Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə16/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   12   13   14   15   16   17   18   19   ...   88

 

 

88



Niyə tələsdin, niyə? 

Axı qəbristanlığa. 

Şəhərdə gül qalmayır, 

Axır qəbristanlığa... 

Bu güllərin içində  

Ağlı olan ölərmi? 

 

Axı Rüstəm kimi də 



Oğlu olan ölərmi? 

Ölümün ağzı yansın, 

Ölüm ağıla baxmır. 

Ölüm gəlir gələndə, 

Ölüm oğula baxmır... 

 

Ölüm adlı rəssamın 



Əsəridir qəbirlər. 

Bu torpağın kor olmuş 

Gözləridi qəbirlər. 

 

Ay dolanıb, il keçib, 



Neçə cür fəsil keçib. 

Burdan əzrayıl keçib, 

İzləridir qəbirlər. 

 

Dostlar gör nə haldadır, 



Allah, bu neçə işdir- 

Bir yanında molladır, 

Bir yanında keşişdir. 

 

 



 


 

 

89



Bu xəbəri eşidən, 

Bilən gəlir dəfninə 

“Tövrət” gəlir dəfninə

“İncil” gəlir dəfninə, 

“Quran” gəlir dəfninə... 

Məsləhət eyləyən kim, 

Məşvərət eyləyən kim. 

Müsəlman məzarlığı 

Tapmaq vəd eyləyən kim. 

Biri deyir işini  

Çox salmayaq çətinə, 

Biri deyir nəşini  

Hazırlayaq vətənə... 

Qovrulur için-için, 

Alışır Nina xanım. 

Eşit, ay keşiş qağa

Dayan, ay molla qardaş. 

Danışır Nina xanım: 

Biz birləşib bir evin  

Yükünü daşımışıq. 

Əsrin dörddə birini 

Birlikdə yaşamışıq. 

Yaxşı gündə, pis gündə 

Həmişə bir olmuşuq. 

Biz həmürək olmuşuq, 

Biz həmfikir olmuşuq... 

Ey müsəlman qardaşlar, 

Xeyir ola, yoxsa siz  

Bizi öləndən sonra 

Ayırmaq istəyirsiz?! 

Yox –yox, bu mümkün deyil 

Biz öləndən sonra da 

Bir yerdə olmalıyıq. 



 

 

90



Harda mərhəmət ölsə, 

Harda ədalət ölsə, 

Harda məhəbbət ölsə, 

Biz orda olmalıyıq. 

Təzədən yer üzünə  

Orda doğulmalıyıq!.. 

 

Ömrün ahıl çağında 



Əfv edirik biz onu. 

Xristian torpağında, 

Rus məzarlığında 

Dəfn edirik biz onu. 

Bu necə can sevdası? 

Hansı məzhəbə sığar 

Bu xristian sevdası, 

Bu müsəlman sevdası? 

Rusiya torpağında 

Bir Şeyx-Sənan sevdası... 

Nina xanım hamıya  

Ad verir, ünvan verir 

Hər gələnə- gedənə 

Qəbrini nişan verir. 

Bir otaqda “Pominka”, 

Birində ehsan verir. 

Bir müsəlman önündə 

Dinlər imtahan verir. 

Baş sağlığı verməkçün 

Nina İvanovnaya  

Şəhər axışır bura. 

Öz mövcud dinləriynən, 

Mövcud məzhəb,təriqət, 

Mövcud ayinləriynən 

 



 

 

91



Bəşər axışır bura... 

Bir müsəlman uyuyar 

Ətirli çələnglərin, 

Çiçəklərin içində... 

Biz gedərik, o qalar. 

Boylanar neçə- neçə 

Ürəklərin içindən, 

Hər kəs öz ürəyində  

Bir “Xəlilov” aparar... 

 

Biz gedərik o qalar, 



Bir cüt göyərçin gələr, 

Dimdikləyər şəklini, 

Qonar hasarı üstə 

Yoxlayar o məzarı. 

Enər məzarı üstə, 

Sinər məzarı üstə, 

Ağlayar o məzarı. 

 

Baxıb yan-yörəsinə, 



Dağına, dərəsinə. 

Dünya öz yarasına 

Bağlayar o məzarı. 

 

Durub sözü üstündə, 



Hər gün əsib üstündə, 

Torpaq gözü üstündə 

Saxlayar o məzarı. 

 

 



 


 

 

92



Səma da, günəş də ,torpaq da birdir, 

Dilimiz ayrıdır, dilimiz ayrı. 

Düzünə qalanda, Allah da birdir, 

Bəs niyə ayrıdır dinimiz ayrı? 

 

Beyinə od vuran, qəlbə çat salan 



Qəzəb nəyə gərək, kin nəyə gərək! 

Xalqlar arasına təxribat salan 

Məzhəb nəyə gərək, din nəyə gərək! 

 

Ümidlə döyünsün ürəklərimiz, 



Zülmətin də sonu nur olmalıdır.  

Bir günəş altında isinirik biz

Bu dünya birləşib bir olmalıdır!... 

 

Şimşəklər göylərin bağrını dəlib, 



Gah yağış ələnib, gah çisəkləyib. 

Bəlkə eynilikdən acığı gəlib, 

Tanrı da sevməyib yeknəsəkliyi. 

 

Hamar yaranmayıb yolu bəşərin, 



Həyatın mənası bəlkə bundadır. 

Yaxşıynan yamanın, xeyirnən şərin, 

Gecəynən gündüzün qovğasındadır...  

 



 

Sən ey bizi xəlq eyləyən, 

Sənə səcdə qılmalıyıq. 

Aya salavat çevirib, 

Günə səcdə qılmalıyıq. 

 



 

 

93



Dillərdə söz- söhbət olan, 

Sevgi olan, heyrət olan, 

Damarlarda qeyrət olan 

Qana səcdə qılmalıyıq.  

 

Köksü daşı dəlib-deşən 



Gövdəsi göynən əlləşən, 

Sünbüllərdən yerə düşən  

Dənə səcdə qılmalıyıq. 

 

Yoxdurmu dini- imanı, 



Yandırır insan insanı. 

Kim xilas etsə dünyanı 

Ona səcdə qılmalıyıq. 

 

Sayəsi insanlıq olan, 



Mayası insanlıq olan, 

Qayəsi insanlıq olan 

Yolu tolirantlıq olan  

Dinə səcdə qılmalıyıq! 

 



 



Oxu, ucalsın səsin, 

Sükut olma, ey Vətən. 

Olursansa günəş ol, 

Bulud olma, ey Vətən. 

 

Qoy dolaşsın adın da 



Göyün yeddi qatında. 

Şimşəklərin altında 

Palıd olma, ey Vətən. 

 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə