik etmək və bir də öz təsərrüfatımızla məşğul olmaq fikrin-

dəydim. Bağımızda baş-başa verən ərik, gilas, armud, alma, ən-

cir, nar, gavalı və s. ağacların nazı ilə oynamaq, onlara əməlli-

başlı qulluq etmək arzusundaydım.Yaxşı deyiblər ki, sən saydı-

ğını say, gör fələk nə sayır. “Son zamanlar nə isə ürəyimə dam-

mış kimi kəndimizin və orada qızları, nəvələri ilə ömür-gün 

keçirən anamın görüşünə tez-tez gedərdim. Anam hər dəfə “Ay 

bala, vəziyyət gərgindir, gəl bu inəkləri, qoyunları apar, sat, 

saxlamaq da çətindir”-deyərdi. Lakin təzəcə doğmuş qoyunları-

mızı, inəklərimizi satmağa ürəyim gəlmirdi. Elə bil ki, Əhrimən 

kimi ancaq pis əməllər və şər işlər üçün dünyaya gəlmiş, şahmat 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə