Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx


ÜRƏYİ ÖZÜNDƏN BÖYÜK OLAN DOST



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə55/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   51   52   53   54   55   56   57   58   ...   88

 

 

293



ÜRƏYİ ÖZÜNDƏN BÖYÜK OLAN DOST 

 

Martın 27-si sənin anım günündür. Səni anmadığımız gün 

varmı? 

Düz bir ildir ki, həsrətin ağır bir daş kimi asılıb ürəyimiz-



dən... Düz bir ildir ki, üzünü görmək, səsini eşitmək, zərif və 

mənalı zarafatlarına qulaq kəsilmək səadətindən məhrumam... 

Telefon zənglərini eşitmirəm, hərdən çaşıb zəng etmək 

istəyirəm... Birdən yadıma düşür.. 

Tez-tez yazdığın kitabları vərəqləməkdən, “Qardaşının səfəri 

yaman uzun çəkdi” deyərək kövrələn ömür-gün dostun Əzizə 

xanımla, baxışları sorğularla dolu ətcəbala nəvələrinlə-Cəlal, 

Samir, İsmayıl, Nigar, Rəna və Natavanla görüşməkdən təsəlli 

tapıram... Düz bir ildir ki, bəlkə  səni gördüm –deyə evinizin 

yanından işə gedib-gəldikcə eyvanınıza boylanıram... 

Həmişə görüş yerimiz olan “əyri binanın” qarşısında dənizə 

çıxan dörd yolun ayrıcında ayaq saxlayıram.. Düz bir ildir ki, 

kiçik oğlun Ramilin, “əmi, bəs mənim iş  məsələm nə oldu?”, 

gözləri baba həsrəti ilə yollara baxan kövrək, məsum 

nəvələrinin “bəs bizim Feyzi babamız hanı?” sualları qarşısında 

yüz dəfə ölüb-dirilirəm.. Düz bir ildir ki, böyük oğlun Emilin 

həbsdən azad edilməsi üçün müxtəlif ünvanlara müraciətlər 

edir, Allahdan başqa imdad  yeri tapmadıqda, dünyanın ən güc-

süz və zəif adamları kimi əllərim yanıma düşür... Əzizə bacının 

qarşısından başı aşağı keçib gedirəm.. Sənsiz günlərimin  əlləri 

sənli günlərimə uzana-uzana, sanılı günlərimi saya-saya arxam-

ca bir ömür sürüyürəm, heç zaman unudulmayan xatirələ-rinlə 

nəfəs alıram, qardaşım Feyzi... Atasını, bir çox əzizlərini,  ən 

başlıcası isə doğma Qarabağını itirən bir adam üçün ümid 

yeriydin, təsəlli ünvanıydın, qardaş.. Örpəkli poeziyamızın gör-

kəmli nümayəndələrindən olan Ofelya xanım Babayevanın 

təşəbbüsü və rəhbərliyi ilə 11 saylı orta məktəbdə sənin 60 illik 



 

 

294



yubileyin gözlərimin önündə canlanır... Yanaşı oturmuşduq.. 

Birdən mənə söz verdilər.. sənə həsr etdiyim şeiri oxudum:  

 

....Gör Vətən nə günə qalıb, 

Bir evdən bir binə qalıb. 

İndi təkcə sənə qalıb 

Əlacım, Feyzi Mustafa. 

 

Saralmışam yarpaq kimi, 

Bükülmüşəm yumaq kimi. 

Gəl boynuna uşaq kimi 

Sarmaşım, Feyzi Mustafa. 

 

..Sən mənim üçün dünyanın  ən mehriban, ən təmiz,  ən pak 



adamı idin. Sən həm də çox vəfalı dost idin. Əli Kərim və Vaqif 

İbrahimlə  də dostluq edərdin. Onların ölümündən sonra həyat 

və yaradıcılıqlarından bəhs edən son dərəcə səmimi, maraqlı və 

oxunaqlı kitablar yazaraq onlara sözdən heykəl yaratdın. Ortan-

cıl oğlum Şahin deyir ki, “Feyzi əmi bu kitablardan sonra heç 

nə yazmasaydı belə özünün çox böyük yazıçı, jurnalist, 

publisist, olduğunu sübut etmiş olardı”.. Heç vaxt Əli Kərimin, 

Vaqif İbrahimin uşaqlarını unutmazdın, tez-tez gedib baş çəkər-

din.. Gözəl bir xüsusiyyətin də vardı: -Heç vaxt uşaq olan evə 

əli boş getməzdin. 

Nasir, publisist, jurnalist olmaqla yanaşı, poeziyanı çox gö-

zəl duyar, ən çətin şeirləri də təhlil etməyi bacarardın. Dünyanın 

sənət korifeylərinin demək olar ki, hamısından xəbərdar idin. 

Çoxlu mütaliən, zəngin müşahidən, yüksək zövqün və səliqənlə 

başqalarından seçilərdin... “Dinmə ey kədər”, “Ölənlər evə 

qayıdırlar”, “Ürəyinə borclu adam”, “Mən bu qəlbin sahibi-

yəm”, “Fikrin yükü”, “İki dostun bir ürəyi”, “Kədərinə oxşayan 

adam” kitabların, Ofelya Babayeva, İbrahim  İlyaslı, Sabir 




 

 

295



Yusifoğlu yaradıcılığından bəhs edən yazıların buna canlı 

sübutdur... 

Bir gün şair dostlarımızla sənin 9-cu mikrorayondakı təkotaqlı 

mənzilində halal süfrənin qonağı idik. Bir az yeyib içəndən sonra 

dostlarımızdan biri ozü-

nü Nazim Hikmətin bö-

yük bilicisi kimi apar-

mağa və onun məşhur 

“Məmləkətim”  şeirini 

əzbərdən deməyə baş-

ladı. Qəfildən səsləndin: 

“Saxla qardaş, saxla... 

şeiri düz söyləmirsən..” 

Bu vaxt hamımız təəс-

cüblə sənə baxdıq, zənn 

etdik ki, içkinin təsi-

rindəndir. Həmin  şair 

dostumuzla mübahisə edərək mərc kəsdiniz. Durub yüksək 

səliqə və zövqlə üzlənmiş kitabların arasından Nazim Hikmətin 

kitabını asanlıqla tapıb açdın və sübut elədin ki, sən haqlısan.. 

Üzünü  şair dostumuza tutub: “Elə bilmə  ki, bizim şeirdən-

zaddan xəbərimiz yoxdur”-dedin... 

Yenə də bir xatirə: Bir nəfərin yaradıcılıq gecəsi keçirilirdi. 

Görüşdən sonra biz həmin  şairi qonaq etmək qərarına gəldik. 

Əslində qonağımızın  şeirləri o qədər də ürək açan deyildi. 

Təzəlik, orijinallıq yox idi və ritorik şüarları xatırladırdı. Mən 

elə  zənn etdim ki, dostumuzun şeirləri sənin xoşuna gəlib. 

Ancaq sən əvvəldən axıra yanımızda olmaya-olmaya, Məmməd 

İsmayılın yaradıcılığından söz açıb, bütün sağlıqları onun adı ilə 

bağladın. Bundan sonra hər şey mənə aydın oldu. 

Mənim haqqımda yazdığın kitabın taleyindən xeyli nigaran 

idin. Vaxtı ilə həmin yazıların bəzi hissələri “Ulduz” jurnalında 

çap olunmuşdu. Çapı bir az ləngidiyindən “Yəqin gözləyirlər ki, 

Feyzi Mustafayev və Əşrəf Veysəlli  



 

 

296



mən öləndən sonra çap etsinlər. Mən də  qəsdən bu yazıların 

çapını görməyincə ölməyəcəyəm”... – deyirdin. Yaxşı ki, səni 

bu nigarançılıqdan qurtara bildim. O kitabı  sən öz gözlərinlə 

gördün, oxudun və xeyli rahatlıq tapdın... Bir gün mənə  zəng 

vurub “səndən incimişəm” -dedin. Səbəbini soruşduqda kitabda 

“Məzar daşlarında döyünən ürəklər” başlığı altında gedən yazı-

lardan söz açdın və “Bəs mənim başdaşıma yazdığın  şeir 

hanı?”-dedin. Xeyli kövrəldim... Nə danışırsan, qardaş, mən 

sənin çiyinlərində getməliyəm,-dedim.. Nə etmək olardı ki, hər 

şeyi sən  əvvəlcədən bilirmişsən... Belə  də oldu... İndi sənsiz 

inildəyən, tək qalan ürəyim sənin başdaşının üzərində döyünür: 

 

Kənd dedin, kənd dedin son nəfəsdə sən



İndi öz kəndində dar qəfəsdəsən. 

Özünə fikir ver-axı xəstəsən, 

Bəs niyə kövrəlib doldun, a qardaş. 

 

Uçdun əlimizdən, uçdun quş kimi, 

Həsrətin qəlblərə çökdü daş kimi. 

Sinədə ah kimi, gözdə yaş kimi 

Həmişə bizimlə qaldın, a qardaş.... 

 

Bir şeydən razıyam ki, qələm dostlarımız heç vaxt səni unut-



murlar. Company “İnter PRESS” mətbuat ticarət  şirkəti və 

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt  şöbəsi  ədəbi tənqid və 

bədii publisistika üzrə “Feyzi Mustafayev” adına diplom və 

mükafat təsis edib. Həmin təşkilatlara və onların rəhbərlərinə, 

xüsusilə  də Hacı  Əyyub Qiyasa minnətdaram. Eşitdim ki, bu 

yaxınlarda gedib Emillə görüşüb və ona cib xərcliyi də verib.. 

Sağ olsun Sumqayıt şəhər Bələdiyyəsi ki, sənin ailənə müavinət 

təyin edib. Buna görə də Zakir Fərəcova minnətdarıq.. 

Sənin adını  əziz tutan, yaradıcılığına hörmət edən hər bir 

kəsin qarşısında baş əyməyə hazıram. 




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə