Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə63/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   59   60   61   62   63   64   65   66   ...   88

 

 

325



YAXŞI Kİ DÜNYADA YAXŞILAR YAŞAR 

 

Uşaqlar böyüdükcə problemlər çoxalır, qayğılar artır. İndiki 

dövrdə beş uşaq böyüdüb boya-başa çatdırmaq o qədər də asan 

iş deyil. Onların hamısını ali məktəblərdə oxutmaq, iş tapmaq, 

ailə, ev-eşik sahibi etmək nə  qədər  şərəflidirsə, bir o qədər də 

çətindir. Ali təhsil alan uşaqlarımın hamısının işsiz olması 

qayğılarımı xeyli artırmışdı. Böyük oğlum vəziyyətin bu yerdə 

olduğunu görüb iş dalınca Rusiyaya getməli oldu. Bütün maliy-

yə  ağırlıqları  mənim üzərimə düşürdü: bir neçə yerdə  işləyir, 

hətta bəzən toylarda aparıcılıq da edirdim..... Bir gün oğlanlarım 

Şahinlə Cavid özləri dilə  gəldilər: “Ata, bizə bir iş tap, nə  iş 

olursa olsun, işləyək. Ailəyə az da olsa köməyimiz dəysin..” 

Çoxdan tanıdığım və tez-tez sahibi olduğu  şadlıq sarayında 

toylar apardığım bir sahibkarın yanına getdim. Uşaqlarımın işlə 

təmin olunmasını ondan xahış etdim.. “Sabah axşam uşaqları 

gətir yanıma”-dedi. 

Ertəsi gün axşam oğlum Şahin və Cavidlə həmin iş adamının 

bər-bəzəkli  şadlıq sarayına getdik. İçəri daxil olub, qapının 

ağzında xeyli gözlədik. Bir az keçmişdi ki, həmin iş adamı gəlib 

çıxdı.  Əynində par-par yanan kostyumu al-əlvan çilçıraqların 

şölələri altında bərq vuran, “belinə örkən dolaşmayan” sahibkar 

məni görmürmüş kimi gözlərimin içinə baxa-baxa yanımdan 

ötüb keçdi. İstəyirdim Nəriman Həsənzadənin təbirincə deyəm 

ki: 


 

“İndi ki, gözüyün qabağındayam, 

Hayanda durum ki, görəsən məni?” 

 

Rəhmətlik Aşıq Şəmşirin misraları xəyalımda canlandı: 



 

“Gözü görmür ayağının altını, 

İnsan ucalanda nə pis olarmış”  


 

 

326



Çox sarsıldım. Özümü alçalmış kimi hiss etdim. Axı bu 

insan mənə söz vermişdi, “sabah axşam uşaqları yanıma gətir”-

demişdi. İndi isə elə bil ki, məni heç tanımır da... Elə bu vaxt 

oğlanlarımın hər ikisi mənə yaxınlaşdılar və bir ağızdan: “Ata, 

gedək! Bu kişi hər günümüzə bir qızıl da versə,biz onun yanın-

da işləmərik”.- dedilər... Kor-peşman evə qayıtdıq.Bir müddət 

gözləməli olduq... 

Bu əhvalatdan xeyli keçmişdi. Gənclik  illərindən tanıdığım 

və  işimizlə  əlaqədar olaraq tez-tez ünsiyyətdə olduğum, yara-

dıcı ziyalılara, imkansız ailələrə çox həssaslıqla yanaşan, lap 

cavan yaşlarından müdriklik, agsaqqallıq missiyasını  şərəflə 

yerinə yetirən, qapıları  hər vaxt insanların üzünə açıq olan, 

həmişə məsul vəzifələrdə çalışan Məmmədov Təvəkgül Yaqub 

oğlunu Sumqayıt  şəhər  İcra Hakimiyyətinin başçısı  təyin 

etdilər...Yadımdan çıxmaz ki, hələ Sovetlər dönəmində, Xalq 

Deputatları Soveti İcraiyyə Komitəsinin sədri işləyən zaman-

larda işimlə  əlaqədar olaraq, tez-tez onun yanına getməli olur-

dum. Bir gün Sumqayıt Musiqili Dövlət Dram Teatrının aktyo-

ru, gənc mütəxəssis Gəray  Əlibəyov yanıma gəldi. Teatrda 

gedən ev bölgüsündən narazılıq etdi. Gənc mütəxəssislərə mən-

zil verilmiş, o isə kənarda qalmışdı. Onun çox pərişan olduğunu 

hiss etdim. Həmkarlar İttifaqı Komitəsinin sədri kimi məsələni 

araşdırmalı oldum. Müəyyən etdik ki, teatrda beş  nəfər gənc 

mütəxəssis eyni gündə  işə  qəbul olunub və eyni gündə  ərizə 

yazıb ev növbəsinə dayanıblar. Deməli, iki nəfərə ev çatmayıb. 

Onlar növbəti bölgünü gözləməlidirlər. Gərayın vəziyyəti isə 

olduqca ağır idi. Kirayə haqqını ödəyə bilmirdi. Vəziyyətin bu 

yerdə olduğunu anlayıb, Təvəkgül Məmmədovun qəbuluna get-

məli oldum. Əhvalatı ona danışdım.. Allah-Allah,bu insan necə 

həssaslıqla  əvvəldən axıradək məni dinlədi və “bir mənzil 

teatrda azlıq edər, yenə də kimsə narazı qalar”-deyərək kiməsə 

zəng etdi. “Teatra iki ədəd də əlavə tək otaqlı mənzil ayırın!”- 

dedi. Bununla da problem köklü şəkildə öz həllini tapdı.. 



 

 

327



Təşəkkür etməyə belə macal vermədi... “Şair, nə işin olsa çəkin-

mə, gəl, qapım hər zaman sənin üzünə açıqdır.”-dedi və  məni 

böyük səmimiyyətlə qapıya qədər ötürdü... 

Nədənsə bu əhvalat birdən-birə  gəlib gözlərimin önündə 

dayandı və yenə də Sumqayıt İcra Hakimiyyətinin başçısı təyin 

olunan Təvəkgül Məmmədovun qəbuluna düşməyə çalışdım və 

buna asanlıqla nail oldum... “Dərdi paylaşa-paylaşa azaltmaq

sevinci isə bölüşə-bölüşə çoxaltmaq olar”-deyərlər. Sinəmi 

boşaltdım, dərdimi ona danışdım. Bütün maneə  və  çətinliklərə 

baxmayaraq oğlum Şahin icra hakimiyyətinin başçısının göstə-

rişi ilə münasib işlə  təmin olundu və düz on bir il həmin işdə 

çalışdı.... 

Ali təhsilli qızım da işsiz idi... Bir gün o mənə bildirdi ki, 

“Ata, filan məktəbdə sinif müəllimi yeri boşalıb”.. Müdrikləri-

mizin məşhur kəlamı- “Məscidin 

qapısı..” məsəli yollarıma sipər çəksə 

də,  İcra Hakimiyyətinə getməkdən 

başqa çarəm yox idi... Sübh saat doq-

quza qalmış “yaşıl bina”nın qarşısında 

dayanıb Təvəkgül müəllimi gözlə-

məyə başladım. Elə bu vaxt başçının 

maşını gəldi. Əzəmətli görkəmə, la-

kin çox mülayim təbiətə malik olan 

Təvəkgül müəllim maşından düşüb 

düz mənə  tərəf istiqamət götürdü. 

Heç bir şey soruşmadan qoluma gi-

rib məni də özü ilə  iş otağına apardı. Hal-əhval tutdu, kefimi 

soruşdu, nəhayət mətləbin üstünə  gəldi. Təmənnasız iş tapma-

ğın mümkün olmadığı bir vaxtda o, mənim övladlarımı  işlə 

təmin etdirdi... İndi qızım həmin məktəbdə  ən yaxşı müəllim-

lərdən biridir...  

Onu tanıyanlar yaxşı bilirlər ki, Təvəkgül müəllim başdan-

başa xeyirxahlıq mücəssəməsidir və belə işlərdən zövq alır. 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə