Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə10/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   6   7   8   9   10   11   12   13   ...   88

 

 

52



Könüllərdə yurd salıbsa xəyanət, 

Şəriətə, təriqətə nə hacət?! 

Məclislərdən qaçaq düşən mərifət  

Endirilmiş bayrağından utanır. 

 

Yazdıqlarım söz öncəsi, söz ardı... 



Bacarsaydım hamısını pozardım... 

Əvəzində bircə kəlmə yazardım, 

Əlim elin qınağından utanır.  

 

Biz oyunçu, həyatsa bir səhnədir, 



Bu quruluş bu mizanda köhnədir. 

Dünya bizim anamızdır, ya nədir 

Öz yarımçıq uşağından utanır. 

 

Mərd yaxası namərdlərin əlində, 



Vüsal qalıb həsrətlərin əlində. 

Naçar bəndə bu dərdlərin əlində 

Naçar qalmış Allahından utanır.  

 

*** 


 

2011  


 

 

53



VAXT QATİLLƏRİ 

 

Hər gün neçə-neçə qayğı gətirər, 



Fikirlər qurd kimi daraşar bizə. 

Bizsə vaxt qatili, zaman qatili

Cani də desələr yaraşar bizə. 

 

Yaşayıb, yaradıb ömür sürməyi, 



Nəğmə zənn eyləyib, nağıl biliblər. 

Müdrik ağsaqqallar vaxt öldürməyi 

Adam öldürməkdən ağır biliblər. 

 

Heyif!-Ömrümüzü bir qədəh kimi  



Qaldırıb başına, içən günlərə. 

Şərab stolunda, nərd arxasında, 

Məmur qəbulunda keçən günlərə. 

 

Neyləyək?-biz haram qata bilmərik  



Tənbəl ayaqların yerişinə də. 

Çox vədə vaxt tapıb gedə bilmərik 

Doğma insanların görüşünə də. 

 

Növ-növ oyunlarla baş qatarıq biz, 



Çox vaxt uduzarıq-bəxtimiz olmaz. 

Vaxtı öldürməyə vaxt taparıq biz, 

Vaxtı yaşatmağa vaxtımız olmaz. 

 

*** 



2013 

 



 

 

54



OLMAZ 

“ Gözdən yaş çıxarmı ürək yanmasa” 

M.Müşfiq 

 

“Gözdən yaş çıxarmı ürək yanmasa...” 



Hər gözüyaşlıda mərhəmət olmaz. 

İncimə tez küsüb, tez barışandan, 

Soyuqqanlılarda məhəbbət olmaz. 

 

Yanmaya-yanmaya kül olanların, 



Arzusu, qayəsi pul olanların, 

Bir də öz nəfsinə qul olanların 

İşində etibar, sədaqət olmaz. 

 

Əyilmək əzəldən ruhuma yaddır, 



Yaxşı ki bu yükdən könlüm azaddır. 

Fərasət özü də bir istedaddır, 

Ancaq istedadda fərasət olmaz. 

 

Yaltaq lap qocalıb qarı da olsa, 



Ağardar dişini harada olsa. 

Evində dünyanın varı da olsa, 

Onda mərdlik olmaz, ləyaqət olmaz. 

 

Xainin hər işi, sözü kölgəli, 



Kölgəsi kölgəli, özü kölgəli. 

Yaxşı ki, olmadıq gözü kölgəli, 

Gözükölgəlidə cəsarət olmaz. 

 

Birinin var-dövlət başından aşar, 



Biri yoxsul yaşar, ancaq mərd yaşar. 

Varını güdənlər tez arsızlaşar, 

Arını güdənlər xəcalət olmaz.. 



 

 

55



Elə ki xamladı tamahın atı, 

Bir də görəcəksən səni saymadı. 

Əllər ki qızılla, pulla oynadı 

İnan ki onlarda ədalət olmaz.  

 

Əzəldən qardaşdır xeyir də, şər də, 



İnsan ucalar da, insan düşər də.. 

Dost dostu gəzməsə xeyirdə, şərdə, 

Unsiyyət olsa da, ülviyyət olmaz. 

 

Bəzəkli yalanlar taxta çıxandan, 



Onəlli tutmuşuq baxta çıxandan. 

Cahildir dostluğa saxta çıxanlar, 

Cahillər olmasa cəhalət olmaz. 

 

Nə qədər “çorlara” biz “can” demişik. 



Canımız çıxsa da plan demişik. 

Evdə uşağa da yalan demişik, 

Heç yerdə bu boyda ətalət olmaz. 

 

Nurlu bir arzudur hər ot, hər çiçək, 



Yaşar babaların odlu ruhutək. 

Hər kim nə istəsə, götürüb versək, 

Bizdən gələcəyə əmanət olmaz. 

 

Köçür ürəyinə məcnun çölləri, 



Dillənsin qəlbinin kaman telləri. 

Bil ki, oxşamasa Vətən yelləri

Gözdə də nur olmaz, təravət olmaz. 

 

 



 

 



 

 

56



Mən hara, dostluqdan bezikmək hara? 

Yenə də birinci yetişdim kara. 

İnsan düşməlidir çovğuna, qara, 

Dara düşməyəndə dəyanət olmaz. 

 

Şaxtada bərkiyib, odda bişməsək, 



Kor olluq-düşməni dostdan seçməsək. 

Lazımsa, uğrunda candan keçməsək, 

Torpaq Vətən olmaz, məmləkət olmaz. 

 

Bir qaşıq qanından qorxursansa sən, 



Get uzaqda dolan, gəz vətənindən. 

Diz ki güc almadı öz vətənindən 

Dizdə də güc olmaz, mətanət olmaz. 

 

Kimin ki insanlıq siması yoxdur, 



Ona dünyanı ver-mənası yoxdur. 

Harda ki ağsaqqal duası yoxdur, 

Orda xeyir olmaz, bərəkət olmaz. 

 

Ülvi duyğularım-ayna təbimdir, 



Körpə sözlərimə layla-təbimdir. 

Köksümə baş qoyan leyla-təbimdir

Təbsiz bir ürəkdə hərarət olmaz. 

 

Saldı saçlarıma dəni həsrətin, 



İnsafı olmurmuş yəni həsrətin?! 

Elə əsir aldı məni həsrətin, 

Ay gülüm, heç belə əsarət olmaz. 

 

 



 

 



 

 

57



Bir Leyli baxışlı hey oğrun-oğrun, 

Məndən xəbər alır: 

Hardadır Məcnun?- 

Eşqə qurban getməz hər adı Məcnun, 

Hər adı Kərəmdə kəramət olmaz. 

 

Yatıb qalmaq idi qorxudan məni, 



Sağ ol ki, ayıltdın yuxudan məni. 

İndi öz dərdimdir oxudan məni

Dərdsiz oxuyanda məlahət olmaz. 

 

Hər kəs öz verdiyi sözə düz olsa, 



O, əyriyə-əyri, düzə- düz olsa, 

Tənqid haqlı olsa, cəza düz olsa, 

Bəlkə yer üzündə cinayət olmaz. 

 

Saldın qəribliyə sözümü mənim, 



Necə çıxacaqsan üzümə mənim. 

Əl atdın qəlbimə, gözümə mənim

Ay “qonşu”, belə də ədavət olmaz. 

 

Bir tülkü maskası taxıb yenə sən, 



Təzədən yanıma dönə bilərsən. 

Ancaq maskasız da tülkü lələsən, 

Sənin dostluğuna zəmanət olmaz. 

 

Araya ayrılıq sədləri çəkdin, 



Yəqin mən ölsəm də gəlməyəcəkdin. 

Ayağım altından torpağı çəkdin, 

Daha bundan ağır fəlakət olmaz. 

 

 



 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə