Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə71/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   67   68   69   70   71   72   73   74   ...   88

 

 

356



Əşrəf Veysəlli yaradıcılığı özünün səmimiyyəti, məhəbbəti, 

sədaqəti, ürəkyanğısı, vətənpərvərliyi ilə seçilir. Onun çapdan 

çıxan kitablarının adlarını sadalamaq istəmirəm. Bunu oxucular 

daha yaxşı bilir. Əşrəfin Sumqayıt ictimaiyyəti arasında öz yeri, 

öz çəkisi var. Respublika ədəbi birliyində  Ə.Veysəlli öz 

yaradıcılığı ilə artıq nümunədir, örnəkdir. 

Əşrəf həm gözəl insan, həm də  ləyaqətli ailə başçısıdır. 

Onun dilindən bir dəfə  də olsun “yox” kəlməsi eşitməzsən. 

Olduqca xeyirxah və diqqətcil insandır. Onun haqqında çox 

danışmaq istəməzdim.  

Onu demək istəyirəm ki, Əşrəf Veysəlli 1970-1990-cı illərdə 

Vaqif  İbrahim və Feyzi Mustafayevlə olan dostluqları  və 

yaradıcılıqları ilə biz gənclərə bir örnək məktəbi olmuşdur. 

Başqalarını deyə bilmərəm, şəxsən mən bu məktəbdən çox şey 

öyrənmişəm. 

Eyruz  MƏMMƏDOV 

Əməkdar Jurnalist, 

“Exo Sumqayıta”qəzetinin baş redaktoru, 

“Azad Azərbaycan”qəzeti, 

21 dekabr, 2010-cu il  

 

 




 

 

357



“MƏN KƏNDİMİN BAŞ DAŞIYAM” 

 

Kim nə deyir desin, amma 



mənə elə  gəlir ki, bütün yaradıcı 

sənət növlərindən ürəklərə  ən ya-

xın olanı, şeirlə musiqidir! Yaxşı-

pis qələm əhli olduğumdan qəlbin 

bu iki qoşa qanadından  əlbəttə, 

poeziyanın tərəfini saxlayacağam. 

Çünki dünya, həyat insan ömrü 

elə bir pəncərədir ki, o pəncərədən 

poeziya ay-ulduzu, poeziya günəşi 

həmişə boylanır. İntəhası kimlərsə 

bu ilahi duyğuları  şeirə çevirə 

bilir, kimlərsə yox...  

Bu gün şübhəsiz ki, bu fikirləri yalnız ona- şair qardaşıma 

görə xatırladım. 

Tələbəlik dostumuz, xalqımızın gözəl təəssübkeş, lirik-

üsyankar (səssiz fəryadla)  şairi  Əşrəf Veysəllinin  şeirlərini 

əməkdaşı olduğum “Azərbaycan Jurnalı”na təqdim edəndə, 

müasir  ədəbi tənqidimizin zəhmətkeş “qarışqası”, qələm işığı-

nın kökü dərin və davamlı olan, fenomen yaddaşlı Vaqif Yusifli 

deyəndə ki,- “bilirəm siz Universitet dostlarısınız,  Əşrəfin 60 

yaşı tamam olur, bir-iki səhifəlik isti söz də yaz verək-düzü 

əlim üzümdə qaldı: necə  yəni 60 yaş?” Çən-duman arxasınca 

oğrun-oğrun sürüyə doğru sürünən qurdlar kimi haçan özünü 

yetirdi, hardan peyda oldu bu 60 yaş?! 

Ümidli-arzulu “Gənc poeziyanın” az qala hər bir tələbənin 

sinəsindən bənövşə-nərgiz topaları kimi boy verib gülümsədiyi, 

göz güldürüb-könül açdığı illər! O illər doğma bir ana kimi, 

doğma poeziyamıza nə  qədər doğma (ənənəçi-yenilikçi)  şair-

övladlar verdi.. 



 

 

358



Onların öncüllərindən biri də- məhz, BİZİM  ƏŞRƏF 

DEYİLDİMİ? O, şeir oxuyanda köhnə Universitet binamızın 

unudulmaz Akt zalı  nəfəsini içinə  çəkib susar, sonra birdən 

alqışlardan “bomba” kimi partlayardı. 

Universitetin  Şərqşünaslıq fakültəsini bitirəndə onu xaricə 

yollamaq istədilər. Atası Cavad kişi “dünyanı dağıdası oldu”. 

Nəsili, ailəni qızlar bürümüşdü-Əşrəf yeganə  tək oğul idi-ona 

görə ona qəti ailə hökmü oxundu: “Cəhənnəm olsun xaric-zad, 

otur evdə, gözümüzün qabağında ol...” Amma öz içindən civə 

kimi qaynayan bu gənc evdə oturan idimi? İş axtarışı başlandı, 

biz az müəllimlik, sonra Sumqayıtda  Əli Kərim adına poeziya 

klubunun yaradıcısı, sonra Sumqayıt teatrında direktor, sonra 

Mədəniyyət  İşçiləri Həmkarlar  İttifaqı Sumqayıt  şəhər 

Komitəsi.. 

Mənim qəti inandığım bir həqiqət var: Əsl istedad əlinə qə-

ləm aldığı gündən ömrünün sonunadək istedad olaraq qalır: 

Onun  şəxsiyyət manerası, duyum nəfəsi, deyim tərzi, poetik 

intonasiyası  dəyişmir. Cəsarətlə  Əşrəfin “ilk” və “son” şeirlə-

rindən misal gətirirəm: 

 

Dünyada nə qədər dava-dalaş var, 

Sinəmdə ağrı var, gözümdə yaş var. 

Qəlbimdə min tufan, min iğtişaş var: 

Soyuq məzarda da silkələr məni. 

 

Və: 

 

Dəryalarca göz yaşıyam, 

Yerin göylə savaşıyam.  

Mən kəndimin baş daşıyam. 

Mənə baş daşı qoymayın!..  

 



 

 

359



Şair həmişə  mənəvi ehtiyacdan, qayğılardan, ağrılardan 

doğulur-bu min dəfələrlə  təsdiqlənmiş  həqiqətdir. Amma 60 

yaşın içində  Əşrəf on qat, yüz qat qayğı içindədi. Dörd göz 

otağına bir çətən külfət yığışıb: nəvələri, hələ də öz evi olmayan 

kürəkəni, üstəlik də bacıları, bacıuşaqları! Gəlib-gedən, düşəndə 

qalıb gecələyən qohum-qonşu, qaçqınlar da ki, öz yerində. Bu 

ailənin yaxın qohumu, publisist dostumuz Nemət Veysəlli yana-

yana deyir ki: “Belə  də  bəxtsiz, həyatda həyanı olmayan 

istedadmı olar?” 

Bir çox illər bundan irəli Füzulinin Yuxarı Veysəlli kəndin-

də, düz evlərinin böyründə, başdan-başa hamar təpəlik olan bir 

yerdə-sanki “Allah möcüzəsi kimi göydən düşmüş kimicə

əməlli başlı yazı masası, oturacaq yeri” olan tək-tənha bir qaya 

vardı. Əşrəf də o qayanın üstündə tənhalaşıb, qəribləşib, ulduzlu 

göylərə baxa-baxa, ilk sevginin üzüntülü əzablarından ilahi bir 

ləzzət duya-duya, könüllərə od salan xəzanlı-baharlı  şeirlərini 

yazardı. İndi isə.. 

Əşrəfin burda gileylənməyə mənəvi haqqı var ki, tək mənim 

yox, hamının olan, dünya konservatoriyası Qarabağ, namərdlik-

lə yağılara satılanda bircə dostum da mənə başsağlığı ver-

mədi... İllər ötdükcə, yaralarımız qaysaq bağladıqca, dərdli-qay-

ğılı qardaşımız əlacsızlıqdan zarafata salıb deyir:  “Hər şey bir 

yana, vallah, adam çörək alanda utanır. Evimizə gündə bir kisə 

çörək bəs eləmir!” və  mən bu təkrarsız-qartal baxışlı insana 

baxa-baxa, istər-istəməz Qarabağımızın digər gözəl bir şairi 

Rəhilə İsmayıllının sanki Əşrəfin ömür-gününə biçilmiş bir tale 

misrasını xatırlayıram: 

Düzlük düzdə qoyub məni.... 

SƏYAVUŞ  SƏRXANLI 

“525-ci qəzet”, 

26 mart, 1998-ci il 

 

 



 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə