Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə34/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   30   31   32   33   34   35   36   37   ...   88

 

 

202



ifadəsini görürük. Füzulinin Veysəllli kəndindən Bakıya, ali 

təhsil almağa yollananda Əşrəf iyirmi yaşını  yenicə adlamışdı. 

Ali təhsil illərindən sonra həyatını büsbütün Sumqayıta bağla-

yan  Əşrəf Veysəlli üçün o zamanlar Veysəlli həsrəti ani idi

istəyəndə gedib öz doğma kəndini görə bilirdi. Amma indi 

nəinki Veysəlli, bir vaxt şeirlərində gözəlliklərini vəsf etdiyi 

Şuşa, Tərtər çayı, Ərgünəş də ürəyində həsrət dağına dönüb: 

 

Gözəl Qarabağın acı həsrəti, 

Ömrümü talayır, könlümü didir. 

Orda uşaqlığım əsirlikdədir, 

Burda qocalığım xəcalət çəkir.  

 

Əşrəf Veysəllinin bir qarabağlı kimi keçirdiyi mənəvi əzab-

ları biz də anlayırıq. Ona görə də şəxsən onu qınamaq olmaz ki, 

niyə Veysəlliyə gedə bilməməyini özünə  dərd edir

“Qayabulağ”ın yad əllərdə olmağına dözmür,” qaçqın” sözün-

dən acığı gəldiyini gizlətmir. Bunu qarabağlı da ürəyindən keçi-

rir, qarabağlı olmayan da..... bu söhbətə kimsə  rəng qatmasın, 

amma  Əşrəfin hissləri bizə daha doğma görünür, çünki o 

torpaqların, o kəhrizlərin, o qayaların, o çayların, o meşələrin 

qoynunda boya-başa çatıb. 

Onun  şeirlərində  gələcək qələbənin rəhni yolları da göstə-

rilir. O da Birlikdir, xalqın bütün zümrələrinin, iqtidarlı-müxali-

fətli nümayəndələrinin bir araya gəlməsidir. Amma birlik baş 

tutmur. 


 

Yenə fikirləri baş-başa gəldi, 

Başı sağolmuşlar birləşə bilmir. 

Bir doğma ananın iki övladı, 

Əkiz doğulmuşlar birləşə bilmir. 

 

 

 


 

 

203



Fikirli çağında, dərdli çağında, 

Yanıb yaxın durmur dost da,yaxın da. 

Güllə qabağında, top qabağında, 

Küncə sıxılmışlar birləşə bilmir. 

 

Öz eli, obası əlindən çıxan, 

Torpağı, havası əlindən çıxan, 

Öz yurdu-yuvası əlindən çıxan, 

Eviyıxılmışlar birləşə bilmir. 

 

Əşrəfin  şeirlərini dərdli  şeirlər də adlandırmaq olar. O dərd 



ki, hamımızın dərdidir və bir şair qələmində poeziyanın da 

dərdinə çevrilirsə, bunu şairin uğuru sayırıq. Amma hər dərdi, 

içində kədəri şahə qalxan şeir də poeziyanın dərdinə çevrilmir. 

Burda gərək poetik istedadın gücü, qüvvəsi bilinə. 

Əşrəf Veysəlli faciəmizin səbəblərini, köklərini də axtarır və 

bir şeirində yazır ki: 

 

Axır Qarabağda günahsız qanım, 

Səbri tükənibdir torpağın, daşın. 

Mən yenə inanım? Yenə aldanım? 

Gördüm vəfasını “Böyük qardaşın”. 

 

Günahkar özüməm, özüməm bir də, 

Qardaş dediyimin iyrənc əlidir. 

Gözümüz qıpığa, sinəmiz dərdə, 

Başımız qapaza öyrəncəlidir. 

 

Başqa bir şeirdə- “Məni qoymadılar sözümü deyəm”-Əşrəf 



Veysəlli  reallıqda, gerçəklikdə çəkdiyi mənəvi  əzablardan  söz 

açır. Həyat  çox  mürəkkəb  və  təzadlıdır, şair  bu  təzadların 

insan taleyində yaratdığı çarpaşıq, ziddiyyətli dönəmləri qələmə 

alır.  Şairin təsvir etdiyi lirik qəhrəman (əslində,  şairin özü) 




 

 

204



məmləkətdə, yaşadığı  mühitdə, cəmiyyətdə    baş verən mənfi 

olayların birbaşa onun həyatından yan keçmədiyini dilə gətirir: 



 

Bir yanıq kamanam, bir qırıq sazam, 

Köksü dağım –dağım dağlanmış  neyəm. 

Məni qoymadılar şeirimi yazam, 

Məni qoymadılar sözümü deyəm, 

 

Nə vaxtdır  çarmıxa çəkiblər məni

İri düşmənlərim, xırda dostlarım. 

Bizi Qarabağda qırır erməni, 

Yıxıb sürüyürlər burda dostlarım. 

 

İsitmək qüdrətim çatarmı mənim, 

Donuq vicdanları, soyuq qanları. 

Üzü qara olsun bu zəmanənin, 

Xəcalət eylədi qəhrəmanları... 

 

Ə.Veysəllinin “Qarabağnamə”sində  (bu mövzuda yazdığı 



şeirləri  şərti olaraq belə adlandırmaq mümkünsə) təkcə  həsrət, 

qəm və nostalgiya hissləri deyil, həm də nikbinlik, qələbəmizə 

inam hissi də öz əksini tapır. “Əsgər atasının məktubu”, “Əsgər 

atasıyam”, “Vətən dardadır”  şeirləri də  hərbi vətənpərvərlik 

ruhunda qələmə alınıb və hiss olunur ki, Ə.Veysəlli bu şeirlərdə 

özünü zorlamır, yəni təbliğat xatirinə deyil, müharibənin bizim 

qələbəmizlə başa çatacağına böyük inam hissi ilə oxucuya üz 

tutub. 


Çağırış ruhu “Vətən dardadır”  şeirində daha parlaq şəkildə 

öz təcəssümünü tapır:  

 

Gözümün odudur o yurd, o işıq,  

O mənəm- yıxılan vüqar dağından.  

Bəsdir, əsrlərlə yatıb qalmışıq.  

Bəsdir! Çıxmalıyıq fil qulağından.  



 

 

205



Bu daşlar, qayalar dönsün qılınca,  

Qarlı zirvələrdən qoy keçsin yolum.  

Məğlub bir ölkənin şahı olunca,  

Qalib bir ölkənin şəhidi olum!  

 

 “Əsgər atasının məktubu” və  “Əsgər atasıyam”  şeirlərində 

isə çağırış harayı daha gur səslənir. Bu şeirlərdə inam hissi, 

qələbə arzusu ön plandadır. 

 

Ürəyim çırpınmaz, nəbzim döyünməz, 



Mənim sizin kimi arxam olmasa. 

Kiçik bir zəfər də üzümə gülməz, 

Böyük qələbəyə inam  olmasa! 

 

Ölmərəm, gözlərəm o günü qardaş- 

Bayrağım Şuşaya sancılan günü. 

Bu bağlı yolların düyünü, qardaş, 

Atəş xətlərində açılan günü.  

 

Söhbətimizə Əşrəf Veysəllinin “Başına daş düşsün, yıxılsın, 

ölsün. Kimin ki, əlindən  Şuşası getdi” nisgilli  bir şeiri ilə 

başlamışdıq.  Şuşa bizim mədəniyyətin beşiyi olan məkan idi. 

Biz onu müvəqqəti də olsa, itirdik. Amma yenə qayıdacağıq o 

gözəl -möcüzəli  şəhərə. Bilmirəm. yad tapdağında olan Şuşa 

möcüzəsindən bir əsər-əlamət qalacaqmı? Amma onu bilirəm 

ki, lap fantastik bir arzu da olsa, Əşrəf Veysəlli ilə birgə 

olacağıq o şəhərdə  və  Əşrəfin 1969-cu ildə  Şuşaya həsr etdiyi 

şeiri də yenə onun dilindən eşidəcəyik: 

 

Dolayıb belimə əyri yolları, 

Seyrinə çıxmışam bir məmləkətin. 

Qolları-bir doğma ana qolları, 

Yolları-bir ömrün yolundan çətin. 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə