Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə12/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   8   9   10   11   12   13   14   15   ...   88

 

 

64



GÜNAH 

 

Elləri talayıb, evləri çapıb, 

Şah kimi gəzirsən torpağın üstə. 

Sonuncu tikəni əlimdən qapıb, 

Hər şeyi atırsan Allahın üstə. 

 

Deyirsən:bəndənin yoxdur günahı, 



Hər nə eyləyirsə, Allah eyləyir. 

Başına dolanım-dönüm, Allahım, 

O niyə  bu qədər günah eyləyir?! 

Özünə yem gəzir, ley səkə-səkə 

Yaradan hər işə çəm yaradıbdır. 

Ədalət yadından çıxıbdır bəlkə, 

Gücsüzü güclüyə yem yaradıbdır. 

 

Varlını qaldırıb yayda yaylağa, 



Yoxsulu aranda dərdə tapşırır. 

Sərçəni pay verir kor yapalağa, 

Qoyunun bəxtini qurda tapşırır. 

 

Qəfləti ölümlər kəsir aranı, 



İş gəlib əmiyə, dayıya düşür. 

Hesaba almırlar qurd aparanı, 

Armudun yaxşısı ayıya düşür... 

 

Deyirsən bəndənin nədir günahı, 



Hər nə eyləyirsə Allah eyləyir. 

Başına dolanım- dönüm Allahım, 

O niyə bu qədər günah eyləyir?!... 

 

*** 



2015 


 

 

65



GÖYDƏN ÜÇ ALMA DÜŞDÜ 

 

Göydən üç alma düşdü

Üçü də qırmızıdır. 

Alma deyil, göylərin 

Al paltarlı qızıdır. 

 

Göydən üç alma düşdü, 



Üçü də bağ alması. 

Gör gedib harda bitib 

Qubanın ağ alması... 

 

Göylərin bağ-bağçası 



Almalarla  doluymuş. 

Göydə alma nə gəzir, 

Göydən düşən doluymuş.. 

 

*** 



2011 

 

DƏNİZƏ GEDƏCƏYƏM... 

 

Silkələyib içimdən 

süstlüyü, durğunluğu 

Əynimdən paltarımtək 

çıxarıb yorğunluğu, 

Dəniz damlası kimi, 

dəniz dalğası kimi 

Çırpacağam özümü 

ulduzların üstünə. 

 

Bir gecəlik olsa da 



qaçacağam 

tramvayın, maşının, 




 

 

66



relslərin səsindən. 

Çıxacağam bir ömrün 

“Səhər-işə, 

Axşam-evə” 

adlanan 

boyat dairəsindən. 

Ay-balıncı 

çəkəcəyəm 

başımın altına 

Qalxacağam bu gecə 

göyün yeddi qatına. 

Bir damla da qonacaq  

O gümüş ləpələrin  

səmavi dünyasına, 

Girəcəyəm 

balıqların 

o mavi dünyasına. 

Bulud-bulud dalğalar 

atıb-tutacaq məni. 

Balıqların beşiyi 

ovunduracaq məni. 

Düşüncələrimin tozu 

yuyunacaq sularda. 

Bənzəyəcəyəm 

bu gecə 

dəniz kosmanavtına, 

sürəcəyəm gəmimi 

Göyün yeddi qatına. 

Könlüm istəyən qədər 

Ulduz dərəcəyəm. 

Dənizə gedəcəyəm bu gecə, 

dənizə... 

*** 



 

 

67



DƏNİZ VƏ KÖRPƏLƏR 

 

Günəş qızıl bayrağıdır səhərin, 

Günəş doğdu, qaranlıqlar söküldü. 

Budur, uşaq bağçaları 

şəhərin 

Yaxasından mirvaritək açılıb, 

Ləpələrin bağçasına töküldü. 

Qovuşdular onlar mavi nəğməyə, 

Damla-damla sevinc qondu hər üzə, 

Qəm karvanı bu yerlərdən üzüldü. 

İxtiyarsız bir söz dedim dənizə, 

Ləpələr də misra-misra düzüldü

Körpələr də misra-misra düzüldü. 

Gül açmışdı dalğaların saçında, 

Qağayılar çığrışırdı, süzürdü. 

Günəş zərrin barmaqları ucunda 

Gözəl-göyçək balaların boynuna 

Mirvarilər muncuğunu düzürdü. 

 

Səma, dəniz, qağayılar, ləpələr 



Bir-birinə qarışırdı sinəmdə. 

Mənə elə gəlirdi ki, 

bu dəmdə 

Misra-misra suya düşən körpələr 

Qəlbimdəki misralarda üzürdü. 

 

*** 



 


 

 

68



XƏZƏRDƏ QIZLAR ÇİMİR.. 

 

Xəzərdə qızlar çimir, 

Qızlar nəğmə oxuyur

Nəğmələr quş qanadlı. 

Sahillər bar gətirir 

Sevgi adlı, yar adlı. 

Xəzərdə qızlar çimir, 

Sanki su pəriləri 

Qalxıb dalğa atına. 

Dənizə bax, dənizə, 

Vəfalı aşiq kimi 

Sərilib gözəllərin 

Ayaqları altına. 

Xəzərdə qızlar çimir, 

Ağ bir sevinc gizlənib 

Zil qara gözlərində; 

Məhəbbətin, ilqarın 

Sevda dənizlərində 

Şirin xəyallar çimir, 

Şirin arzular çimir. 

Hardasınız, oğlanlar? 

Sözü duzlu Xəzərin

mavi gözlü Xəzərin 

bəxtəvər sularında 

Göyərçin qızlar çimir... 

 

*** 



 

 

 



 


 

 

69



BİR AZ BU DƏNİZ DƏ MƏNƏ BƏNZƏYƏR  

 

Yenə gəl-gəl deyər mavi dənizim, 

Mən də qanadlanıb uçaram yenə. 

Gənclik illərimdə sevdiyim qızın 

Sanki görüşünə qaçaram yenə. 

 

Sızlar ayağımda daşların ərki, 



Uşaqtək sarmaşar yosunlar mənə. 

Balıqlar yanıma üzüb gələr ki

Ürək sözlərini desilnər mənə. 

 

Bir an qayğılardan uzaqlaşaram, 



Mənə günəş baxar, mənə ay baxar. 

Suya girən kimi uşaqlaşaram, 

Göyün ulduzları köksümə axar. 

 

Ona doğmam  kimi qaynayar qanım, 



Duyğutək çırpınar döşümün altda. 

O mavi səmalar-mavi yorğanım, 

Ay da bəyaz balınc-başımın altda. 

 

Mənim sevinc payım, səadət payım, 



Ləpəsi saçımda dənə bənzəyər. 

O qumlu sahilə atılan qayıq, 

Ömürdən yaşanmış günə bənzəyər. 

 

Özünü sulara çırpan qağayı, 



Bir az bu xislətdə mənə bənzəyər. 

Sahildə çırpınan o gümüş balıq, 

Vətənə həsrətdə mənə bənzəyər. 

 

 




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə