Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə39/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   35   36   37   38   39   40   41   42   ...   88

 

 

231



Ay oğul, mən sizdən hünər gözlərəm

Qələbə gözlərəm, zəfər gözlərəm, 

Hər gün “Xəbərçi”dən xəbər gözlərəm, 

Mənə yetişəsi, mənə çatası 

Əsgər atasıyam, əsgər atası. 

 

İgid səngərləri od-ocaq yerim, 



Şəhid məzarları yatacaq yerim. 

Sənsən ümid yerim, tutacaq yerim, 

Ey yaylım atəşi, zəfər sədası, 

Əsgər atasıyam, əsgər atası. 

 

*** 


 

ƏSGƏR ATASININ MƏKTUBU 

 

Gözüm yığışmayıb yollardan hələ, 

Əllərim uzanıb Vətənə sarı. 

Bütün əsgərlərə, komandirlərə 

Oxu bu məktubda yazılanları. 

 

Tez-tez evdən ötrü qəlbi darıxan  



Təzə əsgərlərin önündə oxu. 

Yuvası dağılan, yurdu dağılan 

Əsgər atasının məktubudur bu. 

 

Ürəyim çırpınmaz, nəbzim döyünməz,  



Mənim sizin kimi arxam olmasa. 

Kiçik bir zəfər də üzümə gülməz 

Böyük qələbəyə inam olmasa! 

 

 



 


 

 

232



İnamla danışıb dinsin hər əsgər, 

Yurdumuz bürünsün toy libasına. 

Əsgər paltarını geyinməyənlər 

Çox da tələsməsin bəy libasına. 

 

Ölmərəm gözlərəm o günü, qardaş- 



Bayrağım Şuşaya sancılan günü. 

Bu bağlı yolların düyünü, qardaş, 

Atəş xətlərində açılan günü. 

 

Sözüm isitməsə soyuq səngəri, 



Könlüm perik düşər öz yuvasından. 

Vətəni işğalda olan əsgərin 

Marşı gözəl olar bəy havasından. 

 

Bu vətən eşqinə, bu yurd eşqinə, 



Qələbə çalmağı öyrət oğluma. 

Şahin tək şığıyıb düşmən üstünə 

İntiqam almağı öyrət oğluma. 

 

Sevməyi də öyrət əsgər balama



Yurd üçün canından keçər sevənlər. 

Zirvədə bir şahin göstər balama 

Görsün ki, vətəni necə sevərlər. 

 

Ona səxavəti mən öyrətmişəm, 



Əzmi, cəsarəti sən öyrədərsən. 

Dosta sədaqəti mən öyrətmişəm, 

Düşmənə nifrəti sən öyrədərsən! 

 

*** 



2001 

 



 

 

233



Millətin torpaqları  işğal oluna bilər, öz baş bilənləri onun 

mənafelərini sata bilərlər, millət həm daxildən, həm də xaricdən 

düşmənlərlə əhətə oluna bilər, yeməyə çörək də tapmaz, torpaq-

ları ilə birlikdə adını-sanını da itirə bilər. Ancaq ruhunu və 

əzmini itirməzsə, millət bu fəlakətlərin hamısından salamat çıxa 

bilər. 


Qazi Mustafa Kamal Atatürk 

 

QARABAĞDA TALAN VAR 

Ata-baba ocağım, ümidim, gümanım, arxam, dayağım, hər 

yay uşaqlarımın pənah gətirdikləri, heç vaxt məni dostlarımın 

yanında xəcalət qoymayan, həmişə ilıq nəfəsini sinəmdə duydu-

ğum, əllərini ata əli kimi çiynimə qoyan Yuxarı Veysəlli kəndi-

nin hər yolu, hər cığırı, hər döngəsi, hər gülü, hər tikanı mənim 

üçün müqəddəsdir. Göyərçin xəyallarımın,  şirin xatirələrimin, 

sonsuz arzularımın beşiyi idi bu kənd. “İdi” deyirəm. Ona görə 

ki, ha baxdım, baxdım qara buludlara baş qoyan qayalarını, 

üzümlü,  əncirli, narlı bağlarını, günəşin  şəfəqlərini ayna kimi 

özündə  əks etdirən işıqlı, yaraşıqlı, səliqə- səhmanlı evlərini, 

sığallı  həyət-bağçalarını görə bilmədim. “Qaya” bulağının, 

“Qara kəhrizinin”, “Soltanalı” kəhrizinin saf, təmiz, diş göy-

nədən sularına həsrət qaldım.. Atamdan yadigar qalan və mənə 

sanki dünyanın hər yerindən görünən, ağsaçlı anamın və böyük 

oğlum Rövşənin sığındığı evimizə boylandım, görünmürdü. 

Həmişə qonaq-qaralı olan, deyib-gülən, toylu-mağarlı kəndi-

mizin yollarını erməni quldurları  və onların havadarları bağla-

mışlar. Pərən-pərən olmuşdu əzizlərim. Ölənlərin cəsədlərini də 

ala bilmədik əclaflardan... “Kişi ağlamaz”- deyirlər. Ancaq mən 

elə bu sətirləri ağlaya-ağlaya yazıram. Sanıram ki, daha mənim 

bu dünyada hec nəyim, heç kəsim, heç kimim yoxdur. Arxasız, 

köməksiz qalmış, ümidi hər yerdən üzülmüş bir Allah bəndə-



 

 

234



siyəm. Atamın cırağını söndürdülər vicdansızlar... Atamı yuxu-

da gördüm o gecə, necə də sınıxmışdı?! Dedi ki, hamıdan çox 

səndən inciyirəm, niyə tez-tez gəlmirsən? Qızlarını, nəvələrini, 

bütün qohumlarını, qonum-qonşuları bircə -bircə  xəbər aldı, “ 

Bizi niyə bu kafirlərin, qan içənlərin əlində qoydunuz ,oğlum?”-

dedi. Matım-mutum qurudu. 

Balaca Cavidin də sorğularına cavab tapa bilmədim.”Ata, 

daha bizim kəndimiz yoxdur? Biz bir də  kəndimizə gedə 

bilməyəcəyik? Axı  mən Novruz bayramında ora getmək istə-

yirəm..” 

Fevral ayının 22-də eşitdim bu xəbəri. Qoy “Əşrəf Veysəlli 6 

martda anadan olub 22 fevralda qətlə yetirilib”-desinlər. Qoy 

bundan sonra yazacağım cızma-qaraların altında adımı qara 

çərçivədə qara hərflərlə yazsınlar. 

Bəli, 22 fevralda eşitdim bu ağır xəbəri.  İş yerində idim. 

Telefonum zəng çaldı. Götürdüm, həyəcanlı bir səs gəldi: 

“Dayı, sənsən? “Mənəm”,-dedim... Sən demə, mənim heç nədən 

xəbərim yox imiş, bacoğluma da yalan demişəm. 

Bir azdan öyrəndim ki, səhər saat 3-də erməni quldurları, 

onların muzdlu havadarları zirehli maşınlar və böyük texnika ilə 

kəndimizin üstünə hücum çəkib, körpələrin yuxusunu, cavan-

ların arzusunu, qocaların həyat istəklərini güllələyiblər.. Özü də 

necə? 

 

ANAMIN DEDİKLƏRİNDƏN 



 

“Onsuz da beş ildir yuxumuz ərşə  çəkilib, indi də hövlnak 

qalxdıq yerimizdən, tankların vahiməli uğultusunu, dəhşətli 

odun, alovun üstümüzə necə yağdığını görsəydin, bilərdin ki, 

biz o gecə necə cəhənnəm əzabı çəkmişik. Qara gəlsin o gecəni, 

necə ki, qara gəldi. Qızlarımı, nəvələrimi birtəhər yola saldım. 

Allah Borana kömək olsun, yaman yerdə dadıma çatdı. Uşaqları 

ötürüb təzədən evimizə qayıdırdım. Ağlım başımda yox idi. 




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə