265
Üç tərəfdən
dağlarla əhatə olunmuş, təbiətin əfsunlu əlləri ilə
sığallanan, cilvələnən Yuxarı Veysəlli kəndi hər yay özümün və
ailə üzvlərimin, ağlı-qaralı dünyanı təzə-təzə gözlərinə köçür-
məyə başlayan uşaqlarımın ən gözəl istirahət yeri idi... Səhv
etmirəmsə 1989-cu ildə də məzuniyyətimi kəndimizdə keçirir-
dim. Hər gün uşaqlıq və gənclik dostlarım bizi qonaq çağırır-
dılar. Ən çox qonaq düşdüyüm ev “Zil” maşını oxuda-oxuda
hər gün bir neçə dəfə məni axtaran Şiraslan Aslanovun kəndin
baş tərəfində yaşıllıqlar və bağçalar qoynunda ucaldılmış iki
mərtəbəli, son dərəcə səliqə-səhmanlı evi olardı. Burada həm
rəhmətlik Nazlı xanımın (Şiraslanın anası) həm də Şiraslanın
ailə üzvlərinin isti və səmimi münasibətlərinin cazibəsindən
çıxa bilməzdik. Tez bir zamanda uşaqlarımız da bir-birinə qay-
nayıb qarışardı. Uşaqlıq xatirələrindən danışar, Şiraslanın səmi-
miyyət dolu zarafatlarına qulaq kəsilər, günümüzün necə keçib
getdiyindən xəbərimiz olmazdı.... Tez-tez kəndimizin kolxoz
sədri, ali təhsilli tarix müəllimi Hətəm Hətəmovun, onun
qardaşlarının, xüsusən də dünyasını vaxtsız dəyişən Kərəm
Hətəmovun, bacanağım Heydər Mustafayevin, Balaş dayının,
Şamo kişinin, Əsədin, Ələmdarın, Füzulidə böyük hörmət
qazanmış, dəyərli səsə malik olan “Uca dağlar başında” mahnı-
sını özünəməxsus bir vurğunluqla ifa edib Xan Şuşinskidən,
Bülbüldən xeyir-dua alan, toylarda gənclik ehtirası ilə xüsusi bir
çevikliklə rəqs edən Qulu Həsənovun, Nadirin, Rəhmanın,
Hüseyn kişinin, Aşağı Veysəllidə yaşayan gənclik dostum
Aydın Xankişiyevin, mamam oğlu Əfqanın, Əhilmanın,
Cəmilin, Sabirin və bir çox başqa dostların qonağı olardım.
Nə edəydim, dost sözündən çıxmaq olmur axı... Hər gün bir
ziyafət, hər axşam bir qonaqlıq... Həmin il demək olar ki, öz
doğma evimizdə bir gecə də gecələməyə vaxt tapa bilmədim.
Məzuniyyət vaxtı bitdikdən sonra qayıdıb Sumqayıta gəlmək
istəyirdim. Elə bu vaxt pilləkənlərin yanında çəliyinə söykənib
fikirli-fikirli mənə göz qoyan atamı gördüm... Yaxınlaşıb görüş-
266
mək istəyirdim ki, “Oğlum, səni bir dəqiqə olar?”-deyə məni
yanına çağırdı... “Yenə nə qəbahət etmişəm, ay Allah”-deyə
fikirləşdim... Atam təmkinlə, aram-aram sözə başladı: “Oğlum,
bilirəm sənin dostların çoxdur. Allah hamısını saxlasın. Ancaq
səndən bircə dənə xahişim var: “Gələn dəfə kəndə gələndə tək
bircə gecə də mənim qonağım ol də, nə olar.... bəlkə elə sənə
deyilməli bir sözüm var...?!” İndi bütün varlığım od tutur, nəfə-
sim quruyur, ürəyim göynəyir, vücudum lərzəyə gəlir.... Mən
daha heç vaxt atamın qonağı ola bil-mədim... Yadımdan çıxmaz:
ən ağır vaxtlarında, ən çətin günlərində də “Bəlkə belə yaxşıdır”
deyən atam son mənzilə də “Şükür Allaha” deyə-deyə köçdü:
Bu dözüm, dəyanət hardandı onda-
Duyub ki, ömrünün qarlı qışıdır.
Ölüm ayağında, son məqamda da,
Buyurub: “Bəlkə də belə yaxşıdır.”
Deyib ki, “Oğlumun vaxtı nə gəzir,
Ona bildirməyin, təhəri yoxdur...”
Ah, necə uzundur bu yay gecəsi,
Sanki bu gecənin səhəri yoxdur.
Bir yanında anam, bir yanında mən,
Ortada ölümlə o, əlbəyaxa.
Dedim qurban olum ata, gəlmişəm
Bircə kəlmə dedi: “Şükür Allaha!...”
Anamı tapşırdım böyük oğluma,
Atamı tapşırdım qara torpağa,
İndi bircə fikir gəlir ağlıma,
Bircə söz bilirəm: “Şükür Allaha!...”
Bu da bəxt işidir, tale işidir-
Dilim başqa sözə uyuşmaz daha.
Ən çətin günümdə “Belə yaxşıdır”,
Ən ağır günümdə: “ Şükür Allaha!..”
267
KƏNDİMİZİN OĞULLARINDAN BİRİ
I
Cavad kişinin gözlərinə yuxu getmirdi. İlan vuran yatır,
amma o, uzandığı yumşaq döşəyin üstündə gah o tərəfə, gah da
bu tərəfə çevrilə -çevrilə qalmışdı. Elə bil tikan üstündə idi...
Bir yandan da qocalığın gətirdiyi ağrı-acılar onu rahat burax-
mırdı. Cavanlıq illəri gözlərinin qabağına gəlirdi: xüsusi ilə də
hələ Ağbaşlı torpağında olarkən kəhər atın belinə quş kimi
sıçrayıb, sırıqlısını bir qoluna dolayıb, zoğal çomağı yuxarı
qaldırıb mal-qarasını qatıb qabağına aparmaq istəyən erməniləri
necə pərən-pərən salmağını yaxşı xatırlayırdı. Bəs indi? Dünən-
dən ermənilər on baş mal-qarasını aparıb qaytarmaq istəmirlər.
Cavad kişi əsgərlikdən təzəcə qayıtmış nəvəsi Şəhriyara heç
nə bildirmək istəmirdi. Şəhriyar idmanla məşğul olurdu, bu
balacaboy oğlanın dəmir kimi bədəni, polad möhkəmlikdə
əzələləri vardı. Dəfələrlə kəndə gəlmiş pəhləvanların kürəyini
yerə vurmuşdu. Kənddə şücaətinə görə ona “Vandam” adı
vermişdilər. Hamı Şəhriyara “Kəndimizin Vandamı” deyirdi....
Ulu babası “Pıtı” Məmmədqulu sərrast atıcı olmuş və
ermənilərlə mərdliklə döyüşmüşdür. Danışırlar ki, bir dəfə
Veysəlli kəndində yüksəkliyi tutmuş ermənilər qışqırırmışlar ki,
“-Ara, siz yaxşı güllə ata bilmirsiz, qoy “Pıtı” Məmmədqulu
gəlsin”. Məmmədqulu kişi dostlarına bildirir ki, siz ermənilərin
səngəri olan yüksəkliyi nişan alın, atəşə tutun, qoy ermənilər
səngərə yatsınlar. Mən dağın döşü ilə qalxaram onlara tərəf,
əlimi havaya qaldıranda siz atəşi dayandırın. O, belə də edir.
Dağın döşü ilə ermənilərin səngərinə tərəf sürünə-sürünə irəli-
ləyir. Səngərə yaxınlaşan kimi əlini yuxarı qaldırır. Dostları
atəşi dayandırırılar. Ermənilər bir-bir səngərdən çıxdıqca “Pıtı”
Məmmədqulu onları güllələyir və yüksəklikdəki səngəri öz
əlinə keçirir...