Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə79/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   75   76   77   78   79   80   81   82   ...   88

 

 

388



yazmışdım.  İlk yazılarıma məsləhət almağımı böyük qardaşım 

Abdulla müəllim məhz  Əşrəf müəllimi məslələhət bildi. O da 

şeirlərimi oxuyub özünün gözəl tövsiyələrini verdi ki, bu da 

mənim ədəbi mühitə atılmağımda mühüm rol oynadı. 

Gərək sözə  həmişə hörmətlə yanaşasan – söyləyir  Əşrəf 

müəllim. Söz var məhəbbət, sevgi, duyğularını ifadə edir, söz 

də var ki, müəllifinə ictimaiyyət arasında nüfuz qazandırır, sər-

hədləri aşır, ailələr arasında körpü salır, ölkələr arasında əlaqə-

ləri genişləndirir və sairə... 

Söz də var ki, gücü bütün kəsici alətlərdən təsirlidir. Hətta 

atom bombasının dağıdıcı qüvvəsindən də qüdrətlidir... Milyon-

larla qaçqınların acı taleyi, şəhid anaların göz yaşları, Qaraba-

ğın qara gününə bir çarə tapılmaması, həsrətlə yaşadığımız gün-

lərin bir xoş anını görmək arzusunda olduğumuz, dünyada göz 

görə-görə gördüyümüz Əfqanıstan,  İraq, Misir, Suriya, Livan, 

Fələstin v.s kimi müsəlman dövlətlərinin başlarına açdıqları 

oyunlar məhz yalan sözlərin, yalan siyasətin nəticələridir.  

Əşrəf müəllimin “Söz” şeirində deyildiyi kimi: 

 

...Həqiqəti ört-basdırda sirr saxlayanlar 



Bu dünyanı söz selində boğanlar olub. 

Gecələri kirpik ilə cırmaqlayanlar 

Dodağında söz günəşi doğanlar olub... 

 

Söz də var ki, onu sözlə söyləmək çətin 

Söz də var ki, şirinlikdə şəkərdi, qənddi. 

Bəlkə elə neçə xalqın, neçə millətin  

Taleyinə doğan günəş bir sözə bənddi.. 

 

Bu yollarda gör nə qədər aglayan,gülən 

Yol gedirəm dalğaları yara-yara mən. 

Bircə sözün küləyindən yıxıla bilən 

Bir ürəyi tapşırmışam tufanlara mən. 

 


 

 

389



Əşrəf müəllimin şeirlərinin tutumu əhatəli olduğundan onun 

yaradıcılığında Qarabağ mövzusuna müraciəti hər bir oxucunun 

“dərd yükünü” şairlə bir yerdə daşımağa və onu həsrət dünya-

sına aparmağa vadar edir. Musiqi dünyasının zirvəsində duran 

Üzeyir bəyin, Xan əminin, Cabbarın, Natəvanın və on minlərlə 

insanların məzarları düşmən tapdağı altında bu gün hönkür-

hönkür ağlayır. Əsirlikdə qalan məhbus torpaqları üstündə yağı 

düşmənlərin yerişindən, duruşundan o yerlərdə bitən çiçəkləri, 

ağacları sanki özlərini matəm günündə hiss edirlər. Çaylarda

göllərdə suların qəzəblənməsi bir daha ağsaqqal  şairimizin 

şeirlərində, misralarında aydın şəkildə nəzərə çarpır: 

 

..Sınıb elin qüruru, 

Sönüb gözümün nuru. 

Sən ey indi bir quru 

Ad olan Qarabağım. 

 

Qoşulub bir axına, 

Enib Kür qırağına. 

Yada yaxın,yaxına 

Yad olan Qarabağım... 

 

..Əsrin sərt oyununda, 

Bu namərd oyununda, 

Siyasət oyununda 

Mat olan Qarabağım

 

Bir od düşüb taxtıma, 

Mənəvi paytaxtıma.  

Yanıb qara baxtıma 

Qatılan Qarabağım... 

 

Gözəl ağsaqqalımızın yazdığı  hər bir şeir insanı çox dərin 

düşüncələrə aparır. Adətimizə görə biz həmişə qonaqpərvər 

olmuşuq. Bu qonaqpərvərliyin ucbatından biz həmişə  əziyyət 




 

 

390



çəkmişik və  çəkirk də. Sovet quruluşu zamanı istər ermənilər, 

istərsə  də başqa millətlərin nümayəndələri ölkəmizin  ən gözəl 

yerlərində yaşayardılar və ya işləyərdilər. Onların da hər sözünə 

“baş üstə” deyə-deyə başımızı da aldadırdılar. “Baş üstə” nin 

ucbatından torpaqlarımızı itirdik, övladlarımızı itirdik. Hər 

rayonda bizlərə “Şəhidlər xiyabanı” göz dağı oldu, torpaq ağrı-

sı, torpaq yarası kimi sağalmayan dərdlər yarandı. Bax budur 

yenə də dözə-dözə, əzilə-əzilə gedirik.  

Şairimizin “Hələ” şeirində deyildiyi kimi: 

 

Çox başkəsənlərə dedik-“baş üstə” 



Mütiyik, köləyik, yazığıq hələ. 

Qoya bilməsək də, daşı daş üstə 

Çoxumuz hazıra nazirik hələ. 

 

İtir ömrümüzün çoxu, görmürük, 

Biz bizə tuşlanan oxu görmürük. 

Yıxılıb yatırıq, yuxu görmürük, 

Köhnə yuxuları yozuruq hələ. 

 

Bu nə bilməcədir, nə sirrdir, Vətən 

Yoxsa imtahandan kəsildik, Vətən?  

Düşmən pəncəsində əsirdi Vətən, 

Dözümlü millətik, dözürük hələ... 

 

Gözəl şairimiz haqqında nə qədər yazsaq da deyərdim azdır. 

Çünki hər bir şeir haqqında neçə-neçə kitab yazmaq olar. Ürək-

dən gəlməyən söz ürəyi həmişə incidir. Əgər Qarabağdan yazı-

rıqsa onda ürək qəm, qüssə, kədərlə, dərdlə yüklənir. Sevgidən 

yazırıqsa ürək bulaq suyu tək durulur, qərib torpaqda yaşayan 

həmvətənlərimizdən yazırıqsa ürək intizarda olur, gözlər isə 

yollarda qalır. 

Torpaqsevərlərin, vətənsevərlərin ürəklərində bircə istək 

çırpınır: doğma torpağımızda, Şuşanın ən yüksək zirvəsinə üç-




 

 

391



rəngli bayrağımızı sancmaq! Qoy hər bir  insanın ürəyi həmişə 

sevinclə döyünsün! 

Ürəyim Allah evidir-deyir Əşrəf müəllim. O, Allah evini də 

həmişə xoş  xəbərlərlə ziyarət eyləyək.  Şairin “Ürəyim”  şeirini 

oxuyarkən bu fikir bir daha aydın  şəkildə  nəzərə çarpır və 

ağsaqqalımıza həmişə  də sağlam can, sağlam ruh arzulayırıq 

Amin! 

 

Hərdən səhra olan, hərdən bağ olan, 

Bir dost kəlməsiylə dönüb dağ olan

Qisməti-həmişə ağrımaq olan, 

Dərmanı-dağların səhər küləyi, 

Ay mənim ürəyim, mənim ürəyim.. 

 

..Hər sözə inanıb, uyan sən oldun, 

Məni quru yurdda qoyan sən oldun. 

Bir zaman hamıya həyan sən oldun, 

İndi bir köməyi kimdən diləyim, 

Ay mənim ürəyim, mənim ürəyim.. 

 

 

 



 

 

Əli Rafiq

“Azad AZƏRBAYCAN” 

Müstəqil İctimai-Siyasi Qəzet 

27 yanvar 2015-ci il 

№12 (2646) 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə