235
Ayaqqabılarımı, əyin paltarımı da unutmuşdum. Aqil qardaş
məni yük maşınının üstünə mindirdi. Neçə gün idi ki, gözlərim
yollarda qalmışdı, səni gözləyirdim. Bəs belə gələrlər, ay oğul!
Maşınımızı güllə-boran elədilər, təkərlərini sıradan çıxartdılar,
Allahdan olan kimi güllələr bizə dəymədi. Maşının sürücüsü
Rizvan bizi böyük çətinliklə yağılardan xilas edə bildi.
Kəndimiz od tutub yanırdı. Qorxa-qorxa arxaya baxdıq, qızıl
güllələrin, odlu mərmilərin və qara tüstülərin içində boğulurdu
kəndimiz. Gözlərimi yumdum ki, bu dəhşətləri görməyim..”
Kəndimizin mehriban, qayğıkeş, evcanlı, ailəcanlı ağsaqqal-
larından biri olan Tohid kişini evindən çıxıb qaçmaq istədiyi
yerdə, Əliqulunu öz isti ocağında, Valehi kəndin müdafiəsində
dayandığı vaxt, Fəridə xanımı öz ciyərparasını bağrına basmış
vəziyyətdə avtobusda gələrkən vurublar. Daşdəmiri tank mər-
misi ilə parça-parça ediblər o qansızlar, o alçaqlar, sinələrində
insan ürəyi olmayan o vəhşilər..”
Kənd camaatının dediklərinə görə hadisədən bir neçə gün
əvvəl beş nəfər rus əsgəri peyda olub. Güman ki, kəşfiyyat işləri
aparırmışlar. Qafar kişinin çəpərinə düşmüş soba borusunu da
top lüləsinə oxşadıb tankdan atəşə tutublar..
Dəfələrlə Yuxarı Veysəlli kəndinin igid cavanları erməni
qarətçilərini döşlərinə qatıb, qovub kənddən uzaqlaşdırıblar.
Hər dəfə də ermənilər böyük itkilərə məruz qalmışlar...
Dörd uşaq atası olan Şakiri kəndimizin ortasında ermənilər
maşınla vurub qətlə yetirdilər, dözdük, Pənahın maşınını
güllələdilər, dörd nəfəri də maşının içərisində yaraladılar. O
hadisədən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Pənah hələ
də ayaq üstə qalxa bilmir. Aşağı Veysəlli kəndindən 6 nəfəri
tarlada işlədikləri yerdə girov götürdülər, iyirmi gündən çox
saxlayıb ermənilər onlara olmazın işgəncələrini verdilər. Nəha-
yət, veysəllilər girova girovla cavab verib onları dəyişdirə bil-
dilər, dözdük. Əhəd kimi, Bakir kimi oğlanlarımız getdi, yenə
dözdük. Ancaq ayılmadıq. Kəndlərimizin müdafiəsini lazımınca
236
təşkil edə bilmədik. Bağanis Ayrım, Tuğ, Kərkicahan,
Xocavənd, Malıbəyli, Qaradağlı yandırılıb yerlə yeksan edildi.
Bu da Yuxarı Veysəlli kəndinin acanacaqlı, faciəli taleyi..
Görəsən biz bu dərdlərə dözəcəyikmi?..
Çətin!
Vətənin bir tərəfində qanlı döyüşlər, o biri tərəfində isə şıdır-
ğı alver gedir. Bir tərəfdə qeyrətli, Vətən təəssübü çəkən oğlan-
larımız qanlarına qəltan edilir, digər tərəfdən isə rüşvətxorluq,
qohumbazlıq, yerliçilik namuslu adamlarımızı təngə gətirir.
Eh, nə isə. Dərdlər o qədərdir ki, hansı birini deyəsən!...
QAÇQINLAR KÖVRƏK OLUR
Mən siyasət adamı deyiləm. Ancaq açıqca görürəm ki, vaxtı
ilə əyri yollarla, min bir fırıldaqla hakimiyyətə gəlmiş
M.S.Qorbaçovun yenidənqurma siyasəti yenidənqırmaya çev-
rilib. Demokratiya, insan hüqüqlarının kobud şəkildə pozulması
hallarına gətirib çıxarıb və 20-ci əsri qaçqınlar əsrinə döndərib.
İlin-günün ağır vaxtında hər şeyin bahalaşdığı, maddi nemət-
lərin, paltar-palazın, tikinti materiallarının göyə çəkildiyi bir
vaxtda doğma yurd-yuvadan didərgin düşüb, evsiz-eşiksiz qal-
maq adi hala çevrilib. Bütün bunlar hər tərəfə rahat at çapmaq
imkanı əldə edən erməni millətçilərinin, rus şovinistlərinin, yəni
erməni neofaşizminin qara əməllərinin acı nəticəsidir.
Gör nə günlərə qalmışıq ki, taleyimiz Yeltsinlərin,
Şapoşnikovların və Ter-Petrosyanların bağlı qapılar arxasında
keçirdikləri müşavirələrdə həll olunur. Gör nə günlərə qalmışıq
ki, aylarla ətə-yağa, südə həsrət yaşayırıq, ancaq min bir əziy-
yətlə saxladığımız, kökəltdiyimiz mal-qaranı, qoyun-quzunu
erməni talançıları və onların quldur havadarları aparıb yeyib
içir, sonra da yenidən kəndlərimizə basqın edirlər.
22 fevral- kəndimizin tarixində əbədilik qalacaq. O qanlı, o
müdhiş gecə. Yuxusu ərşə çəkilən körpələr, uşaqlar, gəlinlər,
237
qızlar, ürəklərinə çalın-çarpaz dağlar çəkilən ağsaçlı analar əsir
olublar o gecə..
Vaxtilə Azərbaycan kəndlərini talan edən stepan razinlərin
yeni davamçıları peyda olub. Neçə-neçə insan ömründə yığılıb
nəsillərdən-nəsillərə keçən yerüstü və yeraltı sərvətlərimizin
talançıları yenidən meydana çıxıblar. Bizimkilər isə acınacaqlı
vəziyyətdə, harda gəldi orada gecələməyə, daldalanmağa yer
axtarırlar. Bu da illərdən bəri dostluq etdiyimiz, igid-igid oğlan-
larımızı dar vaxtında yolunda qurban verdiyimiz rus imperi-
yasının bizlərə olan sədaqəti, səxavəti...
Şəhərimizə axın-axın qaçqınlar gəlir, özlərinə simsar axta-
rırlar, Yuxarı Veysəlli camaatı da bir ucu Beyləqan, Ağcabədi,
Ağdam, bir ucu da Bakı, Sumqayıt şəhərlərinə axışır. Gəl indi
topla bu adamları bir yerə...
Yuxarı Veysəlli camaatının bir qrupu da Füzuli rayonunun-
dakı uşaq bağçalarında və internat məktəbində gecələyir. Hamı-
sının da ürəkləri dağlı, gözləri yaşlıdır. Bir tanış, bir qohum
görən kimi kövrəlirlər. Öz isti ocaqlarını, rahat dolanışıqlarını
və gül-çiçək ətri qoxuyan yorğan-döşəklərini məcburiyyət
qarşısında tərk edən bu adamlar darısqal sığınacaqlarından,
imkansızlıqlarından, gələn qonaqlara yer göstərə bilmədiklə-
rindən, uşaqlarının, özlərinin nimdaş üst-başlarından xəcalət
çəkirlər sanki.... Elə bil həmin adamlar deyillər, neçə gün
onlarla bir yerdə oldum, bir yerdə gecələdim. Mən də didərgin
idim. Doğma Vətənimdə qərib bilirdim özümü:
Torpagım od, suyum qordu,
Od üstündə yuva qurdum.
Kaş hec kəsə ana yurdu
Çevrilib qürbət olmasın.
Gecələrim qara tüldür,
Hər günüm bir uzun ildir.
Dostları ilə paylaş: |