Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə46/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   42   43   44   45   46   47   48   49   ...   88

 

 

256



Uşaqlıq və  gənclik illərində Novruz Məmmədov,  Şiraslan 

Aslanov,  Şiraslan Məmmədov,  İbrahim,  İmran, Aydın, Xəlil, 

Cəlil, Şamil, Kamil, Həsrət, Əvəz, Süleyman, Cəmil, Əhilman, 

Sabir, Musa, Vahid, Telman, Bəhlul, Aydın Xankişiyev və 

kəndimizin bir çox başqa cavanları ilə dostluq edərdim.Yaşda 

məndən xeyli cavan olsalar da, Nemət Veysəlli, Qürbət, Kərəm 

Hətəmov, Sabir Rüstəmzadə, Əbdül ilə söhbətimiz tutardı. Bir-

birimizə qonaq gələr, hər yaz gələndə gül-çiçək ətrinə qərq olan 

Ağbaşlı torpağında “Qaya bulaq” deyilən cənnət-məkan bir yer-

də “Xan çinar”ın kölgəsində istirahət etməyi çox xoşlayırdıq. 

Toylarda,  şənliklərdə  əylənər, o günlərin indi bizim üçün 

əlçatmaz, ünyetməz olan səhifələrini yaddaşımıza köçürərdik. 

Məşhur el sənətkarları Fərrux və Şahmurad bəyin böyük sənət-

karlıq məziyyətləri, Bəylər bəyin torpaq təəssübkeşliyi haqqın-

da söhbətlərə qulaq asar, məşhur aşıq Humay, aşıq Vəli, Əbdül, 

Cəmil, Melik, Balaş dayı, İmran, Qəmbər məclislərinin iştirak-

çısı olardıq. Uşaqlıq dünyamız böyüdükcə bu siyahı bir qədər 

də genişlənir və dolğunlaşırdı. 

El arasında “Qara Məmmədəli” ayaması ilə tanınan, öz xeyir-

xah  əməlləri, savadı, bilgisi ilə böyük şöhrət qazanan 

Məmmədəli Tahirovun atalar sözləri, zərbi-məsəllər, xalq deyim-

ləri ilə gözəlləşən  şirin danışığı, Dadaş, Balaş qardaşla-rının və 

Əbdülhəsən Məmmədovun uzaq və yaxın keçmişlərdən xəbər 

verən söhbətləri, ölümündən bir gün əvvəl qəbristanlığa gəlib 

orada yatan dostlarını  səsləyən “yanınıza gəlirəm, darıxmayın”-

deyərək atam Cavadla özünə bir yemişan ağacının kölgəsində 

qəbir seçən əmim Şəfinin duzlu-məzəli əhvalatları, şirin danışığı, 

güləşərkən erməni dığalarını bir-bir yerə  çırpan Nəcəfqulunu, 

Qubad kişini, Hətəm Hətəmovu,  İsa Rüstəmovu, Abbas 

Sultanovu, Məmmədi, Qeysi, Yavəri,  Əhədi, Bağırı... yada 

salmamaq qeyri-mümkündür. Yəqin ki, “Qolu yox Əsgər”in 

pəhləvan Aşotu necə yıxdığını indi də xatırlayanlar var... 




 

 

257



İsa “qəmgin” ayaması ilə şeirlər yazan İsa Rüstəmov sonralar 

Sumqayıta gəldi və ömrünün axırına qədər Sumqayıtda yaşadı. 

35 saylı texniki peşə məktəbində usta, milis idarəsinin mühafizə 

bölməsində inspektor, fəhlə yataqxanalarında tərbiyəçi işlədi... 

 

Bir neçə xatirə: 

 

1. Fəhlə yataqxanalarının rəisi Yəhya  Əsgərov bir gün İsa 

müəllimi yanına çağırtdırır və ona sualla müraciət edir ki, 

yataqxananın komendantı məzuniyyətə gedir, sən bir ay komen-

dantı əvəz edə bilərsənmi? İsa müəllim suala sualla cavab verir: 

“Yoldaş  Əsgərov, siz Leninqradda olmusunuz?” Yəhya 

Əsgərov “Yox” deyəndə  İsa gülümsəyərək: -“Mən orada oxu-

muşam”-deyir. 

2. Günlərin bir günündə  İsa müəllimə 100 manat pul lazım 

olur. 35 saylı texniki peşə məktəbində onun iş yoldaşı Urmanın 

təzəcə maaş aldığını görüb ondan iki günlüyə 100 manat borc 

pul istəyir və düz iki gündən sonra qaytaracağını bildirir. 

Urman and-aman edir ki, pulum yoxdur. Bundan iki gün sonra 

İsa müəllim trolleybusla gedərkən Urmanın payi-piyada 

N.Nərimanov adına mədəniyyət evinin yanından keçdiyini gö-

rür. Trolleybusu saxlatdırıb düşür və Urmanı yanına çağırır. 

Onlar üz-üzə, göz-gözə dayanırlar. İsa müəllim əl atıb öz cibin-

dən bir şax yüzlük çıxarır (o vaxt yüz manat böyük pul idi) və 

deyir: bu pul andır mənə 2 gün öncə lazım idi. Bu gün isə buna 

əsla ehtiyacım yoxdur. Bu gün sənə verəcəkdim bu pulu. İndi 

sənin gözlərinin qarşısında cıracağam bu yüzlüyü” ...Urman ha 

yalvarır ki, İsa “etmə, eləmə”.  İsa müəllim yüzlüyü cırıq-cırıq 

edib küləyə verəndən sonra amiranə tərzdə deyir: “Urman, indi 

gedə bilərsən!” 

3. Bir gün İsa müəllimin 1-ci mikrorayondakı təkotaqlı mənzi-

lində ikimiz oturub çay içə-içə  nərd oynayırdıq.  İsa bir-birinin 

ardınca uduzdu. O, birdən zərləri götürüb ayağa qalxdı  və 



 

 

258



“Qardaş, bu saat gəlirəm”-dedi. Bir azdan bərk tappıltı  səsləri 

eşidib yerimdən durdum. Baxdım ki, İsa müəllim balta tiyəsinin 

arxası ilə zərləri çırpır. “Qardaş, neyləyirsən”-dedim. “Sözə bax-

mayanı, sahibinin üzünə ağ olanı belə edərlər”-deyə cavab verdi. 

4. Həmkəndlimiz, qohumumuz Vəliqulu, İsa və mən yenə də 

İsanın təkotaqlı  mənzilində bir balaca şadyanalıq edirdik ki

qapının zəngi basıldı. İsa müəllimin kürəkəni Vaqif idi. Sumqa-

yıtda işə düzəlmək üçün gəlmişdi. Bir qədər yeyib-içdikdən 

sonra İsa müəllim Vəliquluya üz tutaraq soruşdu: “Neçə ildir ki, 

bu iki adı daşıyırsan.  İndiki vaxtda adam heç bir adı saxlaya 

bilmir, sən bu iki adı necə saxlayırsan?” Vəliqulunun üzündə 

qəribə bir təbəssüm yarandı: ”Ay İsa müəllim, nə bilim vallah, 

elə anadan olandan məni belə çağırırlar”. “Gəl sənə 50 manat 

verim, bu adın ikinci hissəsini sat mənə” deyə  İsa təklif etdi. 

Vəliqulu razılaşdı... İsa müəllim ciddi şəkildə və təmkinlə dedi: 

“Sən bu  gündən sonra olursan Vəli, Vaqif isə olur Vaqifqulu!” 

Xeyli gülüşdük... Sonralar Vaqifin anası Tamam xala “İsadan 

sənə  iş düzəldən olmazdı, adının üstünə  də bir ad qoydu, ay 

bala”- demişdi...  

5. Günlərin birində İsa Qəmgin ilə möhkəm yeyib içmişdik.. 

Həyətdə  ağacların arasında xeyli gəzişdikdən sonra ayrılmaq 

məqamı çatdı. Əl tutub ayrılanda İsa müəllim “Qardaş, çox-çox 

xahiş edirəm arxamca baxma!”-dedi.. 

Nə az, nə  çox, düz 7 il Ağbaşlıdan -ata-baba yurdumuzdan 

Yuxarı Veysəlli kəndinə mən və bacılarım 5-6 km yolu piyada 

məktəbə  gəlib getmişik. Neft lampası  işığında dərslərimizi 

hazırlamışıq. Amma yaxşı oxumuşuq. Kənd məktəbini bitirdik-

dən sonra mən orta təhsili əvvəlcə Füzuli şəhərinin B.Sərdarov, 

sonra isə X.B.Natəvan adına orta məktəbində davam etdirmi-

şəm. Orta təhsil aldığım illərdə bizə  əmilik edən Abdulla 

Əsədovun, kolxoz sədri Qədir  İbrahimovun, Füzulidə  şəhər 

Sovetinin sədri işləyən, sinəsi söz xəzinəsi olan, məni özünə si-




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə