Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə21/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   17   18   19   20   21   22   23   24   ...   88

 

 

120



Toy olsun!-oynayaram 

bu yarımqıçlarımla. 

Ürəyimlə oynaram, 

gözlərimlə oynaram, 

dizlərimə nə gəlib, 

dizlərimlə oynaram. 

Bir də ki, oynamasam, 

nə deyər bəs qaynata

nə deyər bəs qaynana: 

“bu toy, bu qız, 

bu də sən, 

hünərin var, oynama, 

bacarırsan, oynama!!!” 

 

*** 



Sumqayıt, 1973-cü il  

 

 



 

 

 



 

 

 



 

 


 

 

121



 

 

 


 

 

122



 

 

 

 

 

 

 

 

 

 


 

 

123



ÜRƏK AĞRILARI SİLSİLƏSİNDƏN 

 

Gözlər qəm donunda, kədər donunda 

Ölən arzulara yas tutacaqsa, 

Nifrət qılıncları qorxu qınında 

İşləyə bilməyib pas tutacaqsa, 

Gələcək nəsillər kövrəklik edib, 

Ağılı ürəyə dəyişəcəksə, 

Namusu, məsləki, qeyrəti, adı 

Bir qarın çörəyə dəyişəcəksə, 

Həkimlər min çarə tapsa  da  belə

Məhəbbət coşsa da qanda, ilikdə, 

Ürək ağrıları qalacaq hələ, 

Qalacaq indiki birincilikdə. 

 

Götür-qoy eyləyib hər axşam-səhər, 



Seçə bilmiriksə yaxşını pisdən, 

Bu ona bənzər ki, bir naşı zərgər 

Ayıra bilməyir qızılı misdən. 

 

Min çarə tapılar ağrıya, dərdə, 



Sözlə də onları yuxaltmaq olar. 

Dünyada ən ağır xəstəni belə 

Bir xoş təbəssümün, bir xoş gülüşün 

Qayğı şəfəqində sağaltmaq olar. 

 

Qonduqca saçlara illərin izi



Zaman deməyirsə biz deyənləri, 

Sözü sinəmizdə çürüdürüksə, 

İncidib, küsdürüb ürəyimizi, 

Burdan ağladırıq öz əlimizlə, 

Ordan dərman ilə kiridiriksə, 

Könül ayrılırsa öz həvəsindən, 




 

 

124



Şairlər yenə də söz salacaqlar 

Ürək ağrıları silsiləsindən. 

 

Nəğmələr, arzular döş hasarında 



Ülvilik paltarı geyə bilməsə, 

Qovrulub bir ömrün dərdi-sərində, 

Dil də öz sözünü deyə bilməsə, 

Ədalət əyilməz başını əyər, 

O da məruz qalar böhtana, şərə.. 

Gələcək nəsillər, 

Sizdə də əgər 

Hörmət olacaqsa əyriliklərə, 

Acı həqiqətlər atından düşüb, 

Taxta çıxacaqsa şirin yalanlar, 

Müqəddəs dünyada ağalıq etsə 

Ürəyi bir fındıq boyda olanlar

Zülmət gecələrdən səhərə çıxıb, 

Sağ əl qalacaqsa soldan xəbərsiz, 

Yolçular bir yolla səfərə çıxıb, 

Yola getməsələr yoldan xəbərsiz, 

Düşüb gah çovğuna, gah da ki çənə, 

Ya təklikdə qalsaq, ya ikilikdə 

Ürək ağrıları qalacaq yenə, 

Qalacaq indiki birincilikdə. 

 

 

II 

 

Nədənsə həmişə tənginəfəsəm, 



Elə bil babamla həmyaş olmuşam. 

Əlim qələm tutan, ağlım söz kəsən 

Ürək ağrısına yoldaş olmuşam. 

 



 

 

125



Səfərə çıxmışam min bir həvəslə, 

Gözlərim bələdçi, könlüm yolçudur. 

Ancaq neyləyim ki, sol döşüm üstə 

Sağ əlim çox zaman qarovulçudur. 

 

Neçə ürəklərin yarımçıq qalan 



Arzusu, istəyi ağrıyır orda. 

Əlindən oğlunu güllələr alan 

Analar hələ də ağlayır orda. 

 

Dünən bir dostuma açıb dedim mən, 



O güldü: təsəlli verirdi sanki, 

Dedi: Sən bununla fəxr etməlisən

Kişi azarına tutulmusanki... 

Onsuz da bilirəm, 

bilirəm bir gün 

Həyatı bu  qədər sevdiyim üçün 

Bu ürək ağrısı məni də tez-gec.. 

Di gəl ki, ürək də ağrımayanda 

Elə bilirəm ki, yaşamıram heç... 

Bir də, neyləmək? 

Bir şair demişkən- 

Ürək ağrıyırsa yaşayır demək. 

Yaxşısı budur ki, salmayaq yada, 

Ağrıyır, deməli, hələlik sağdır. 

Ürək ürəkdirsə, 

bizdən sonra da  

Qalıb bu  dünyada ağrıyacaqdır. 

 

*** 



 

  

 




 

 

126



ÜRƏYİM 

 

Hərdən səhra olan, hərdən bağ olan, 



Bir dost kəlməsiylə dönüb dağ olan, 

Qisməti-həmişə ağrımaq olan, 

Dərmanı-dağların səhər küləyi, 

Ay mənim ürəyim, mənim ürəyim. 

 

Dinsin məhəbbəti əziz tutanlar, 



Özünü əbədi oda atanlar. 

Desin sol döşünün üstə yatanlar- 

Nədir bu dünyadan axı diləyim, 

Ay mənim ürəyim, mənim ürəyim. 

 

Hər sözə inanıb, uyan sən oldun, 



Məni quru yurdda qoyan sən oldun. 

Bir zaman hamıya həyan sən oldun, 

İndi bir köməyi kimdən diləyim, 

Ay mənim ürəyim, mənim ürəyim. 

 

Köksümdə odu var ilk məhəbbətin, 



Oldum dilənçisi bir xoş ülfətin. 

Tək-tənha yaşamaq-çətindən çətin- 

Yenə buza döndü çayım-xörəyim, 

Ay mənim ürəyim, mənim ürəyim. 

 

Bir məsum, küsəyən, körpə  uşaqsan



Dindirsəm, sinəmi dağlayacaqsan. 

Bilsən, hönkür-hönkür ağlayacaqsan- 

Yar qənimim çıxıb, əğyar köməyim, 

Ay mənim ürəyim, mənim ürəyim. 

 

 

*** 




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə