Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə20/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   16   17   18   19   20   21   22   23   ...   88

 

 

114



Ağaclardan əl edir 

quru budaqlar belə. 

Vurulub bu gözələ 

günəşin şəfəqləri, 

axıb dolur içəri. 

Quşlar da bir-biriylə 

oxuyur, bəhs eləyir. 

Elə bil bütün dünya, 

qalaktika-ulduzlar  

o qızla rəqs eyləyir. 

Toyda bir qız oynayır 

şəlalə hörükləri  

məftun edir hər kəsi. 

Toyda bir qız oynayır- 

musiqi fəvvarəsi. 

Sevinc yağır üstünə, 

heyrət yağır üstünə 

gül kimi, çiçək kimi. 

Yaşıl şal-yaşıl yarpaq 

Yanaq çiyələk kimi. 

Ən ilhamlı çağında 

təbiət gözəlliyi 

bədəninə tən biçib, 

ağız nazik, dil nazik 

belsə üzükdən keçib. 

Lap ağ üzüm yesə o 

boğazında görünər. 

Kimdən can istəsə o, 

hamı onun yolunda  

can qurban vermək üçün  

dizin-dizin sürünər. 

Toyda bir qız oynayır 

 



 

 

115



pislikləri,şərləri 

baxışıyla odlayır. 

Onun ağ biləkləri  

hey şimala,cənuba, 

şərqə, qərbə adlayır, 

əl çalırlar bəsdi var. 

Elə bil ki, bu qızın  

cəhətləri, qütbləri 

birləşdirmək qəsdi var. 

Toyda bir qız oynayır 

qarmon çalan tələsir, 

nağaraçı geçikir, 

tar çalan donub qalır. 

Bu gözəl həm oynayır, 

həm də elə biləsən  

çalğı alətlərinin – 

tarın, dəfin, qarmonun  

üçündə birdən çalır. 

Toyda bir qız oynayır 

hamımız quru cəsəd

quru xəyal olmuşuq. 

“Heyrət ey büt, surətin 

Görmüşük, lal olmuşuq”. 

Nə dil qalıb, nə ağız. 

Ürəyimdə deyirəm 

gözəl qız, ay gözəl qız, 

səndən savayı hər şey 

sanki bir əfsanədir. 

Kim ki, səni görməyib 

bilmir gözəllik nədir. 

Hər baxanda gözəl qız, 

sən keçdiyin yollara 

ürək yatmış arzumu 



 

 

116



yenə ayıltmaq istər. 

Dəli könlüm gəncliyə  

bir də qayıtmaq istər. 

 

Bu dünyadan xəbərsiz 



yanğınlar başlar yenə 

iliyimdə, qanımda.   

Əlim ki çatmaz sənə

alışam da, yanam da. 

Heç bir şey istəmirəm, 

ən acı bir sözünü 

ver udum bal yerinə. 

Ay oduna qalanım, 

ay başına dolanım, 

ağ olmasın deyə çox 

mənim doğru yalanım, 

çox getməyək dərinə. 

Bir gün dayansa qəlbim, 

ömrüm olsa da viran, 

 gəlməsən də insafa, 

heç olmasa bircə gün, 

heç olmasa bircə  an 

bu ədada, bu nazda 

öt qəbrimin yanından, 

dirilməsəm, əclafam!... 

Hardadır jurnalistlər, 

şəkil çəkənlər hanı? 

Yaşatsınlar əbədi 

bu saatı, bu anı. 

 Sabah bütün qəzetlər  

tutub qızın qolundan, 

tutub toyun qolundan, 

gəzdirsinlər dünyanı. 




 

 

117



İstəyirəm səs verəm 

nəğmələrin səsinə, 

qaldırıb bu  mağarı 

olduğu tək göstərəm 

bütün yer kürəsinə. 

Mənə elə gəlir ki, 

onu görsə bu anda 

ən qəddar düşmən belə 

əl çəkər hikkəsindən, 

dünya çırpınıb çıxar  

atom təhlükəsindən!... 

Toyda bir qız oynayır  

şəlalə hörükləri 

məftun edir hər kəsi. 

Toyda bir qız oynayır- 

Musiqi fəvvarəsi. 

Gözlərin aydın olsun, 

ay gəlin, ay qaynana! 

Ay ömründə heç vədə 

toyda oynamayan kəs,  

oğulsansa, uzaq dur, 

oğulsansa, uzaq gəz

bacarırsan oynama!... 

Elə bu vaxt o gözəl 

gəlib mənə yanaşır. 

Havanı kəsib biçən 

əlləriylə danışır. 

Sükuta dağlar çəkən 

gözləriylə danışır. 

Az qalıram ki, çaşam. 

İstəyirəm deyəm ki, 

məni bağışla ay qız, 

can istəsən, verərdim, 



 

 

118



heç vaxt oynamamışam. 

Bilmirəm ki, nə deyim  

hardan bilsin axı qız, 

ayaqlarım ölüdür, 

protezdir geydiyim. 

Necə deyim mən ona 

ən ağır döyüşlərin  

birində yaralandım. 

Axırıncı dəfə də 

öz halalca yurdumda, 

yerimdə yaralandım. 

Yolum qaldı yarıda.  

Arzumu, həvəsimi  

huşumu qan apardı. 

Heç xəbərim olmadı 

şəfqət bacıları da 

məni hardan apardı. 

Bir vaxt ayılmışam ki, 

çox ağır bir  haldayam. 

Dostlar yoxdu yanımda, 

mənsə qospitaldayam. 

Əvvəlcə sıxılmışam, 

Durmuşam ki, yeriyəm, 

üz üstə yıxılmışam. 

Bir vədə görmüşəm ki

boyum da qısalıbdır, 

boyuma güllə dəyib. 

Sən demə cəbhələrdə 

oyunuma, havama, 

toyuma güllə dəyib. 

O qanlı cəbhələrdə 

ürəyimdə nə qədər 

bəstələrə, hisslərə, 



 

 

119



xallara güllə dəyib. 

Gəzəcəyim yerlərə, 

yollara güllə dəyib... 

Axı bütün bunları  

Necə deyim mən qıza?! 

Bu baxışa, bu gözə 

oğulsansa tab gətir. 

 

Dadıma çat, ay zaman, 



Itənləri tap gətir. 

Gəncliyim qar altında 

ərisə də, götür gəl! 

Ayağım yer altında 

Çürüsə də götür gəl! 

Özün düşün barı sən 

necə ola bilər ki, 

bir nazənin qız səni  

Oynamağa çağıra 

sənsə oynamayasan?! 

Axı, birtəhər düşər 

hər şeyi açıb desəm, 

gözlərə kədər düşər... 

Bir də ki, bu sözlərin  

nə dəxli var mətləbə. 

İndi nə cavab verim 

Bu adətə, bu dəbə? 

Yox, qız məni gözləyir, 

durub oynayacağam, 

nə olursa qoy olsun! 

Bu dünya başdan-başa  

təki,təki toy olsun! 

Toy olsun-oynayaram 

qoltuq ağaclarımla. 




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə