Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə25/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   21   22   23   24   25   26   27   28   ...   88

 

 

146



DİLBƏR 

M.Müşfiqə 

 

Əldə qələm tutan hər bir şairin 

İlham pərisi var, söz dilbəri var. 

Hər duyan könülün  öz dərdi-səri, 

Hər sevən ürəyin öz dilbəri var

 

Sən çıraq olsaydın, pərvanə könlüm  



Üzünü-gözünü ütərdi, Dilbər. 

Sən çiçək olsaydın, divanə könlüm  

Hüsnünə nəğmələr ötərdi, Dilbər. 

 

Duyğu yağışları yağar sinəmdə, 



Sevda bulaqları axar sinəmdən. 

Ürəyim gül olub, çıxar sinəmdən, 

Sən gəzən yerlərdə bitərdi, Dilbər. 

 

Tanrıya tay edib bu görkəm səni, 



Vur öldür, neyləyim-sevirəm səni. 

Görsə bu libasda kədər -qəm səni, 

Burdan ilim-ilim itərdi, Dilbər. 

 

Bir istək ağlayar, gülər mənimlə 



Yaşayar mənimlə, ölər mənimlə. 

Hamı öz dərdini bölər mənimlə

Mən bölə bilmərəm bu dərdi, Dilbər. 

 

Şahanə gözəlsən, şah qızı şahsan, 



Heyif! – şahlar kimi bizdən uzaqsan. 

Səni bu yaşımda sevmək günahsa, 

Sevməmək ondan da betərdi, Dilbər. 

2009 



 

 

147



EH, SƏNDƏ NƏ GÜNAH VAR 

 

Həsrət sarı simləri düzər könül sazıma, 

Simlər alışsalar da sinəm çətin qızınar. 

Sənsiz keçən günümə, 

Sənsiz ötən yazıma 

Nə müddətdir yağır qar, 

Eh, səndə nə günah var. 

 

Ömrüm-günəş işığı axtaran çiçək kimi



Könlüm sevgi gülləri böyüdən dibçək kimi. 

Niyə atdın ayağa dağdan uca eşqimi, 

İndi kimdir günahkar? 

Eh, səndə nə günah var. 

 

Sənsiz keçən ömür-gün ömür deyil, gün deyil, 



Yandır məni! Yanmasam əritmək mümkün deyil. 

Saçlarıma düşən dən bu yollardan dön deyir, 

Bəlkə duyan tapılar, 

Eh, səndə nə günah var. 

 

Zülmətdə işıq kimi səni axtarıb gəzən, 



Hər cövrünə tablaşan, hər əzabına dözən, 

Səni məndən istəyib, tez-tez özümdən küsən 

Ürəyimdir günahkar, 

Eh, səndə nə günah var?! 

 

*** 


 

 

 



 

 


 

 

148



SƏN MƏNİ ÖYRƏTDİN AYRILIQLARA 

 

Hər anım, hər günüm, hər ayım belə, 

Dağıldı eşq adlı sarayım belə. 

Dünyanı incidər harayım belə, 

Hər gecə varlığım çəkilər dara, 

Sən məni öyrətdin ayrılıqlara. 

 

Adlaya bilmədim qəm hasarını, 



Simləri qırıldı könül tarımın. 

Boynu bükük qaldı arzularımın, 

Niyyətim haraydı, mənzilim hara, 

Sən məni öyrətdin ayrılıqlara. 

 

Yolçunu yolundan əylədən kimi



Dərdliyə dərdini söylədən kimi, 

Uşağa əlifba öyrədən kimi 

De nədən başlayım mən günüqara, 

Sən məni öyrətdin ayrılıqlara .  

 

Bir gül qönçəsiydi ürəyim mənim, 



Eşqin təşnəsiydi ürəyim mənim, 

Vüsal çeşməsiydi ürəyim mənim. 

Mən hara, qəm hara, ayrılıq hara,  

Sən məni öyrətdin ayrılıqlara. 

 

İzim daş üstündə bitən yazıydı, 



Sözüm Babəklərin “Bəzz” qalasıydı. 

Arzum xan oğluydu, bəy balasıydı, 

Həsrətin eşqimi gətirdi zara, 

Sən məni öyrətdin ayrılıqlara. 

 

*** 


2011


 

 

149



ÖLMƏYƏ VAXTIM OLMAZ 

 

Allah verən ömürdü, 



Sürməyə vaxtım olmaz. 

Gözəlliyə baxaram, 

Görməyə vaxtım olmaz. 

 

Burdan çıxıb gedərəm, 



Su tək axıb gedərəm. 

Gülə baxıb gedərəm, 

Dərməyə vaxtım olmaz. 

 

Dilim yanar “yar” deyə, 



Yara sözüm var deyə. 

Yarım ağlayar -deyə, 

Ölməyə vaxtım olmaz. 

 

*** 



2014 

 

VAXTIDIR 

Kimsə varmı tilsiminə düşməsin, 

Gözlərinin göyçək olan vaxtıdır. 

Şair olan arı kimi bal çəkər, 

Hər sözünün çiçək olan vaxtıdır. 

 

Çöhrəsindən səyyarələr nurlanar, 



Səcdəsinə yoxsul gələn varlanar. 

Dövrəsində külli-aləm fırlanar, 

Pir olmuşun ocaq olan vaxtıdır. 

 

 




 

 

150



Sirmi deyim zamana mən,vaxta mən, 

Pirmi deyim o əyləşən taxta mən?... 

Qarğımışam bu kor olmuş baxta mən

Onun məndən qaçaq olan vaxtıdır. 

 

Layiqdir ki, o gül əllər gül dərə, 



Könlüm qonar o dərdiyi güllərə. 

Sevə-sevə bəslədiyi güllərə, 

Ürəyimin dibçək olan vaxtıdır. 

 

Çoxaldıqca hüzuruna gələnlər, 



Sıralanır həsrətindən ölənlər. 

Ay Əşrəf, nə baxırsan yalandan, 

Əfsanənin gerçək olan vaxtıdır. 

 

*** 



2015 

 

QADIN 

 

Qadın, qadın!-Onun da  



Yaxşısı var, pisi var. 

Bəziləri kişini ilan kimi çalarmış. 

Neçə-neçə ordunu əsir edən oğullar, 

Bir arvadın əlində əsir olub qalarmış. 

 

*** 


1970 

 

 

 


 

 

151



SEVGİDƏ GÜCƏ BAX 

 

Öz ürəyim, öz əlim  

Özümə qatil oldu. 

Eşitdinmi ay gözəl,  

Sübh namazı vaxtı mən  

Ulu Tanrıdan əzəl  

Sənin adını çəkdim, 

Namazım batil oldu. 

 

*** 


2009  

 

DÜŞƏR 

 

İlk baharın eşqinə çöllər qalxar yuxudan, 

Sinəsində eşq olsa səhraya da bağ düşər. 

Yaz nəfəsi dəydimi güllər qalxar yuxudan

Gül kolunun bətninə gül kimi uşaq düşər. 

 

Yerin, göyün gümanı bir ilahi eşqədir, 



Günəşə bax, aya bax-sevgi odur, eşq odur. 

Köksünüzdə heç zaman soyumasın eşq odu, 

Sevgisiz ürəklərə qar yağar, sazaq düşər. 

 

Kaş ki, eşqin bağında dərd ağacın olmasın, 



Bu ağrılı dünyada ağrın-acın olmasın. 

Məhəbbətə, sevgiyə ehtiyacın olmasın, 

Cəhd elə ki, heç nəyə ehtiyacın olmasın, 

Ehtiyac girən evdən məhəbbət qaçaq düşər. 

 

*** 


2007 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə