Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə27/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   23   24   25   26   27   28   29   30   ...   88

 

 

158



Hicran çəpərindən keçə bilmədik

Vüsal çeşməsindən içə bilmədik. 

Biz çox qanadlandıq, uça bilmədik, 

Niyə görünmürsən heç ondan bəri. 

 

İndi aramızın arası azdır, 



İndi aramızda təkcə Arazdır. 

Arazı kələklə, Arazı azdır, 

Arazı dilə tut, keç ondan bəri

 



 

AXI, MƏN NƏ BİLƏYDİM 

Əllərinə baxıram, 

Yadıma nələr düşür .. 

Tellərinə baxıram- 

Gözlərimin önündən 

Durna qatarı kimi  

Xatirələr ötüşür. 

Uşaq vaxtı axı mən 

Bir az nadinc olmuşam, 

Üzünü cırmaqlayıb, 

Tellərini yolmuşam. 

Neçə dəfə anam da  

Qulağımı burubdur. 

Mən o qızı vuranda 

O da məni vurubdu. 

Ağ olmuşam üzünə, 

Baxmamışam sözünə, 

Onu yenə döymüşəm

Mənim əlim qurusun. 

 



 

 

159



Ona “çor”da demişəm, 

Mənim dilim qurusun. 

Mən onda uşaq idim.... 

Mən onda şıltaq idim... 

Axı, mən nə biləydim 

Şirin söz, söhbət nədir, 

Axı, mən nə biləydim 

Onda məhəbbət nədir... 

Ömrüm-günüm, onları  

Yadına  da salma heç. 

Bəsdir, bəsdir, kövrəlib 

Xəyallara dalma heç. 

Əllərinə vurmuşam, 

Əllərindən öpüm gəl. 

Tellərini yolmuşam, 

Tellərindən öpüm gəl. 

 

*** 


 

 

 


 

 

160



BİLİR 

 

O sevda dəmindən uzaqdır hələ, 



Məni də özündən çox uzaq bilir. 

Mənim sevdiyim gül uşaqdır hələ, 

Ülvi hisslərimi oyuncaq bilir. 

 

Başına dolanım, dönüm bu eşqin



Yolunda alışım yanım bu eşqin. 

Məni məndən alıb mənim bu eşqim, 

Nə oğul anlayır, nə uşaq bilir. 

 

Ömrümün gülşəni bilirəm onu, 



Hər gün səcdəsinə gəlirəm onun. 

Ölürəm dərdindən, ölürəm onun, 

Necə öldüyümü bir Allah bilir. 

 

*** 



2015 

 

 


 

 

161



SEVGIDIR 

 

Canı can istəyir, qanı qan çəkir, 

Bu pünhan duyğunu adı sevgidir. 

Balıncı başımın altından çəkir, 

Bu odur,  

Bu odur, 

Odur – sevgidir. 

 

Haqsız qınaqsa da, nahaq qansa da, 



Qəfil sınaqsa da, imtahansa da, 

Ondan neçə kərə ağzım yansa da, 

Ağzımın ləzzəti, dadı sevgidir. 

 

Ey durub qəsdimə, yol kəsən gözəl, 



Mənim taleyimsən bəlkə sən, gözəl. 

Olsan ürəyimə yol gəzən, gözəl, 

Mənim ürəyimin kodu sevgidir. 

18 avqust 2015 

 

SEVGİ ŞEİRLƏRİ YAZIRAM HƏLƏ 

 

Bir cüt göz boylanar gözlər içindən, 

Qırx ilin həsrəti sızlar içimdə. 

Onun bənzərini qızlar içində 

Görcək, ünvanımı azıram hələ, 

Sevgi şeirləri yazıram hələ. 

 

Gah havaya həsrət, gah suya həsrət 



Neylərdim o zərif duyğuya həsrət?.. 

Qan sızan gözlərim yuxuya həsrət  

Məni sevənlərə, mən sevənlərə 



 

 

162



Sevgi şeirləri yazıram hələ. 

 

Söz ki məhəbbətə, eşqə söykənər 



Dönər ev tikənə, işıq çəkənə. 

Sevgi tükənəndə ömür tükənər

Odur ki, qəlbimlə verib əl-ələ, 

Sevgi şeirləri yazıram hələ. 

 

Neçə ölümlərdən keçdim, ölmədim, 



Ölmədi dərdimdən heç kim, ölmədi. 

Özüm öləndə də eşqim ölmədi, 

Onun hər cövrünə hazıram hələ, 

Sevgi şeirləri yazıram hələ. 

 

Dalımca danışıb söyməsin heç kəs, 



Düz olan işimi əyməsin heç kəs. 

Bu yaşda xətrimə dəyməsin heç kəs, 

Getsin öz işinin dalınca hərə, 

Sevgi şeirləri yazıram hələ. 

 

 Eşqim düşürməsin atından məni, 



Yansam, ayırmasın odundan məni. 

Əzrail çıxartsın yadından məni, 

Lap belə fələin özü də gələ 

Sevgi şeirləri yazıram hələ. 



20 avqust 2015 

 

 



 

 

 


 

 

163



 

 

 


 

 

164



 

 

 



 

 

 


 

 

165



DƏYDİ  BU YERLƏRƏ YAZ QƏDƏMLƏRİ 

 

Susmuş bulaqların köksü çağladı, 

“Güneydə lalələr bayrağa döndü”. 

Şaxəli şimşəklər ulu dağların 

Əlində yellənən şallağa döndü. 

 

Çılğın baxışlarda min arzu, istək, 



Titrədi könlümün kövrək simləri. 

Bir yanan səhraya yağan yağıştək 

Dəydi bu yerlərə yaz qədəmləri. 

 

Yollar sevinclərə şaxələndilər, 



Bəxtinə gün doğdu “bəxti kəmlərin.” 

Qapımı qaranquş döydü bu səhər, 

Dəydi bu yerlərə yaz qədəmləri. 

 

Dağlar qucaqlayıb dumanı, çəni, 



Verdi sinəsini xəfif yellərə. 

Bahar öz sözünü, öz nəğməsini 

Əlvan boyalarla yazdı çöllərə. 

 

Sanki möcüzədir indi bu torpaq



Ömründə görməyib dünya qəmləri. 

Bir zərif duyğuya döndü bu torpaq, 

Dəydi bu yerlərə yaz qədəmləri. 

 

Otlar həzin-həzin dinən sim oldu, 



Nəğmələr bürüdü bu göyü, yeri. 

Dünya özü boyda təbəssüm oldu, 

Dəydi bu yerlərə yaz qədəmləri. 

 

 



 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə