Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə30/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   26   27   28   29   30   31   32   33   ...   88

 

 

178



YOLLAR 

 

Bu yollar mənzilə aparmalıydı, 



Yolçular bu yolda baş aldatdılar. 

Yollar tapdandıqca qabarmalıydı, 

Yollar tapdandıqca yola yatdılar. 

 

*** 



1992 

 

PAYIZDA 

 

Al qırmızı xonça tutar dan yeri



Çöllərə nişan aparar payızda. 

Bu yerlərdə üzə gülən gülləri  

Harda isə don aparar payızda. 

 

Zəfəranı, ağ şanısı, ənciri  



Hər yetəni şirin-şirin dindirir... 

Abşerona yolu düşsə hər kimin 

Dərdinə dərman aparar payızda . 

 

Qızıl günəş çöhrəsində nurlanır, 



Səyyarələr dövrəsində fırlanır. 

Dodaqları çatladıqca narların,  

Bu bağları qan aparar payızda. 

 

*** 



2011 

 


 

 

179



OCAQ YERLƏRİ 

 

Baxıram meşədə ocaq yerinə, 

Burda ov ovlanıb, burda qan düşüb. 

Yaşıl dünyamızın ağ ciyərinə  

Bu qara ləkələr hayandan düşüb? 

 

Bu yaşıl çəmənin, bu dağın, daşın 



Qara yelləridir ocaq yerləri. 

Bağrının başında bir yaşılbaşın 

Yara yerləridir ocaq yerləri. 

 

*** 



2010 

 

SƏHƏR AÇILIRDI 

 

Əsirdi səhərin xəfif yelləri

Dünya sehirlənmiş mələk kimiydi. 

Səhər açılırdı... 

Qızıl dan yeri  

Təzə pardaxlanmış çiçək kimiydi. 

 

Gün düşür çöllərin qar sinəsinə, 



Sular işım-işım işıldayırdı. 

Sanki ulu Tanrı yer kürəsinə  

“Sevirəm” sözünü pıçıldayırdı. 

 

*** 



2010 

 


 

 

180



MƏNİ  BAĞIŞLA 

 

Bir yanda daşqındır, bir yanda yanğın, 

Bilinmir baharı, seçilmir qışı. 

Soruşan da yoxdur: ey ulu Tanrı, 

Niyə dağıdırsan bu dağılmışı?! 

 

Gecələr gözümdən yuxum çəkilir, 



Dünyanı başıma dar eyləyirsən. 

Hansı ürəkdən ki, xofun çəkilir, 

Sən orda şeytana yer eyləyirsən. 

 

Bəd xəbər qapını döyməsin, Allah, 



Şeytana düşməsin bəndənin işi. 

Sən Allah, xətrinə dəyməsin, Allah, 

Niyə dağıdırsan bu dağılmışı?! 

 

Deyək ki, qarşında biz günahkarıq, 



Dağların, daşların günahı nəydi? 

Suda balıqların, düzdə otların, 

Səmada quşların günahı nəydi? 

 

Öpmək istəyirəm lələklərindən  



Az qala çiynimə qonan quşların. 

Yanıqlı  səsindən tanıyıram mən 

Meşədə yuvası yanan quşları. 

 

Birinin ağzında nəfəsi yanıb, 



Birinin sinəsi ütülüb odda. 

Birinin dilində nəğməsi yanıb, 

Başını gizlədib qanadı altda. 

 

 



 


 

 

181



Bir zaman gülərüz  rus qızları tək 

Burda yağışların üzüyolaydı... 

Od tutub meşələr...yanır gül- çiçək 

İndi qurd-quşun da işi qolaydı... 

 

Dayanıb səcdənə, əl açım sənə, 



Ayağın altına yıxılım, Allah! 

İndi təkcə qalıb əlacım sənə, 

Mən niyə üzünə ağ olum,Allah?! 

 

Bəlkə səhv danışdım, yalanı yazdım, 



Tanrım, qurban olum, məni bağışla. 

Yalanı yazmadım, olanı yazdım, 

Mən hələ yadımda qalanı yazdım, 

Allahım, mən ölüm, məni bağışla!... 

 

*** 


 

2010 

 

YARĞANDA LALƏLƏR 



 

Dağ yarğanı başdan-başa lalədir, 

Hər gedənə ünvan verir, əl edir. 

Az qaldım ki, qucaqlayıb qaldırım, 

Elə bildim yaralıdır bu dağlar- 

Bir igidə qılınc çəkib ildırım, 

Sinəsindən gecə-gündüz qan axar. 

Biz  torpağa doğma ana deyirik, 

Gör nə qədər məhəbbət var anada- 

Kim qəsd edib yaralasa qəlbini 

Sinəsində gül bitirər ona da. 

 

*** 




 

 

182



DAĞLARIN 

 

Gedək dedim, gedək, gəzək doyunca, 

Çox olmuşam həvəsində dağların. 

Necə olsa, təzəlik var, saflıq var, 

Ülvilik var nəfəsində dağların. 

 

Sən hardasan, gəlib çıx, ay gülüzlüm, 



Tellərinə inci-inci gül düzüm. 

Qardan keçdim, qışdan keçdim, gül üzdüm

Qonaq oldum süfrəsində dağların. 

 

Çəkə-çəkə hər çiçəyin nazını  



Ana torpaq nur içində qızınır. 

Aşıq basıb sinəsinə sazını, 

Vəcdə gəlib sinəsində dağların. 

 

Qızıl günəş, saçlarını səpələ, 



Körpə-körpə çiçəkləri öp hələ. 

Getmə, getsən, çöllər, düzlər, təpələr 

Yatıb qalar kölgəsində dağların. 

 

Quzeyləri qarından pay saxlayar, 



Güneylərdə qızlar dəstə bağlayar. 

Dərələri coşar, daşar, çağlayar, 

Çöllər gülər nəğməsində dağların . 

 

Yamaclardan buxar qalxar tər kimi



Otlar üstə şeh damcısı zər kimi. 

Gün dəydikcə əriyirdik qar kimi, 

Çalxanırdıq “nehrəsində” dağların. 

 

 



 


 

 

183



Dolusuyla göylər bizi “daşladı”, 

Qaçıb girdik daldasına daşların. 

Əmim oğlu bir heyratı başladı, 

Əli qaldı çənəsində dağların. 

 

*** 


 

QOBUSTAN QAYALARI 

 

Ruzumuz daşdan çıxıb, 

Arzumuz daşdan çıxıb. 

Qılıncımız, nizəmiz, 

Gürzümüz daşdan çıxıb. 

Babalarım daşı da 

Əkib, becərib burda. 

Hər qayada tarixim 

Bitib, cücərib burda. 

Qobustan- 

Başdan başa 

Bir tükənməz xəzinə. 

Sivri qayalarında  

Ürəyimiz gəzinər. 

Hər qayası gül-çiçək, 

O, daş gülüstanımdır. 

Qobustan-ozanımdır, 

Dərdimi yazanımdır. 

Dənizdən üzə çıxmış, 

Dərədən düzə çıxmış 

Təlatümüm, qasırğam, 

Tufanım, tüğyanımdır. 

Sazlı-sözlü qayalar, 

Odlu-közlü qayalar, 

 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə