Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə22/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   18   19   20   21   22   23   24   25   ...   88

 

 

127



ÜRƏK ŞAİRİ 

 

“Sən gərək qalaydın mən görən kimi”- 

Ürəyi nisgillə dinir şairin. 

Gülər gözlərində qəm görən kimi  

Hər anı zülmətə dönür şairin. 

 

Yazdığı sözləri barı tap, hərdən  



Dərdli gözlərinə dərdi təp hərdən. 

Ürəyi gör necə düşür təpərdən, 

Gözləri gör necə sönür şairin. 

 

Ağlayar ürəkdən, gülər ürəkdən, 



Vəfasız adları silər ürəkdən. 

Elə öləndə də ölər ürəkdən  

Bu ürək şairi, könül şairi.. 

 

*** 



2010 

 

 

 


 

 

128



MUZEYDİR MƏNİM ÜRƏYİM 

 

Gün düşər, qarı əriməz- 

Quzeydi mənim ürəyim. 

Kaş bir az da bu dərdlərə 

Dözəydi mənim ürəyim. 

 

Yup-yumşaqdı ipək kimi, 



Kövrəkdi kəpənək kimi. 

Bir zamanlar çiçək kimi 

Təzəydi mənim ürəyim. 

 

Təbdən-təbə düşə-düşə, 



Ağlamaqdır indi peşəm. 

Dərddən sərgi düzəltmişəm – 

Muzeydi mənim ürəyim. 

 

*** 



 

 

 

 


 

 

129



YAŞ QIRXDAN ADLAYANDA 

 

Yaş ki qırxdan adladı,  

Ömür arxdan adladı... 

 

Ömür pillələrindən 



Dönüb baxarsan geri

Saçlarına düşər dən, 

Xatırlayarsan hərdən 

Şəvə kimi telləri... 

Bir tilsimli baxış da 

sənə dünya bağışlar, 

qəlbini odlayanda. 

Yanarsan, yaxılarsan, 

Sənə elə gələr ki, 

Bərk getsən yıxılarsan, 

əyrim-üyrüm yoxuşlar 

dizini qatlayanda, 

yaş qırxdan adlayanda. 

 

Gecə ərşə çəkilər  



Gözlərinin yuxusu, 

Ürəyinə tökülər 

Xeyirxahlıq duyğusu. 

Unudub birdəfəlik 

Yorğunluğu, dincliyi, 

Görərsən ki, başlayıb  

Gəncliyin qocalığı, 

Qocalığın gəncliyi. 

Qayğılar addım-addım  

Gəzər ilikdə, qanda 

Yaş qırxdan adlayanda. 

 



 

 

130



Alın qırışlarından, 

Kağızlara iz düşər. 

Hər kəlmənin başında 

Uşaqlıqdan söz düşər. 

Axtararsan gəncliyi- 

Yadına qarlı dağlar, 

Tufanlı dəniz düşər. 

Gah da ki varlığına 

Alov düşər, köz düşər, 

Kövrələrsən də hərdən. 

Üç-üç, beş-beş qalxdığın 

O hündür pillələrdən 

Indi bir-bir düşərsən... 

Təzədən cavanlaşar, 

Təzədən gəncləşərsən, 

Bir nazlı, bir ədalı 

Gözəl gördüyün anda

Yaş qırxdan adlayanda. 

 

Bir əlin cavanlıqda, 



Bir əlin qocalıqda. 

Bir ayağın dünəndə, 

Bir ayağın sabahda. 

Düşünərsən mənalı 

Ömür haqda, gün haqda. 

İstəyərsən hər axşam  

Neçə-neçə dahini 

Oxuyub, salıb yada, 

Hər ürəyi duyasan. 

Bir nişanə qoyasan 

Özün də bu cahanda. 

Yaş qırxdan adlayanda.. 

Yaş qırxdan adlayanda 



 

 

131



NEÇƏ Kİ GƏNC İDİM 

Neçə ki gənc idim elə bilirdim  

Fələyin özüynən döyüşə billəm. 

Əsən küləklərin, coşan sellərin 

Səmtini, yönünü dəyişə billəm.. 

 

İndi bir qocayam, torpaq müştəri, 



Torpaq hər yetənə kəfənlik olmur. 

Qalır bu dünyaya mənim işlərim, 

Dünyanın işləri ta mənlik olmur. 

 

*** 



2015 

 

QORXUSU YOXDUR 

 

Altmışım arxada qalıb haçandır, 

Haçandır gözümün yuxusu yoxdur. 

Yaşın çətinliyi altmışacandır, 

Altmışdan o yana qorxusu yoxdur. 

 

Günlər qanadlanıb uçur, quş olur, 



İllərin karvanı ötüşmüş olur. 

Ömür yetmişində yetişmiş olur, 

Yetmişdən o yana qorxusu yoxdur. 

 

Elə ki təklənir, təklənir insan, 



Dərdi batman-batman yüklənir insan. 

Deyirlər: Səksəndə səksənir insan

Səksəndən o yana qorxusu yoxdur. 

 

 




 

 

132



Yoxuşun sərtliyi dizi qorxudur, 

Baxışın sərtliyi gözü qorxudur. 

Doxsana yetməyin özü qorxudur, 

Yüzdən o tərəfə qorxusu yoxdur. 

 

Hər gün əsəb, təzyiq, qan qorxusudur, 



Ürək ağrısıdır, can qorxusudur... 

Bizik bu dünyanın ən qorxulusu, 

Bizdən o tərəfə qorxusu yoxdur. 

 

*** 



2008 

 

QOCANIN ÖMRÜ 

 

Qarlı çağlarında barlı bağlara 

Bürüncək ömrüymüş qocanın ömrü. 

Xəyalım hey məni çəkir dağlara

Ərincək ömrüymüş qocanın ömrü. 

 

O ki kövrəklikdə bir himə bəndmiş, 



Bağlı qapıları “Simsim”ə bəndmiş. 

Nə sümükdən sümük, nə ətdən ətmiş, 

Xəmirçək ömrüymüş qocanın ömrü. 

 

Qəlbi yağmalanmış yurdu kimiymiş, 



Qəddi bükcələnmiş dərdi kimiymiş. 

Bir az da barama qurdu kimiymiş, 

Hörümçək ömrüymüş qocanın ömrü. 

 

 



 

 



 

 

133



Yanıb ömür adlı bir bağın üstə, 

Əsib hər çiçəyin, yarpağın üstə. 

Su deyib inləyən torpağın üstə, 

Bir çiçək ömrüymüş qocanın ömrü. 

 

Bu necə yaşayış, bu necə gündür – 



Ovcu cadar-cadar, düyün-düyündür. 

Keçmişi keçmişdir, indisi indi, 

Gələcək ömrüymüş qocanın ömrü. 

 

Qızarmış gözləri – qanın şəklimi, 



Hər günün, saatın, anın şəklimi? 

Zaman bir rəssamdır: “Mənim şəkilimi  

Gəlim, çək” ömrüymüş qocanın ömrü. 

 

*** 



18.08 2015 

 

 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə