Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə47/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   43   44   45   46   47   48   49   50   ...   88

 

 

259



ğə qardaş etdirən Səyyad Hüseynovun qayğı və köməkliklərini 

həmişə hiss etmişəm.... 

Bir gün Füzulinin mərkəzindəki “Lahıcın çayxanası”nda 

dostlarımla  əyləşib çay içirdik. Elə bu vaxt qalife  kostyumda 

ayaqlarında boğazlı xrom çəkmə,  şallağı  çəkməsinin boğazına 

keçirilmiş vəziyyətdə əzəmətli Qədir İbrahimov (sədr, sonralar 

Sovet sədri) çayxanaya daxil oldu. 

Çayxanadakılar hörmət  əlaməti olaraq ayağa qalxdılar... 

Dedik bəlkə bizi tanımaz, bizə  əhəmiyyət verməz. Ancaq o, 

durub gedəndə  həm bizim stolun çay pulunu ödədi, həm də 2 

dənə 25-lik stolumuzun üstünə-mənim qarşıma qoydu. Etiraz  

etmək istədim. Sağ əlini çiynimə  qoyaraq “Tələbəsiniz, xərclə-

yin... bəy verən atın dişinə baxmazlar, Süleymanın nəvəsi..”-

dedi. Bəli, bizi dəqiqliyinə qədər tanımışdı Qədir kişi.. 

Allah ona qəni-qəni rəhmət eləsin, qoy ruhu şad olsun!... 

Müharibədən sonrakı illərdə “Şərq” kolxozunda  əldə edilən 

yüksək nailiyyətlərə görə  Qədir  İbrahimov Lenin ordeni ilə 

təltif edilmiş və bir ədəd “Moskviç” markalı minik avtomobili 

mükafat olaraq ona verilmişdi. 125-130 kq çəkisi olan Qədir 

dayı atın üstünə sıçrayanda atın beli aşağı çökürdü... Onun idarə 

etdiyi “Moskviç”də  dəfələrlə  aşmışdı. Qədir dayı  tək tənha 

maşını yenidən qaldırıb təkərləri üstünə qoymuş və idarə etmə-

yə başlamışdı.. O, Qarabağda çox məşhur idi. İşçilərə qayğıkeş-

lik və həm də tələbkarlıqla yanaşırdı. Eşitdiyimə görə bir nəfər 

“Qabağından yeməyən adam” vergi vermək istəmirmiş. Qədir 

kişi öz nümayəndəsini onun yanına göndərir, o isə yenə də ver-

gini vermir. Ertəsi gün sədr özü həmin  şəxsin yanına gəlməli 

olur, atdan düşür onu yıxıb  altına, o ki var çırpır. Həmin şəxs 

altdan yuxarı yalvarır: -“Qədir dayı, nümayəndənizi göndərin, 

gəlib vergini aparsın”. Qədir kişi: “Bəs niyə dünən boş qaytar-

mısan?”-deyə soruşanda, “Qədir dayı, vallah məni sizin kimi 

başa sala bilmədi”-deyə cavab verir... 




 

 

260



Qədir İbrahimovun “Köndələn çay” dəryaçasının tikilməsin-

də  də böyük əməyi olmuşdur. Deyilənlərə görə “Kommunist” 

qəzetinin bir əməkdaşı Qədir İbrahimov haqqında yazı yazmaq 

üçün Füzuliyə ezam olunmuş  və “Köndələn çay” dəryaçasının 

tikilməsində onun işçilərlə  rəftarına kənardan göz qoyarkən 

Qədir kişinin tez-tez kobud sözlər işlətməsinə  təəccüblənərək 

ondan soruşmuşdur: -“Sizin iş üsulunuz belədir, ya bu bir zara-

fatdır?” Qədir kişi gülümsünərək cavab vermişdi: “Elimizdə 

deyərlər ki, güldürənin yanında  əyləşmə, ağladanın yanında 

əyləş.. Bir də ki, sən hələ cavansan, biz azərbaycanlılarda 

“köpək oğlu” deməsən iş getməz”.. 

Çöl anbarının gözətçisi bir çuval dən oğurlayıb gecə vaxtı 

evinə aparırmış. Qarşıdakı  xəndəkdə  yıxılır. Bunu yaxınlıqdan 

müşahidə edən kolxoz sədri həmin  şəxsə  tərəf addımlayır. O 

adam isə “Ya Əli” deyərək bir daha dolu çuvalı çiyninə qal-

dırmaq istəyir. Bu, Qədir kişinin ona çatması ilə eyni vaxta dü-

şür. Sədr  əl atıb çuvalı  həmin  şəxsin çiyninə qoyur. Oğru 

addımlamaq istəyərkən Qədir kişi onu saxlayır: “Yadından 

çıxartma ki, sənə kömək edən Əli deyildi, Qədir idi... Get, an-

caq daha zəhmət çəkib işə çıxma!” 

Ali məktəbi bitirdikdən sonra taleyimi həmişəlik olaraq 

Sumqayıta bağladım.  İldə bir kərə  məzuniyyət vaxtımı  mənim 

üçün dünyanın  ən gözəl guşəsi olan kəndimizdə keçirirdim. 

Atam qədər əziz və doğma bildiyim bu yerlərə hər gəlişim məni 

ilkinliyə, saflığa,  şirin-şirin xatirələrin qucağında isinməyə 

qovuşdururdu. Hər dəfə “Qaya bulağ”ı, “Xan Çınar”ı, “Qala 

yeri”ni, “İldırımdüşən”i seyr etməyi özümə borc bilirdim... Bu 

yerlərin  şəhdi-şəkəri N.Veysəllinin “Ağbaşlı torpağında” adla-

nan yazısında geniş  şəkildə öz əksini tapdığından çox ifrata 

varmaq istəmirəm. “Nağıllarda qalan dünyam” adlı yazımda 

qənirsiz gözəlliklərlə dolu olan bu yerlər haqqında poetik 

düşüncələrimi verməyə çalışmışam... 




 

 

261



Bir gün “Ağbaşlı”nı –insan ayağına həsrət qalan, insan 

nəfəsi üçün qəribsəyib cadar-cadar, çat-çat olan, uçuq-sökük 

evlərinin divarlarında ilan-çayan yuva salan uşaqlıq xatirələrini 

vərəqləyib gələrkən, yolda mənə əmi qədər doğma olan Abdulla 

Əsədovla görüşdük. Hal-əhval tutduqdan sonra o məni yaylağa-

özlərinin düşdükləri “Pəri çınqılı”na dəvət etdi:-“Əsədlə  gəl”-

dedi, hər gününə bir erkək kəsəcəyəm”-deyə  əlavə etdi... Söz 

verdim və iki gündən sonra Əsədin “Qaz-69”-u ilə  əmimgilin 

düşdüyü yaylağa-“Pəri çınqılı”na yolandıq.Tanrının  əlləri ilə 

sığal çəkilmiş, təbiətin duyğuları dilə  gətirdiyi gözəlliklərə 

tamaşa edə-edə, Füzulini, Cəbrayılı, Qubadlını, Gorusu arxada 

qoyaraq yaylağa çatdıq... 

Onda hələ dünyanın yaxşı-pisini görmüş olan, ömrünün ən 

dəyərli illərini bu dağlarda keçirən, az qala yanaqlarının qanı 

daman Azad baba sağ-salamat idi. Mənim “Pəri çınqılı”na gəli-

şim həqiqətən də bir bayrama çevirilmişdi. 

Bu yerlər özünün könülləri ehtizaza gətirən mənzərələri ilə 

diqqəti çəkirdi. Quzeylərdə qalanıb qalan qar tayaları, güney-

lərdə bir-birinə sarmaşan gül-çiçək sərgiləri adamı heyran edir-

di. Sanki ana təbiət burada ilin dörd fəslini də tutub saxlamışdı. 

Gah diş göynədən sərin çeşmələrin qonağı olur, gah motal 

pendirinin, beçə balının, qaymağın ləzzətini dadır, hərdən də 

sürülərin yanına- “Günəşli təpə”yə qalxır, kefi kök əmlik quzu-

ların atılıb-düşməsinə, bir-biri ilə oynamaqlarına xüsusi bir 

maraqla tamaşa edirdik. Gah günəş  şəfəqləri qar üstündə oy-

nayır, gah da çiskinləyir, gah da ki, bulud karvanları öz ağır 

yüklərini dağların üstü ilə haralarasa çəkib aparırdı... 

 

Gah bulud daşıyar, gah çən daşıyar, 



Kövrəlib gözləri dolar dağların. 

Yayda dörd fəsli də birdən yaşayar, 

Qışda bircə fəsli olar dağların. 

 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə