Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə31/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   27   28   29   30   31   32   33   34   ...   88

 

 

184



Daşlar dilim-dilimdir. 

Çınqıllar-barmaqlarım, 

Çarpanaqlar-əlimdir. 

Qobustan, qranitdən 

Yonulmuş heykəlimdir. 

Son ayaqda daşlaşan 

Daş olub, qardaşlaşan 

Şeirimdir, bayatımdır. 

“Cahargahım” , “Zabulum” 

“Şurumdur”, “Heyratımdır”. 

O, mənim ömrüm-günüm 

O mənim həyatımdır! 

 

*** 


 

HAYANA APARIR BU YOLLAR MƏNİ 

 

Qartal qayaların baxışı ağır, 

Təhlükə tökülür qaşqabağından. 

Yolların qırılmaq qorxusu yağır 

Zirehli dağların daş papağından, 

Hayana aparır bu yollar məni? 

 

Qara buludların qılıncı qında, 



Əlində çayların ömür yelkəni. 

Qalıb fikirlərim yol ayrıcında, 

Çəkir məngənəyə suallar məni, 

Hayana aparır bu yollar məni? 

 

Qırmızı, ağappaq yalanlar kimi, 



Gah günəş aldadır, gah da qar məni. 

Qıvrılıb açılır ilanlar kimi, 

Buynuzu içində olanlar kimi, 

Hayana aparır bu yollar məni? 




 

 

185



Keçər üstümüzdən vaxt yeyin-yeyin, 

Bir də görərsən ki, axdı bu yollar. 

Yox-yox, acizliyin, ümidsizliyin 

Gözünə sancılan oxdu bu yollar

Hayana aparır bu yollar məni? 

 

Köhlən zirvələrin, daş xurcunların 



Könlündə, gözündə intizar bitib. 

Ayağım altında daş uçqunları, 

Başımın üstündə qayalar bitib. 

Hayana aparır bu yollar məni? 

 

Qorxuya sədd olan qədim bəndlərin 



Köksü şırım-şırım, zədən-zədəndir. 

O dağ zirvəsinə qonan kəndlərin 

Divar daşları da vahimədəndir, 

Hayana aparır bu yollar məni? 

 

Nurlu kəhkəşandır  vətən yolları, 



Gah oddan adlayır, gah sudan keçir. 

Bəlkə gözəlliyə gedən yolların 

Çoxu təhlükədən, qorxudan keçir?! 

Hayana aparır bu yollar məni? 

 

Yoxsa bu yolların mənzil başında 



Könlümü yaşadan ümid yeri var

Hər gün gəzər məni, axtarar məni? 

Ömür yollarıdır bəlkə bu yollar, 

Hayana aparır bu yollar məni?! 

 

*** 



 

 

186



NƏĞMƏLİ DAĞLAR 

 

Aparın, aparın məni dağlara, 

Aparın Xan qızı baxan yerlərə. 

Qızıl sırğa kimi qızıl günəşi 

Otlar qulağına taxan yerlərə. 

Yağının fikrində min qan, min qada, 

Fəlakət yağışı yağdıranda da, 

Cəsarət selləri axan yerlərə. 

 

Hər bulaq başında, çay kənarında 



Fışqırdı lalələr indi qan kimi. 

Ağardı saçları alçaların da, 

Qısqanc təbiətli bir eşq oğlunun 

Saçı bir gecədə ağaran kimi. 

Nəğmə boğçasına döndü bağ, bərə, 

Şaxtanın qılıncı qına çəkildi. 

Qoynu əfsanəli daş tarixlərə 

Kəklik ayağından xına çəkildi. 

Qalxdı göbələktək yerdən çadırlar, 

Ay düşdü üstünə, oldu süd kimi. 

Meşə dənizində yelkən çadırlar 

Sanki göydən düşdü paraşüt kimi. 

Quşlar nəğmə tutub dimdiklərində, 

Quşlar da uçuşur üzü bahara. 

Payızda arana baş alıb gedən 

Yollar da dağlara qayıdır indi. 

Aparın, aparın məni dağlara, 

Yaşıl nəğmələrin toyudur indi. 

 

Sular elə şəffaf, elə safdı ki, 



Gümüş bulaqların aynalarında 

Gözəllər saçını daraya bilər. 




 

 

187



Aparın, aparın məni dağlara, 

Ömür-gün o qədər nainsafdı ki, 

Bir qəfil ayrılıq araya girər, 

Barı bircə gecə meşədə qalım... 

Qorxmayıb ahından ildırımların, 

Yatım bir qocaman palıd yanında. 

Bir az büllurlaşsın fikrim, xəyalım 

Zülmət dərələrin ağ dumanında. 

Bir az nəğmə yığım, bir az söz yığım, 

Bir də bu yerləri hardan taparam. 

Sıyrılıb qınından imkansızlığın 

Bu dilbər guşəni gəlib görməyə 

Kim bilir, nə vədə imkan taparam. 

Bu təmiz havadan, işıqlı sudan 

Gözümdə olsa da gərək aparam. 

Çəkim əllərimi otların üstə, 

Bir az nəğmələşsin kobud əllərim, 

Onlar çox borcludur bu həyat üçün

Bir az gözlərimlə bənövşə dərim, 

Bir az bahar yığım ehtiyat üçün. 

Yüyən cığırlardan tutum, 

o ki var 

O tərs yoxuşlarla fikrim güləşsin. 

Köhlən zirvələrə qalxım, 

qayalar 

Ayağım altında üzəngiləşsin. 

Görsəniz heyrətdən lal olmuşam mən, 

Gəzdirib, gəzdirib, gətirin məni 

Bir dilli-dilavər bulaq başına, 

Ömrümün qocalıq pillələrindən 

Təzədən qayıdım on beş yaşıma. 

Görüşüm ilk arzum, ilk istəyimlə, 

Hər dağı, dərəni gəzim doyunca, 



 

 

188



Əlimlə, gözümlə, lap ürəyimlə 

O sərt qayalarda bir iz qoyunca. 

Gülsün gözlərimdə min arzu istək, 

Gülsün gözlərimdə həyat inamı. 

Üstünə gün düşən güney qarıtək 

Ərisin arada həsrət dumanı. 

Ulduz yağışında, nur yağışında, 

Çiçək yağışında, gül yağışında 

Dərələr, təpələr yuyunur indi. 

Aparın, aparın məni dağlara, 

Yaşıl nəğmələrin toyudur indi! 

 

*** 



 

TƏRTƏR ÇAYI 

 

Qayaları gözəlliyin keşiyində dayanar, 

Çiçəkləri günəşin al rənginə boyanar. 

Nəğməsindən torpağın yatan bəxti oyanar, 

Bulud da zirvələrdən sallanıb öpər çayı, 

Məni məftun edibdir yurdumun Tərtər çayı. 

 

Burda dadı başqadır sevincin də, qəmin də, 



Hay-həşirdir bayaqdan meşələrin bəmində. 

Ləpələr nə oxuyur yenə öz aləmində

Fərəh, sevinc bürüyüb qəmdən bixəbər çayı, 

Məni məftun edibdir yurdumun Tərtər çayı. 

 

Nəğmələri şən ömrün, gözəl çağın davamı. 



Ceyran gözlü min suyun, min bulağın davamı, 

“Əyri qarın” davamı, “Dəli dağın” davamı, 

Yanımca yüyürməkdən bürüyübdür tər çayı, 

Məni məftun edibdir yurdumun Tərtər çayı. 




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə