Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə18/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   14   15   16   17   18   19   20   21   ...   88

 

 

102



Bu taleyə, bu qismətə sevin sən

Allaha da xoş gedəcək sevinsən. 

Bir Yeganə gəlin köçüb evindən, 

Bir Yeganə gəlin gəlir, ay bacı. 

 

*** 


30.01.2002. 

 

BU QIZ SEVDA YAŞINDADIR 

 

Bu qız sevda yaşındadır, 

Gülnən, çiçəynən oynayır. 

Eşq havası başındadır, 

Odnan küləynən oynayır. 

 

Bu qızı dindirmək olmur, 



Oyununa girmək olmur. 

Ayağını görmək olmur, 

Əlləri göynən oynayır. 

 

Aydır, göyün üzündədir, 



Göy də, ay da özündədir. 

Gözü bəyin gözündədir 

Guya ki, bəynən oynayır. 

 

Özü kimi göyçəkmi var



Sözü kimi çiçəkmi var, 

Gözəllərdə ürəkmi var, 

Bu qız ürəynən oynayır. 

 

 




 

 

103



Bir o qızdır, bir də bizik, 

Tapşırıbdı dərdə bizi. 

Qurudubdu yerdə bizi, 

Göydə fələynən oynayır. 

 

*** 


 

A BƏY 

Ucal məhəbbətin qızıl taxtına, 

Gəlsin şirin-şirin sorağın, a bəy, 

Hər yerdən gün düşsün gözəl baxtına, 

Heç zaman sönməsin ocağın, a bəy. 

 

Sevgidir qənimi bəd rüzgarın da, 



Əsən küləyin də, yağan qarın da. 

Ömrün keşməkeşli yoxuşlarında  

Saf məhəbbət olsun yarağın, a bəy. 

 

*** 



1996 

 

 


 

 

104



GƏLİN 

 

Səadət qisməti olmur hər kəsin, 

Çıxırsan işıqlı yola sən, gəlin. 

Əyninə geydiyin ağ paltar kimi 

Ağ günlər sahibi olasan, gəlin! 

 

Subaylıq illəri qalır arxada, 



Hərdən xatırlayıb gətirin yada. 

Yaşınız doxsanı, yüzü keçsə də 

Qoşa addımlayın qoca dünyada! 

 

*** 



1996 

 

ALLAH ÖZÜ XEYİR VERSİN 



 

Bu gün ev-evə qovuşur, 

Allah özü xeyir versin. 

Bir ev bir elə qovuşur, 

Allah özü xeyir versin. 

 

Toy ki var, elin işidir, 



İndisidir, keçmişidir. 

Xeyir verən o kişidir,  

Vallah, özü xeyir versin. 

 

Bu dostluğa, bu adətə, 



Ünsiyyətə, ülviyyətə, 

Bu saf, təmiz məhəbbətə 

Allah özü xeyir versin. 

 

*** 



1997 


 

 

105



MÜBARƏKDİR, MÜBARƏK 

 

Bəy gəlinə gəlin bəyə yaraşır, 



Aynan günəş aydın göyə yaraşır. 

Bu vətənə, bu ölkəyə yaraşır 

Sevgi dolu, nəğmə dolu hər ürək

Mübarəkdir, mübarək! 

 

Qoy bəzəsin məclisləri xonçalar, 



Çiçəklənsin arzuları qönçələr, 

Məhəbbətnən ömür sürən ucalar, 

Qoy var olsun bu məhəbbət, bu istək 

Mübarəkdir, mübarək!  

 

*** 


2000 

 

BƏYLƏ GƏLİN OYNASIN 

 

Qohumlar, qüvvət verin  



Anaların sözünə. 

Qeybindən qüvvət gələr, 

Qeybindən qüdrət gələr 

Qocaların dizinə. 

Bəynən gəlin oynasa. 

 

Məclisdə körpələr də  



Şirin-şirin dil açar. 

Anaların istəyi,  

Ataların istəyi 

Çiçək açar, gül açar 

Bəynən gəlin oynasa. 

Bu dünyanın işləri  

Bəlkə də bizlik olar. 



 

 

106



Ədalət zəfər çalar

Doğruluq, düzlük olar. 

Bazar ucuzluq olar, 

Bəynən gəlin oynasa. 

 

Anaları qaldırın, 



Bacıları qaldırın, 

Qız evini qaldırın. 

Hamının nəfəsindən  

Ətri duyulsun yazın. 

Bəy havası çaldırın, 

Bəynən gəlin oynasın! 

 

*** 


1998 

AŞI VERİN MƏCLİSƏ 

 

Ana təbiətdə hər şey gözəldir, 

Çiçəyin öz yeri, daşın öz yeri. 

Demə xörəklərdən kabab əzəldir, 

Kababın öz yeri, aşın öz yeri. 

 

Gəlsin xalqımızın aşı məclisə, 



Gəlsin xörəklərin başı məclisə. 

Aş özü işıqdır, mənim əzizim, 

Onu qaranlıqda daşı məclisə. 

 

Söz demək bizdən olsun



Gül çöhrələr şən olsun. 

Aşı verin məclisə, 

Düyüsü dən-dən olsun! 

 

*** 



1998 


 

 

107



BALA 

 

(Toy məclislərinin birində cavan bir oğlan “Mən çox dərin 

adamam”-deyib, kəkələyə-kəkələyə toyla heç bir əlaqəsi olma-

yan cızmaqaralarını oxudu. Məzmunsuz və mənasız... 

Keçib öz yerində əlyəşəndən sonra da ağlına nə gəldisə eyni 

sözü təkrar edərək, təzədən mikrafona cumdu. Cızmaqaraların-

dan bir neçəsini də oxudu. Sanki mənimlə yarışmaq istəyirdi. 

Yan-yörəsində “Dəliyə yel verənlər” də tapılırdı. Mən isə sakit-

cə, heç bir şey olmamış kimi, onu cavabsız qoyaraq məclisin 

xətrinə öz işimi davam etdirirdim. Çarəm nə? Toyun məsuliy-

yəti mənimlə idi). 

 

Mayan qatışıqdır, zatın qırıqdır, 



Çətin ki, sən məni duyarsan, bala. 

Utanmaz -utanmaz döyüb döşünə, 

Hey özün özünü öyərsən, bala. 

 

Ariflər “ustada əyil”-deyərlər 



“Lovğalıq insanı əyir”-deyərlər... 

Sənə həftələrlə şeir deyərlər, 

Durub gözlərini döyərsən, bala. 

 

Göy nəzər yetirir, yer görür bizi, 



Kar eşidir bizi, kor görür bizi. 

Deyəsən gözlərin tor görür bizi, 

Gedib gözlərini yuyarsan, bala. 

 

Güvənib yarımçıq istedadına, 



Gəl cavab qaytarma öz ustadına. 

Salarlar boynunu qoltuq altına, 

Onda qabağından yeyərsən,bala . 

 

 




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə