Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə38/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   34   35   36   37   38   39   40   41   ...   88

 

 

225



Üz tutub getməyə bir pənahım yox, 

Nurlu axşamım yox, al sabahım yox. 

Qəlbim yox, qəbrim yox, qibləgahım yox, 

Kasıb yaşayıram sənsiz, a kəndim. 

 

*** 


1994 

 

QARABAĞIM 



 

Bir kövrək umud kimi, 

Kaman kimi, ud kimi, 

Qaralan bulud kimi, 

A dolan Qarabağım. 

 

Sınıb elin qüruru, 



Sönüb gözümün nuru. 

Sən ey indi bir quru 

Ad olan Qarabağım. 

 

Qoşulub bir axına, 



Enib Kür qırağına. 

Yada yaxın, yaxına 

Yad olan Qarabağım. 

 

Üzeyirin səsindən, 



Xanın zənguləsindən, 

A Cabbar zirvəsindən  

Atılan Qarabağım. 

 

Qırıldı o səs niyə 



Dönüb oldu mərsiyə? 

Vəzifəyə, kürsüyə 

Satılan Qarabağım. 



 

 

226



Atamın çağrışında 

Anamın göz yaşında, 

A bağrımın başında 

Çat olan Qarabağım. 

 

Əsrin sərt oyununda, 



Bu namərd oyununda, 

Siyasət oyununda 

Mat olan Qarabağım. 

 

Bir od düşüb taxtıma, 



Mənəvi paytaxtıma. 

Yanıb qara baxtıma 

Qatılan Qarabağım. 

 

*** 



1995 

 

VƏTƏN DARDADIR  

 

Dağlarım bürünüb dumana, çənə, 

Bu dünya gözümə qaranlıq gəlir. 

Murdar əl toxunub Xudafərinə

Arazın suları bulanlıq gəlir. 

 

Bir də o yerlərə dönsəm..ya qismət... 



Pozulub növrağım, əhdim, ilqarım. 

Oldu yada qismət, qanlıya qismət 

Qanım bahasına qazandıqlarım. 

 

Şuşa-Vətənimin Eyfel qülləsi, 



Dağılıb tökülür düzlərə doğru. 

Min ölüm gülləsi, min top lüləsi, 

Yüz ildir tuşlanıb bizlərə doğru. 



 

 

227



Bu torpaq dil açıb imdad istəyir, 

Yaralı çağında, dərdli çağında. 

Yüz ildir özünə ölüm bəsləyir 

Doğma Qarabağım öz qucağında. 

 

Həcər qızlarımız düşüb zindana, 



“Qazamat dalını dələsən, Nəbi” 

Daşnaqlar od vurub Azərbaycana, 

“Mənim bu günümdə gələsən, Nəbi”. 

 

Qocaldıb dağları Xocalı dərdi, 



Düşmən tapdağında Laçındır qalan. 

O Ağdam, Ağdərə, O Kəlbəcərdi 

O sənin anandır, bacındır, balam. 

 

Tutuldu Füzuli, yandı Zəngilan... 



O uçub dağılan Vətən sənindir. 

Naləsi göylərdən ildırım salan 

Arazda boğulan Vətən sənindir. 

 

Hirsimdən gözlərim olub qan kimi, 



Yenə də bəxtimin yatan vaxtıdır. 

İndi Qarabağın Xuraman kimi 

Özünü qayadan atan vaxtıdır. 

 

Gözümün odudur o yurd, o işıq, 



O mənəm-yıxılan vüqar dağından. 

Bəsdir əsrlərlə yatıb qalmışıq, 

Bəsdir! Çıxmalıyıq fil qulağından. 

 

 



 


 

 

228



Yağılar kor qoyub gözümü oğlum, 

Ahım babaların gorundan çıxır. 

Araza atmışam özümü,oğlum, 

Cəsədim balıqçı torundan çıxır. 

 

Millətim tapdanır ayaqlar altda, 



Gəl, bu gün arxasan, köməksən mənə. 

Qeyrətim tapdanır ayaqlar altda, 

Bəs hansı günümdə gərəksən mənə?! 

 

Bu daşlar, qayalar dönsün qılınca, 



Qarlı zirvələrdən qoy keçsin yolum. 

Məğlub bir ölkənin şahı olunca, 

Qalib bir ölkənin şəhidi olum! 

 

*** 



1994 

 

BİRDİR 

Özüdür özünün yaşıdı elə, 

Çoxdankı arifdir, naşıdır elə. 

Bu dünya dəyirman daşıdı elə, 

Unu eynidirsə taxılı birdir. 

 

Ehtiyac içində biri baxsa da



Biri xəlvət-xəlvət qapıb tıxsa da, 

Biri nökərsə də, biri şahsa da, 

Dünyanın sonuncu nağılı birdir. 

 

Kövrəlib nərgizi, dolub jaləsi, 



Solub bənövşəsi, solub laləsi... 

Bu dünya çoxuna qəm piyaləsi, 

Şərabı, şərbəti, çaxırı birdir. 



 

 

229



Biri gecə-gündüz kef içindədir

Dindirsən görərsən kif içindədir. 

Sərvəti min bağlı seyf içindədir, 

Cibliyi, gözlüyü, daxılı birdir. 

 

Suları bulanlıq, suları duru, 



Nə qədər cavabsız sualı durur. 

Hamı öz ağzına su alır, durur 

Elə bil hamının paxırı birdir. 

 

Biri yaxşı bilir-yerindir, gedir, 



Biri saymazyana-harındır,gedir. 

Biri dopdoluca qarındır, gedir, 

Qoy getsin, hamının axırı birdir. 

 

Ay Əşrəf, sən indi nə söylədin ki?! 



Qəflət yuxusundan qalxaq... çətin ki. 

Bəxtəvər başına o millətin ki, 

Uşağı, cavanı, ahılı birdir. 

 

*** 



1994 

 

 

 


 

 

230



ƏSGƏR ATASIYAM 

Ulu yaradandan imdad istərəm, 

Əsən küləklərdən qanad istərəm. 

Bir ocaq istərəm, bir od istərəm, 

Könlüm isinəsi, əlim yatası 

Əsgər atasıyam, əsgər atası. 

 

Dizinin xətası dizimə gəlsin, 



Gözünün qadası gözümə gəlsin. 

Gəlirsə qoy mənim özümə gəlsin

Çovğunun, boranın, qarın xətası 

Əsgər atasıyam, əsgər atası. 

 

Bir ana qəfildən bitdi yanımda, 



O da özü boyda dərddi yanımda. 

Poçtalyon fikirli ötdü yanımdan, 

Üzümə gülmədi meşin çantası 

Əsgər atasıyam, əsgər atası. 

 

Güllərdən bir çələng hörüm, göndərim, 



Yanından gələn var görüm, göndərim. 

Bütün çiçəklərdən dərim, göndərim, 

Hər gülün öz ətri, çətri, butası 

Əsgər atasıyam, əsgər atası. 

 

Nəyim var bir quru candan savayı, 



Qan tutmuş qılıncdan, qından savayı. 

Mənim kimim var ki, səndən savayı, 

Əldən yapışası, qoldan tutası 

Əsgər atasıyam, əsgər atası. 

 

 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə