336
əyridir, heç yerdə görmədim düz bənövşəni” misraları hamımı-
zın dilinin əzbəridir. Bu misralaradan sonra bənövşə haqqında
şeir yazmağa hər şair cəsarət edə bilməz. Güloğlan Dünya
özündə cəsarət taparaq, bənövşə haqqında öz poetik qənaətlərini
ortaya qoya bilmişdir:
Yazın həsrətiylə boynu bükülü,
Yollara boylanan qızdı bənövşə.
Adi çiçək deyil, gül deyil, bəlkə
Baharın özüdü, yazdı bənövşə.
Çiçəkdən-çiçəyə qonar arılar,
Salar gəncliyini yada qarılar.
Hələ quzeylərdə qışın qarı var,
Kolların dibində gözdü bənövşə.
Ətri, təravəti könül xoşluğu,
Güloğlan Dünyanın təzə qoşduğu,
Bahara qoşduğu, yaza qoşduğu,
Ən gözəl nəğmədi, sözdü bənovşə.
Kaş şairin ərsəyə gətirdiyi bu kitabında da möhtərəm oxucu-
lar torpaq ətirli, bənövşə qoxulu şeirlərlə tez-tez rastlaşaydılar.
***
337
YAŞANMIŞ BİR ÖMRÜN MƏNA ÇƏLƏNGİ
Təbiətin hər iki əli ilə sıgal çəkilmiş, əlvan güllərin, çiçəklərin
və bir də Aşıq Şəmşir, Məmməd Aslan, Bəhmən kimi tanınmış
söz sərraflarının yalçın qayaların, sirli çeşmələrin, sehrli suların
əlvan məkanı olan, bu qün isə düşmən pəncəsində qalıb inləyən
müqəddəs Kəlbəcər torpağının şair oğlu Qara Ələskərovun yazıla-
rından hiss olunur ki, o, ürəyinin bütün telləri ilə Vətən torpağına,
onun ecazkar təbiətinə vurulan və uzaq zamanlardan bu günümüzə
gəlib çatan Ozan sənətinin incəliklərinə dərindən bələd olan ustad
bir sənətkar kimi tanınmağa layiqdir.
Elimizin adət-ənənələrinə, dönə-dönə təhrif olunan tarixi
keçmişimizə yaxşı bələd olan və yeri gəldikcə onları poetik ov-
qata çevirib yaşadan şairin bu kitabında toplanan gəraylılar,
qoşmalar, divanilər, gözəlləmələr, təcnislər, xüsusən də cığalı
təcnislər böyük maraq doğurur. Güman edirik ki, bu sənət
nümunələrindəki deyim formaları, fikrin aydın, səlis, obrazlı
ifadəsi, yeni-yeni cinas sözlərlə bağlanan təcnislər bu gün də
aşıq sənətimizin incəliklərinə bələd olmaq istəyən hər bir
oxucunun ürəyincə olacaqdır.
Fikrimizi sübut etmək üçün gəlin indi də şairin “Yaralıdı
yar” təcnisindəki ”yar”, “yara” sözlərinin yaratdığı məna çalar-
larına və öz yarasını qəlbi yaralı yarından gizlətməyə çalışan
aşiqin ürək döyüntülərinə fikir verək:
Qarayam, gəzirəm yara yaranı,
Götürə almazı, yara, yaranı.
Yaranda göstərmə yara, yaranı,
Əzəldən də qəlbi yaralıdı yar.
Gec də olsa bu sənət nümunələrini bir kitab şəklində ağı qaradan
seçməyi bacaran oxucuların muhakiməsinə verməyi özümüzə borc
bildik. Sevimli Xalq Şairimiz Səməd Vurgun demişkən:
Bizdən ayrı düşənlərə
Borcumuzdur bu ehtiram.
338
MƏNİM TANIDIĞIM RAUF QARAİŞIQ
Rauf Qaraişıq deyiləndə 20-
30 illik zaman fasiləsindən boy-
lanan, bir az kövrək, bir az həzin,
odu hələ tam sönməyən ocaq
kimi ip-isti xatirələr yada düşür.
Sovetlər dönəmində Sumqayıtda-
kı Nəsimi adına mədəniyyət və
istirahət parkında ilin bütün fəsil-
lərində yamyaşıl olan küknar
ağaclarının kölgəsində sınıq-sal-
xaq, cındırından cin hürkən
skameykalarda əyləşər, çağdaş
ədəbiyyatın problemlərindən söz
açar, təzə yazılan şeirləri oxuyar, müzakirələr aparardıq… Gənc
yazarların arasında Rauf Qaraişıq öz savadı, geniş mütaliə
dairəsi, səmimiyyəti, mehribançılığı və orijinal-özünə məxsus
dəst-xətti ilə seçilər, maraqlı yazılar oxuyardı. Ölüm, həsrət,
ayrılıq haqqında yazdığı yazılarda da bir həyat eşqi, tükənmək
bilməyən sevgi, məhəbbət duyğuları açıq –aşkar sezilərdi.
Pıçıltı ilə oxuyardı şeirlərini. Ayrılıq, sevgi, məhəbbət hisslərini
qışqıra-qışqıra demək olmaz axı! Ancaq hayqırtı ilə deyiləsi
şeirlər də ədəbiyyatımızda qədərincədir. Məs: üsyankar şairimiz
Xəlil Rzanın
“Doğransam da tikə-tikə,
rizə- rizə
Mübarizə, mübarizə!”…
Və yaxud: S.M. Şəhriyarın “Azərbaycan” şeirini pafossuz söy-
ləmək mümkün deyil:
339
“…Övladların nə vaxtadək tərki-Vətən olacaqdır?,
Əl-ələ ver! Üsyan elə!, Oyan! Oyan !Azərbaycan!..”
Rauf Qaraişığın yazılarından hiss olunur ki, o, böyük Türk
şairi N.Hikmətin və bu yaxınlarda dünyasını dəyişmiş,
sevimli
Xalq şairi V.Səmədoğlunun yaradıcılığına dərin rəğbət bəs-
ləyir… Yeri gəlmişkən, ölümündən bir az öncə oxucularla Sum-
qayıt S.Vurğun adına kitabxanadakı görüşündə Vaqif Səmədoğ-
lunun şeirləri iki qrupa ayırdığını yaxşı xatırlayıram:
1.Oxunmalı şeirlər
2.Oxunaqlı şeirlər
O, öz şeirlərini “Oxunmalı şeirlər” qrupuna aid edirdi. Məncə
Rauf Qaraişığın şeirlərini də həmin qrupa aid etmək gərəkdir.
Qulağım dolusu
Səsinə qulaq asa bilmədim!
Gözüm dolusu
Nurlu üzünə baxa bilmədim!
Ürəyim dolusu sevə bilmədim səni!!!
…Vaxtım yoxuydu.
İndi vaxtım var,
Amma sən yoxsan,
Ata!!!
Necə də kədərli və səmimidir, izaha ehtiyac yoxdur…
Onu da deyim ki, sözlərindən, danışığından kosmopolit təsiri
bağışlayan bu şairin şeirlərindən bənövşə ətri, yaz nəfəsi, vətən
qoxusu gəlir…