340
O, dünyəvi-bəşəri olduğu qədər milli, milli olduğu qədər də
bəşəridir…
Həmişə xəyalımda “Qarabala” kimi canlandırdığım bu
oğlanı görən kimi tanıdım. Bir az rəngi ağarıb, ya da ki, ağarmış
saçlarının işığı düşüb nurlu sifətinə. Şirin, duzlu-məzəli zarafat-
larından, jestlərindən qalmayan Rauf Qaraişıq paylaşdıqca
çoxalan sevinc kimidir. Sanki heç vaxt bitib-tükənməyən pozi-
tiv enerji mənbəyidir. Oxuduqca oxunan maraqlı bir kitabdır
Rauf Qaraişıq.
Yazılarına gəldikdə isə yaxın dostum, gözəl ağsaqqal şai-
rimiz Fikrət Sadığın yaddaşımın saxlancında qoruduğum şeirini
(Bir balaca korroziyaya uğrasa da) xatırlamaq istəyirəm:
Köhnə fikir köhnə libas geysə-ətalət,
Köhnə fikir təzə libas geysə-cəhalət.
Təzə fikir köhnə libas geysə-əsarət
Təzə fikir təzə libas geysə-cəsarət.
Rauf Qaraişığın yazıları yaranma tarixinə baxmayaraq öz
təzəliyi ilə seçilən cəsarətli poeziya nümunələridir…
Nəhayət ki, ulu tanrı gözəl bir yaz günündə bizə görüş nəsib
etdi. Üç saata yaxın dərdləşdik. Hər şeydən-vətəndən, qürbət-
dən, ayrılıqdan, həsrətdən, şeirdən-sənətdən danışdıq… Həm də
heç nə danışa bilmədik…
***
343
“TƏNQİD VƏ ƏDƏBİ PROSES”
KİTABINDAN SƏTİRLƏR
Gənc istedad elə bir çeşmədir ki, istedad sahibinin onu düz-
gün istiqamətləndirməsinin, öz konkret vəzifələrini və böyük
amalını aydın şəkildə müəyyənləşdirməsinin ciddi əhəmiyyəti
vardır. Vətənimizə, cəmiyyətimizə, sadə zəhmət adamlarına gə-
rək olmaq çox şərəfli arzudur və böyük arzu naminə qələm
işlətməyə başlamağı ürəkdən təqdir edir, bu yolda gənc müəllif-
lərə yaradıcılıq nailiyyətləri arzulayırıq.
Biz Əşrəf Şəfini hələ görməmişik. Lakin şeirlərindən onu
təsəvvür etməyə çalışdıq. O, bizim nəzərimizdə gözəlliyə həs-
sas, həm də bu gözəlliyi xəyallarda yox, həyatımızın özündə
axtaran, tapan və öz duyğuları əsasında tərənnüm edən bir gənc-
dir. Qədimlərdə xalqın uca dağlar qoynunda inşa etdiyi nəğmə-
kar Şuşanı Əşrəf Şəfi belə görür:
-Şəhər nəğmə kimi qanadlanaraq,
Qonub bu dağların dodaqlarına.
Nəsə pıçıldayır hey axşam, səhər
Əngin üfüqlərin qulaqlarına.
Neft daşların və onun dənizi ram edən sakinlərini isə gənc şair
bu cür görüb göstərmişdir:
Fəhlələr, qəribə balıqçılar tək
Dənizin hirsinə tor atıbdılar.
Dalğalar diz çöküb əyilsin deyə,
Yerimiz bir qədər böyüsün deyə
Qasırğa üstündə, tufan üstündə
Kiçik bir planet yaradıbdılar.
344
Bu şeirləri oxuyanda fərəh duyğusu ilə fikirləşirsən ki,gənc
şair sözünü obrazlı demək üçün maraqlı axtarışlar yoluna
çıxmışdır.
Bəkir NƏBİYEV
Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü, Akademik,
1972-ci il
345
“SƏHV ETMƏK İNSANIN XARAKTERİK
CƏHƏTİDİR.”
Və yaxud üç sirdaş, üç qələm sahibi,
Üç tale haqqında düşündüklərim.
Bu həyatın qəribəlikləri çox-
dur. Əsas məsələ bu qəribəliklə-
rin insan həyatında rolunun nə-
dən ibarət olduğunu bilməkdir.
Bu isə çox vaxt mümkün olmur.
İnsan çox mürəkkəb, maraqlı və
təzadlı bir fərddir. Taleyin onun
qismətinə yazdığını oxumaq ol-
sa həyatın özü də maraqsız olar-
dı.
Mənim üçün həyatda yaş
məhdudiyyəti yoxdur, həyatda
Allah tərəfindən göndərilən bir
ömür payı vardır. Tanrının gön-
dərdiyi bu qısa və yaxud uzun ömür payı ilə dəqiqələrimi
bölüşməli oluram. Bu dəqiqələrin sonuncu astanası nə vaxt
olacaq, bax bu, müəmmalıdır. Cavan, vaxtsız dünyasını dəyi-
şənlər görəsən ona ayrılan ömür payından istədikləri kimi isti-
fadə edə biliblərmi? Yoxsa, bu illər, dəqiqələr onların yarımçıq
qalmış ömürlərinin son nöqtəsi imiş? Bu suala cavab verə
bilmirəm.
Sumqayıt məni böyüdüb, tərbiyə edib. Burada səmimi insan-
lara, sədaqətli dostlara, qeyrətli oğullara, gözəl sənətkarlara,
eləcə də, nankorlara, saxta və fitnəkarlara çox rast gəlmişəm.
Amma, əqidəm həmişə bir olub. Yaxşılardan öyrənmək, pisi
pisdən ayırmaq.
346
Son vaxtlar ürəyimin dərinliyində özlərinə məhəbbət
qazanmış bir neçə yaşlı nəslin nümayəndəsi haqqında fikir-
lərimi və düşündüklərimi oxucularla bölüşmək istəyirəm.
Kimdir onlar? Şair Vaqif İbrahim, yazıçı publisist Feyzi
Mustafayev və şair Əşrəf Şəfiyev.
Vaqif və Feyzi dünyalarını dəyişiblər. (Allah hər ikisinə
rəhmət eləsin!)
Oxucu haqlı olaraq soruşa bilər: Sumqayıtda 1960-1980-ci
illərdə yaşayıb-yaradan başqa yazarlar da olub. Niyə məhz bu
üç nəfər haqqında yazmaq fikrinə düşmüşəm? Haqlı sualdır.
Onu da deyim ki, həmin vaxtlar Səməd Vurğun adına mədəniy-
yət evində tanınmış jurnalist Xasay Cahangirov ədəbi birliyə
rəhbərlik edirdi. Burada gənclərdən daha çox orta və yaşlı nəs-
lin nümayəndələri iştirak edirdilər. Onlardan bir neçəsinin adla-
rını çəkmək istərdim. Qulam Feyzullayev, Zülfüqar Əliyev,
Mirsabir, Azad Şərif, Arif Xələf, Ağəddin Mansurzadə,
Xudaverdi Saldaşlı, Məmməd Namaz, Həmzə Səfərov,
Qəzənfər Rüstəm və başqaları. Həmin illərdə Sumqayıtda
ədəbiyyata böyük bir həvəs və maraq vardı. Oxucular sanki
poeziya ilə nəfəs alırdılar. Kitabxanalarda kitab almaq üçün
növbəyə düzülürdülər. (indi buna rast gəlməzsən) Söhbət Sum-
qayıt yazıçı və şairlərinin əsərlərini tapıb oxumaqdan getmirdi.
Şekspiri, Bayronu, Drayzeri, Hüqonu, Dostoyevskini, Balzakı,
Tolstoyu, Cavidi, Səməd Vurğunu, Müşfiqi oxuyanlara hörmət
və ehtiramla yanaşırdılar, onları ciddi adam sayırdılar. Məktəb-
lərdə, institutlarda, dərnəklərdə, istirahət vaxtlarında oxunulan
hər bir əsər ciddi müzakirəyə səbəb olurdu. Kitabxana
sumqayıtlılar üçün bir elm ocağına çevrilmişdi. Bura bir məbəd-
gah idi.
Yuxarıda qeyd etdiyim yazarların hər biri haqqında das-
tan qoşmaq olar. Mən isə Vaqif İbrahim, Feyzi Mustafayev
və Əşrəf Şəfiyev (Veysəlli) haqqında xatirələrimi sizinlə
bölüşmək qərarına gəldim, əziz oxucular.
Dostları ilə paylaş: |