Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə13/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   9   10   11   12   13   14   15   16   ...   88

 

 

70



Köklənər dünyanın qəmləri üstə

Bir az bu dəniz də mənə bənzəyər. 

Dövləti daşınar, varı talanar, 

Sərvəti çapılar-mənə bənzəyər. 

 

Bir gün bu sahilin qumları üstdə 



Günbatan tərəfdə gülzarı qalan, 

Hər dağın döşündə məzarı qalan, 

Əli o dağlara uzalı qalan, 

Köksü titrəməyən, nəbzi vurmayan, 

Bir qoca tapılar-mənə bənzəyər... 

 

*** 



2002 

 

DƏNİZ MƏNDƏN KÜSÜBDÜR 

 

Neçə gündür sahilinə gəlmirəm, 

Dəniz məndən küsübdür- 

Mas-mavi paltar geyən,  

Mavi nəğmələr deyən 

O qız məndən küsübdür. 

 

Gəl qovuşaq deyirəm, 



Gəl barışaq deyirəm. 

Sən ey etibarlı qız, 

Ay silikon dodaqlı, 

Dekolte paltarlı qız. 

 

*** 


2009 


 

 

71



YAY GECƏLƏRİ 

 

Elə ki istidən təngiyər ürək, 



Gözüm sularında sərinlik gəzər. 

Ləpələr yelpikdi, dalğalar örpək, 

Yaxşı ki sən varsan Xəzər, ay Xəzər. 

 

Şər qarışan kimi dəyişir aləm, 



Sular ayın olur, ulduzun olur. 

Sabaha bir qıza görüş vermişəm, 

Bu yay gecələri nə uzun olur. 

 

*** 



2013 

 

 

KÖRPƏLƏR 

 

Arzular, istəklər böyüdər bizi, 

Gah xoşbəxt olarıq, gah qanıqara. 

Başa düşməyəndə böyüklər bizi, 

Ehtiyac duyarıq gül balalara. 

 

Tumurcuq dodaqlar oxuyar, gülər, 



Ən ağır gündə də həmdəm olarlar. 

Yarımca söz ilə, təbəssüm ilə 

Bütün dərdimizə məlhəm olarlar. 

 

Sinəmiz-bir kiçik rəqs meydanı, 



Oynayar balalar yorulanadək. 

Bizə bəxş edərlər geniş cahanı, 

Çıxar yadımızdan ağrıyan ürək. 

 

 




 

 

72



Heyrətlə açılar xırdaca gözlər, 

Xırdaca qədəmlər atılar-düşər. 

Onlar çıxacağı yollar, rizlər, 

Bizim sinəmizdən açılar düşər. 

 

Bəli, ilim-ilim itər qəm, kədər, 



Kiçik zarafata, sözə bənd olar. 

Körpələr dil açar- 

Südlü kəlmələr 

Dönüb şəkər olar, dönüb qənd olar. 

 

Soyuq divarları sevinc bürüyər, 



Baldan şirin olar çay-çörəyimiz.. 

Hələ ümidlərdən tutub yeriyər 

Yıxıla-yıxıla gələcəyimiz. 

 

Təmiz qəlblərində nəğmələr yaşar, 



Lalələr bəzəyər yanaqlarını. 

Yaxşı ki evlərdə körpələr yaşar

Yuyar böyüklərin qəm-qübarını. 

 

*** 



 

 

 


 

 

73



TƏKİ SƏN AĞLAMA 

 

Ulduzlar qoynuna yazdırım səni, 



Çiçək dənizində üzdürüm səni, 

Gözümün içində gəzdirim səni, 

Təki sən ağlama, Fuadım mənim. 

 

Bəlkə “Şəngülümə” dönüm yolunda, 



Yüyürüm, yıxılım, sönüm yolunda. 

Alışsın ürəyim sənin yolunda, 

Təki sən ağlama, Fuadım mənim. 

 

Qırx arşın quyudan baş qaldırım mən, 



Çiynimdə bir “Qara qoç”  qaldırım mən. 

Qanlı kirpiyimlə daş qaldırım mən, 

Təki sən ağlama, Fuadım mənim. 

 

Məzar dəbilqəmi ruhumla dəlləm, 



Min illik yolları bir günə gəlləm. 

Yatıb küləklərin üstünə gəlləm, 

Təki sən ağlama Fuadım mənim!.. 

 

*** 



 

 



 

 

74



GERÇƏK DÜNYA, YALAN DÜNYA 

 

Gerçək dünya, yalan dünya, 

“Bizi dərdə salan dünya”. 

Nəvələrin gülüşüylə  

Könlümüzü alan dünya. 

 

Nə veribsə yarı verib, 



Dərdi, intizarı verib. 

Bizə dünyaları verib, 

Əlimizdən alan dünya. 

 

Çiçək kimi solub gedər



Ürək kimi dolub gedər. 

“Öl” deməknən ölüb gedər 

“Ol” deməknən olan dünya. 

 

*** 



2010 

 

VAXTIM OLMAZ 

 

Gözlərim gözəllik gəzər dünyada, 

Dizlərim diz çökər daşda çeşməyə. 

Mənim vaxtım olmaz gözəl dünyada  

Pis şeylər haqqında fikirləşməyə. 

 

Gəlin ürəyimdən bənövşə dərin, 



Sinəm başdan-başa duyğudur, hissdir. 

Bənövşə hisslərin, nərgiz hisslərin  

Tanrının yanında xətri əzizdir. 

 

*** 



2010 


 

 

75



ƏLİNDƏ QALDIQ 

 

Yoxuşdan  adlayıb düşdük enişə, 

Qorxunun, hədənin əlində qaldıq. 

Məsləhət qanmayan, söz eşitməyən,  

Hər gəda-güdənin əlində qaldıq. 

 

Arxasız bəndəyə arxa çıxınca,  



Qorxduq canımızdan qorxu çıxınca. 

Ölən günümüzün qırxı çıxınca,  

Gələnin- gedənin əlində qaldıq. 

 

Uşaq anlamayan, qoca saymayan, 



Varlıya, yoxsula məhəl qoymayan

Bu boyda dünyanı  yeyib doymayan, 

Acın, acgödənin  əlində qaldıq. 

 

Dərdik ömrümüzün acı barını, 



Adlaya bilmədik qəm hasarını. 

Abırsız qocanın, xırsız qarının, 

Ərköyün körpənin əlində qaldıq. 

 

*** 



 

2011 

 

 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə