Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə15/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   11   12   13   14   15   16   17   18   ...   88

 

 

82



ZÜLMƏTDƏN DÜŞƏN İŞIQ 

(lirik poema) 

 

Otuz ilə yaxın Smolensk vilayətinin Vyazma şəhərinin 

yaxınlığındakı Yubileynaya qəsəbəsində yaşayan, 17 il Azər-

baycana gələ bilməyən, yalnız 2008-ci ilin oktyabr ayında 

“bacıoğlu” adlandırdığı oğlum Rövşənin toyunda söz deyən, qol 

götürüb oynayan, Ağstafa və Bakıdakı qohumlarını ziyarət 

edən, yaşadığı şəhərdə bütün azərbaycanlıların və başqa millət-

lərin rəğbətini qazanan, onlara kömək və qayğısını  əsirgə-

məyən, Azərbaycan diasporunun fəallarından biri, hamının 

“Xəlilov”-deyə müraciət etdiyi Müşavir bəy kiminsə harayına 

çatmaq istəyərkən öz sevimli “Hunday”ı ilə Moskvadan 

Vyazmaya gələn zaman – 28 avqust 2010-cü ildə Qaqarin şəhə-

ri yaxınlığında avtomobil qəzasına uğrayıb, dünyasını  dəyiş-

mişdir.. Smolensk vilayətində yaşayanlar üçün bu, çox ağır bir 

itki idi.... 

 



 

Dayandı qəsdimizə bir qara zindan sayağı, 

Soldurdu ömrümüzü qəriblik hicran sayağı. 

 

Qəlblərin aynasını daşlayıb sındırdı kədər, 



Buludlar tək boşalıb, dolduq asiman sayağı. 

 

Qəriblik eldən alıb, doğma vətəndən eylədi, 



Üyütdü ömrümüzü o bir dəyirman sayağı. 

 

Döngələrdən necə gör selləndi insan axını 



Coşduqca, qaynadıqca hər küçə meydan sayağı. 

 

 




 

 

83



Bəd xəbər yadları da göz yaşına eylədi qərq

O uzun yay gecəsi ötdü zimistan sayağı. 

 

Ölümün sərt qışı da qorxutmadı əsla onu, 



Gül kimi ömür sürdü, soldu gülüstan sayağı. 

 

 Bəlkə öldü deməyək, bəlkə şəhid oldu deyək, 



Dostların yaddaşında qaldı qəhrəman sayağı. 

 

Mor buludlar da  dolub axıtdı göz yaşlarını, 



Neçə yerdən qanayan ləhdinə dərman sayağı. 

 

Əsdi yel, yağdı yağış, çağladı çaylar o gecə, 



Sərildi oğlanları üstünə qurban sayağı. 

 

Dar gündə imdadına çağırsaydı kimsə onu, 



Sevimli “Hunday”-ını çapardı ceyran sayağı. 

 

Başımız üstdə budur, bir cüt göyərçin də uçur, 



Bilirik quş dilini guya Süleyman sayağı. 

 

Münafiqlər nə qədər qəsdimizə dursa belə



Hər kitab fəth eyləməz qəlbləri “Quran” sayağı. 

 

Gün ötər, il dolanar, xatırlayar dostlar onu, 



Həm müsalman sayağı, həm də xristiyan sayağı. 

 

Bir dostun səhhətində görsə problem yaşanır, 



Kəsdirərdi başının üstünü loğman sayağı. 

 

Saf, təmiz əməlləri insanlığa örnək idi, 



Tərk etdi dünyamızı əsl bir insan sayağı. 

 



 

 

84



Canımız çıxsa belə, çıxarmarıq yaddan onu, 

Gül kimi sözlərini bəslərik güldan sayağı. 

 

Andıra qalsın bu yolu, andıra qalsın deyirəm, 



Gör neçə oğlumuzu uddu qəbirstan sayağı. 

 

Bizi pəjmürdə görüb, sevinməsin vaxtsız əcəl, 



Dolaşar əməlləri dillərdə dastan sayağı: 

 

--Bu binanı kim tikir, 

Niyə yarımçıq qalıb? 

Qışın oğlan çağında 

Üst-başı açıq qalıb 

 

--Bu binanı tikənin  



Sənnən arası yoxdur. 

Krediti  tükənib, 

Pulu- parası yoxdur. 

 

Sevimli “Hunday”ını  



Ora-bura çapardı. 

İki daş arasında  

Pul axtarıb tapardı. 

 

-Al, bunları ver ona, 



Mənim adım olmasın. 

Tikdirdiyi bu bina 

Qoy yarımçıq qalmasın. 

 

 



 


 

 

85



-- -Filankəs kənddən gəlib 

Evin xəbəri yoxdur. 

İşə təzə düzəlib, 

Qalmağa yeri yoxdur. 

 

--İstəmərəm kimsənin  



Arzusu gözdə qalsın. 

Bir yer tapana kimi 

Qoy gəlib bizdə qalsın. 

 

--Filankəsin qızını  



Almaq istəyən oğlan 

Dərdə, qəmə batıbdır 

O gördüyün şən oğlan. 

 

-Qoy narahat olmasın 



Gedib başa salarıq. 

Öz başına deyil ki, 

Elçi düşüb, alarıq. 

 

Astaca yerişini 



Quşlar da duyardılar. 

Göyərçinlər elə bil  

Onu tanıyardılar. 

 

Quşlar nəğmə ötərdi, 



Dinləyərdi quşları. 

Hər axşam işdən gəlib

Dənləyərdi quşları... 

 

Bəxti də yeyin olsun 



Vallah gərək adamın.  

Səni qoruyammadıq, 

Sən ey ürək adamı!.. 



 

 

86



 

Öz sevdiyi maşında  



Ölüm onu haqladı: 

Qamətini əyərək, 

“Evim uçdu” deyərək 

Nina İvanovna da  

Başını qucaqladı, 

Baxıb- baxıb ağladı. 

Durub- durub ağladı, 

Yetim bir uşaq kimi  

Boynun burub ağladı.. 

 

Deyirlər ki, hamının  



Dayısıymış bu insan. 

Qayğısız cavanların 

Qayğısıymış bu insan. 

Vətəninə, elinə 

Aşıq imiş -deyirlər 

Qurbətdən axıb gələn, 

Zülmətdən axıb gələn 

İşıq imiş-deyirlər... 

 

Əmisizə əmiymiş, 



Dayısıza dayıymış. 

Tanrının yer üzünə  

Xeyirxahlıq payıymış. 

 

Gah şahmata baxarmış, 



Gah futbola gedərmiş 

İdmançı uşaqlara  

Sponsorluq edərmiş. 

 



 

 

87



Ülvilik vurğunuymuş, 

Gözəllik ölüsüymüş. 

Çörəyinin, suyunun, 

Pulunun dəlisiymiş. 

 

Vətən sözü bitibmiş 



Dodağında, dilində. 

Həlli mümkün olmayan 

İş yox imiş əlində. 

 

Niyə belə bəd gəldi,  



Nə uğursuz fəsildir. 

Neçə qaçqın uşağın 

Təqaüdi kəsildi. 

 

Qanadları qırıldı 



Göylərdən yerə düşdü. 

Bir nişanlı qızın da 

Toyu təxirə düşdü... 

 



Sən ey cəfalı kişi, 

Ağstafalı kişi, 

Niyə vəfasız çıxdın, 

Əhdə vəfalı kişi... 

 

Əl verib hər kəsə də



İmdadına çatardın 

Əlin işləməsə də 

Hamıya əl tutardın. 

 

 



 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə