347
Ədəbiyyata meyl etdiyimdən məndən yaşca böyük olan
yazıçıların əsərlərini müntəzəm mütaliə edirdim. O vaxtlar
yuxarıda adlarını çəkdiyim insanlar da gənc idilər. Onlar böyük
həvəslə, yorulmadan yaradıcılıqla məşğul idilər. Hər yazılan
şeir, hekayə Vaqif İbrahimin yaratdığı “Əli Kərim” adına poe-
ziya klubunda müzakirə olunurdu. Müzakirələr qızğın keçərdi.
Bəyənilən və bəyənilməyən, təriflənən və tənqid olunan əsərlər
də olurdu. Dərnəkdən küsüb gedənlərə də rast gəlirdik. Lakin
bu küskünlük onları həvəsdən salmırdı, əksinə, səfərbər edirdi.
Onlar öz üzərlərində daha dərindən məşğul olur, dünya ədəbiy-
yatına baş vurur, bilik və dünyagörüşlərini artırırdılar.
L.Tolstoyun yaxşı bir sözü var: “Bir faiz istedad, doxsan
doqquz faiz zəhmət”.
Oxumadan, oxuduqlarını dərk etmədən əlinə qələm alıb
böyük bir əsər yazmaq olarmı? İnanmıram.
Vaqifin, Feyzinin və Əşrəfin dostluğu saf təməllər üzərində
qurulmuşdu. Bu dostluğa ləkə salmaq mümkün deyildi. Bir-
birlərinə o qədər bağlı idilər ki, ayrı düşəndə darıxar, sıxılar-
dılar. Sanki nəfəsləri çatışmırdı. Bir yerdə olanda dərdləri də bir
olurdu, sərləri də. Aralarında yaş fərqi az olsa da, üstünlüyü
kiməsə vermirdilər. Hər üçü özlərini həm böyük, həm də kiçik
sayırdı. Bu da onların böyüklüyünü sübut edirdi.
Vaqif İbrahim çox işgüzar və zəhmətkeş idi. Onun şeirləri,
publisist yazıları respublikanın kütləvi informasiya vasitələrində
geniş çap edilirdi. Onu qısqananlar da olurdu, paxıllıq edənlər
də. Dostları bunu ona deyəndə gülümsəyər və belə cavab
verərdi: “Paxıllıq edənlərə yazığım gəlir. Onlar elə fikirləşirlər
ki, mənə maneə olmaqla, Vaqif İbrahim qələmini yerə qoyub
ədəbiyyatdan birdəfəlik əl çəkəcək, xeyr, bu belə deyildir, əksi-
nə, onların paxıllığı mənim üçün bir təkandır, yeni-yeni əsərlər-
dir”. Həqiqətən də, bu belə idi.
Poeziya Vaqif İbrahimin ruhuna hakim kəsilmişdi. O, ədəbi
mühitdə özünü narahat hiss edirdi.Yazdıqlarını çox vaxt bəyən-
348
mirdi. Elə anlar olurdu ki, yazdığı şeirləri cırıb zibil qutusuna
atardı. Bir neçə gün əlinə qələm almazdı. Sonra sanki çiyinlə-
rinə ilham quşu qonur və o, saatlarla masa arxasından durmazdı.
Yazar, yazardı. Poeziya onun üçün bir həyat, bir dünya, əlçat-
maz bir zirvə idi. Bu zirvəyə çatmaq üçün gecə-gündüz çalışır,
daim can atırdı.
Vaqifin xasiyyəti mülayim, sadə və mehriban idi. Bu bəstə-
boy oğlanın böyük ürəyi vardı. Bu ürəkdə böyük arzular yatırdı.
Vaqif özünün yaradıcılığı ilə bu arzuların gerçəkləşməsinə
çalışırdı.
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Vaqif yaradıcılığı
haqqında belə deyir: “Vaqif dünyadan vaxtsız köçməsəydi bu-
gün yaşı altmışı haqlamış ədəbi mühitin içində ən görkəmli
nümayəndələrindən biri olacaqdı”. Bu həqiqətən də belədir.
Vaqif xalqının vətənpərvər oğlu idi.Azərbaycan onun üçün
doğma diyardan savayı böyük bir dünya, bir kainat idi. O, bu
dünyanın və kainatın sirlərinə bələd olmaq üçün təkcə dünya
ədəbiyyatı klassiklərini oxumaqla kifayətlənmirdi. Fəlsəfi fikir
onu çox maraqlandırırdı. Aristotel, Hegel, Sokrat, Platon,
Evpirid və s. müdriklərin əsərləri onun ictimai-fəlsəfi fikrini
formalaşdırmaqda yaxından köməklik edirdi.
Bir dəfə ondan soruşdum:
-Vaqif müəllim, fəlsəfəyə baş vurmaqla poeziyadan uzaqlaş-
mırsınızmı?
Sifətində xoş təbəssüm əmələ gəldi:
Gülümsəyərək dedi:
-Yox, əksinə, fəlsəfə və ədəbiyyat dünyanı daha dərindən
dərk etməyə kömək edir.
Füzulinin, Nəsiminin, Cavidin şeirlərinə fikir ver. Hər
sətrində bir fəlsəfə, bir hikmət var. İnsan gərək həyatın
mənasını ilk oncə özündə axtarsın. Axı, insanın özü də bir
hikmətdir, sirdir.
349
Vaqif şeirlə yanaşı, publisistikaya da meyl göstərirdi. 1970-
ci illərdə Uzaq Sibirdə Baykal-Amur Magistralı salınırdı. Bu,
əsrin ən böyük və nəhəng tikintilərindən hesab olunurdu. Həmin
vaxtdan 40 il keçib. Dəmir yolu magistralının ətrafında yüzlərlə
şəhər, rayon, qəsəbə salınıb. Bütün bunlar asan başa gəlməyib.
Bataqlıq bir yerdə, soyuq havada, şaxtalı günlərdə şəhər salmaq,
dəmiryolu çəkmək insandan hünər və cəsarət tələb edirdi.
Burada ağır əl əməyi hökm sürürdü, şaxta insanın sifətini kəsir-
di. Amansız külək çox vaxt tikintiləri vurub dağıdır, iri şam
ağaclarını kökündən çıxarırdı. İnsan tələfatına da rast gəlmək
olurdu. Kimi bataqlığa düşür, kimi isə çayın sürətli axınına tab
gətirə bilməyib məhv olurdu. Bəzi gənclər isə ağır və məşəq-
qətli həyata dözə bilməyib BAM-ı tərk edirdilər. İlk vaxtlar
burada işıq, su yox idi. Suyu maşınlarda gətirirdilər. Axşamlar
isə kerosin işığı altında hamı müvəqqəti baraklara toplaşır,
meşədən doğradıqları odunları sobalara salıb qızdırırdılar.
Vaqif İbrahim “Azərbaycan Gəncləri” qəzetinin müxbiri
kimi bir ay Sibirə ezam olunmuşdu. Orada inşaatçılarla ünsiy-
yətdə olmuş, baraklarda gecələmiş, qeydlərini şam işığı altında
yazmış, ərzaq vaxtında çatdırılmayanda hamı kimi yavan çörək
yemişdir. Vaqif dözümlü oğlan idi. Sibir onun üçün bir roman-
tika idi. Bu romantikanın çətinlikləri, əziyyətləri ilə yanaşı bir
gözəlliyi də vardı. Bu gözəlliyi yaradanlar isə adi insan idi.
Onlar bu tikintiyə könüllü gəlmişdilər. Çoxları da burada ailə
qurub öz talelərini Sibirlə bağlamışdılar.
Vaqif Bakıya qayıdandan sonra “Azərbaycan Gəncləri”
qəzetində onun Baykal-Amur magistralında aparılan möhtəşəm
tikinti işindən bəhs edilən silsilə oçerkləri çap olundu. Bu kita-
ba görə o, Azərbaycan Lenin Komsomolu mükafatına layiq
görüldü.
Vaqif öz yaradıcılığına və ətrafdakılarına qarşı çox tələbkar
və inadcıl idi. Bir az da çılğınlığı vardı. Bu zərərsiz bir çılğınlıq
idi. Vafiq həyatda kiminsə qəlbinə toxunmuşdursa, vaxt
Dostları ilə paylaş: |