Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə19/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   15   16   17   18   19   20   21   22   ...   88

 

 

108



Arif ol, döşünə döymə çox da sən

Qədirdanlıq eylə ötən vaxta sən. 

Mərifət elmindən çox uzaqdasan, 

Səndən şair olmaz ha yazsan, bala. 

 

Tez yanıb, tez söndü odun hayıf ki, 



Düz yolda büdrədi atın hayıf ki. 

Oğlumun adıdır adın hayıf ki, 

Gəlib günahını yuyarsan, bala. 

 

*** 



2006 

 

YAXŞIDIR 

(Toy məclislərinin  birində bir cavan oğlan öz poemasını 

oxumağa başladı.Toy qurtardı, ancaq poema qurtarmadı...) 

 

Nitq irad eylədi düz saat yarım, 

Kimsə pıçıldadı: “Əhsən, yaxşıdır...”! 

Hərdən dəlidə də doğru xəbər var, 

Pisi də yaxşıya yozsan yaxşıdır. 

 

Güllər əlvan-əlvan sənət bağında, 



Tikan da qan sorur gül budağından. 

Cahilnən işıqlı yola çıxınca  

Aqilnən zülmətdə azsan yaxşıdır. 

 

Haqdan gələn işıq haqqa çəpərsə, 



Qanda hərarətsə, canda təpərsə, 

Qanana can deyib, can eşidərsən, 

Qanmazın önündə sussan yaxşdır. 

 

 




 

 

109



Ömrün qış vədəsi, ixtiyar çağı, 

Səndən inciyirlər, küsürlər axı. 

Tullayıb daşını tamadalığın, 

Oturub şeirini yazsan  yaxşıdır. 

 

Bu yerin xətrinə, göyün xətrinə, 



Mübarək dediyin toyun xətrinə, 

Bu göyçək gəlinin, bəyin xətrinə,  

Dözürsən, ay Əşrəf, dözsən yaxşıdır. 

 

*** 



2005 

 

AÇARI İTƏN OĞLAN  

(Oynamaqdan doymayan bir dövlət məmuru toyda açarlarını  

itirmişdi...Elan etdik, gəlib götürdü... 

Bu “açarı itirmək” söhbəti onu özündən möhkəmcə çıxartmışdı, 

az qalmışdı ki, elə bizi oradaca güllələsin). 

 

Açarını gəl götür, 



Açarı itən oğlan. 

Ay qafası qarnının  

Dalınca gedən oğlan. 

 

O ki var yeyib-tıxtın, 



Nəfəsin də tıncıxdı. 

Özündən niyə çıxdın, 

Acgöz, acgödən oğlan? 

 

Bu ocağı az qala, 



Biz gedərik, söz qalar. 

Barmağını az qala 

Gözümə dürtən oğlan. 



 

 

110



Yar olmadın yarsıza, 

Yaradın yararsıza. 

Qeyrətsizə, arsıza  

 Heyif bu vətən, oğlan. 

 

II 


 

Unutma ki, biz əvvəl 

Olmayan ağlımızın  

Açarını itirdik. 

Ardınca da  

 

 



Qaradağlını, 

Veysəllini, 

Xocalını... 

İtirdik. 

 

III 


Birinci- 

Açarını itirənlərin... 

                    O söz. 

İkinci- 


Onu görüb,  

Götürənlərin... 

                O söz  

 

Söz sənin nə dərdinə



Əvvəli nə, ardı nə? 

Sözü  


Qulaqardına 

Ötürənlərin....        

        O söz 



 

 

111



Bozardıb sifətini  

Xalqının, millətinin 

Haqqını,zəhmətini  

İtirənlərin... 

              O söz 

 

Biz hər kimik, hər nəyik 



Çoxlarına örnəyik. 

Sən getdiyin dərnəyi  

Bitirənlərin... 

                O söz 

 

Meylini salıb meyə, 



Nə basmısan hay-küyə?! 

Səni bu vəzifəyə  

Gətirənlərin... 

                     O söz 

 

*** 


                       26 dekabr 2008 

 

 



 

 


 

 

112



XALQIMIN NƏĞMƏLƏRİ 

 

Deyirlər ki, xalqımın  

Nəğmələri qəmlidir. 

Qəmlidir muğamatım, 

Bəlkə əsrlər boyu 

Qəmli keçib həyatım. 

Vaxt olub bir-birindən  

Aralanıb sözlərim. 

Vaxt olub xalqım kimi 

Yaralanıb sözlərim. 

Dinlə “Yanıq Kərəmi”, 

Dinlə “Yetim segahı”, 

Gör incə xallarında 

Nə qədər qəm daşıyır. 

Gör nə qədər göz yaşı, 

Gör nə qədər qəlb ahı 

Nəğmələrdə yaşayır. 

Xalqımın nəğmələri  

Budaqda bir yarpağı 

Solan görsə-ağlayar. 

Bir bulağın gözünü 

Dolan görsə-ağlayar... 

Ağlayar nəğmələrim 

Kədər harda olarsa, 

Ağlayar nəğmələrim 

Mənim toy günümdə də

Qonşum darda olarsa. 

 

*** 



 

 

 



 


 

 

113



TOYDA BİR QIZ OYNAYIR 

“DÖYÜŞÇÜNÜN GÜNDƏLİYİNDƏN” 

 

 

Dinir qarmon, dinir tar, 

sakit, məğrur qayalar, 

dərələr səsə düşür. 

Toyda bir qız oynayır, 

hamı həvəsə düşür. 

Qarmon çalan tələsir, 

tarçının əli əsir, 

tarçı baxmır tarına. 

Unudub başdan-başa 

sevincini, qəmini. 

Canından çox sevdiyi 

musiqi aləmini 

atıbdır o gözəlin  

şümşad ayaqlarına. 

Nağaraçı dostumuz 

çaldığı havaların 

ahəngini, ritmini 

unudur bir anlığa. 

Toyda bir qız oynayır, 

kirpiklər, gözlər qara. 

Səadətdir düşəsən  

bu cür qaranlıqlara. 

Addımının səsindən 

dağlar, daşlar oyanır. 

Bu dünya başdan-başa 

nəğmələrə boyanır. 

Toyda bir qız oynayır, 

Əda ilə, naz ilə. 

Tamaşaya gəlibdir 

ən uca dağlar belə. 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə