Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə24/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   20   21   22   23   24   25   26   27   ...   88

 

 

140



SON ZƏNG 

 

Hayana baxırsan güldür, çiçəkdir, 

Onlar da görüşə gəlib elə bil. 

Bu gün sizin üçün sonuncu zəngdir

Bu gün nə yaxşı ki ayrılıq deyil. 

 

Coşsun vətən eşqi ilikdə, qanda, 



Gedin, yolunuza uğurlar olsun. 

Göydən üstünüzə qar yağanda da 

Sevən qəlbinizdə ilk bahar olsun. 

 

Səpilin ulduztək qoca dünyaya, 



Sevinci siz olun bu göyün, yerin. 

Üzünə nur qonsun, gözünə ziya 

Zəhməti gül açan müəllimlərin. 

 

Zavodlar, fabriklər açıb qoynunu, 



Ali məktəblər də səsləyir sizi. 

Vətən nur içində çimir, yuyunur, 

Vətən nur içində gözləyir sizi. 

 

Siz təzə həyata başlayarsınız, 



Qarşıda göy aydın, üfüqlər əngin. 

Hələ təsiriylə yaşayarsınız 

Birinci zəng ilə sonuncu zəngin. 

 

Kaş ki, qismətiniz olsun hər zaman 



Arzunun şirini, sözün qəşəngi. 

Qoy səsi getməsin qulağınızdan 

Birinci zəng ilə sonuncu zəngin. 

 

Çağlasın, sevinsin, dinsin ilhamla 



Qəlbiniz bir sevgi bulağı kimi. 

Arzular dalınca gedin inamla

Hərəniz bir ümid çırağı kimi. 



 

 

141



Heç yaddan çıxarmı ilk xatirələr, 

Onlar necə şirin, necə də zəngin. 

Görün arasında nələr var, nələr 

Birinci zəng ilə sonuncu zəngin. 

 

Dünyamız qorxulu addımlar atır, 



Xeyirə tuşlanıb şərin tüfəngi. 

Bu həyat, qolları arasındadır 

Birinci zəng ilə sonuncu zəngin. 

 

Arzular müqəddəs, arzular şirin



Bu gün şagirdsiniz, sabah tələbə. 

Nolardı, 

Olsaydı bütün zənglərin 

Əvvəli çagırış, sonu qələbə. 

 

Yüyürüb keçsə də vaxt yeyin-yeyin, 



Yoluna düşsə də ömrün ahəngi. 

Hərdən macal tapın, hərdən dinləyin 

Birinci zəng ilə sonuncu zəngi. 

 

Gedin!-Yollarınız ləkəsiz, təmiz, 



Güllər-ömrünüzün bahar fişəngi. 

Hələ arasında vurar qəlbiniz 

Birinci zəng ilə sonuncu zəngin. 

 

Gülsün üzünüzə hər gələn səhər



Gedin! Yollarınız gül-çiçək olsun. 

A köhnə ünvandan ayrı düşənlər, 

Təzə ünvanınız mübarək olsun! 

 

*** 



 

 


 

 

142



İTİB -BATIB 

 

Bağçalar baş əyib baxımsızlığa, 



Kolların içində gül itib-batıb. 

Sonalar perikib, qular köçübsə, 

Dərənin dibində göl itib-batıb. 

 

Bu yerin yazları gül libasında, 



Lalə-nərgizləri çöl libasında. 

Bu elin qızları tül libasında, 

Ağappaq bədəndə tül itib-batıb. 

 

Göyçək əllərinlə dara zülfünü, 



Gör külək dağıdıb hara zülfünü- 

Örtüb gül camala qara zülfünü, 

Ağ buxaq üstündə xal itib- batıb. 

 

Qonşuya daş atmaq dəlidən qalıb, 



Qan sorub yaşatmaq zəlidən qalıb. 

Əlsizə əl tutmaq Əlidən qalıb, 

O Əlidən qalan  əl itib-batıb. 

 

Elə ki göylərdən duman çəkilər, 



Zülmət gecələrin bağrı sökülər... 

Ən ucqar kəndə də yollar çəkilər

Könüldən-könülə yol itib-batıb. 

 

*** 



12.07.2015 

 

 

 

 


 

 

143



YOXMU 

 

Yarın həsrətindən yanıb kül oldum, 

Bu Məcnun könlümün Leylası yoxmu? 

Gördüyüm möhnətdir, dərdiyim hicran, 

Eşqin bundan özgə töhfəsi yoxmu? 

 

Necə yapışıbsa yaxamdan mənim, 



Didərgin salıbdır yuvamdan məni. 

Ayırıb elimdən-obamdan məni, 

Yoxmu bu dərdlərin çarəsi, yoxmu? 

 

Sevgidir könlümün süfrəsi,sevgi,  



Barı-bərəkəti, bəhrəsi sevgi. 

Mənim ürəyimin şifrəsi-sevgi, 

Onun ürəyinin şifrəsi yoxmu? 

 

*** 



28.07.2015 

 

 


 

 

144



HEYKƏL 

 

Görcək daşa döndü, heykələ döndü, 

Keçdiyin yollara qondu bu heykəl. 

Elə ki uzaqdan kölgən göründü,  

Durduğu yerdəcə dondu bu heykəl. 

 

Küləklər əlini saçına çəkdi, 



Qalmadı şübhəsi, olmadı şəkki. 

Onu belə görən zənn edəcək ki

Əvvəli insanmış, sonluğu heykəl. 

 

Gör onu ayrılıq necə sıxıb,gör, 



Günduz vaxtın yoxsa, gecə çıxıb gör. 

Bir mənə yaxşı bax-necə çıxıb gör – 

Sənin həsrətiyin yonduğu heykəl. 

 

*** 



 

 

 



 

 


 

 

145



BİLMİRİK  

 

Ürəyimiz neçə yerdən oxlanıb, 



Oxu görüb, yayı tapa bilmirik. 

“Çırmanırıq keçməyə çay gəlməmiş” 

Keçəndə də çayı tapa bilmirik. 

 

Paltarları tikilməmiş geyirlər, 



Meyvələri yetişməmiş yeyirlər. 

“Ayı qandı kürd qanmadı” deyirlər, 

Kürd anlayan ayı tapa bilmirik. 

 

Qış sovuşub,yaz ötüşüb,yay gedir, 



Bir otaqdan yüz otağa pay gedir. 

Nə müddətdir qız evində toy gedir, 

Axtarırıq, bəyi tapa bilmirik. 

 

Bu dünyanın vəfasına aldanıb, 



O dünyanın cəfasına aldanıb, 

Adəminə, Həvvasına aldanıb, 

Nə gəzirik, nəyi tapa bilmirik? 

 

Göz gərəkdir bu qəmləri sezməyə, 



Can gərəkdir cəfasına dözməyə. 

Bu dərdlərin çarəsini çözməyə 

Bir tədbirli dayı tapa bilmirik. 

 

Dəyişibmi nəfsimizin “menyu”su? 



 Eynidirmi eyni torpaq,eyni su? 

“İsgəndərin buynuzu var, buynuzu” 

Söyləməyə quyu tapa bilmirik. 

04.08.2015 

 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə