Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə75/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   71   72   73   74   75   76   77   78   ...   88

 

 

372



Dərdi bal arısı-qəlbi pətəkdi, 

Şair dərd çəkdikcə, dərdi kef çəkir. 

 

Bax, beləcə “kef çəkən” dərdin  şirinliyi  şairin yaradıcılığı 



boyu onun sinəsindən asılır, bu dərdin “qan dolu badəsinə” 

sanki misralar da tab gətirmir. Şair dünyanın ən uzun körpüsün-

dən keçib doğma kəndinə gedə bilmir. “Boş beşiyin lay-

lası”ndan bədii-fəlsəfi ümumiləşdirilmə, dərd yüklü günlərimizi 

məntiqlə  dərk etmək poetik ovqatın təsdiqinə çevrilir. Obrazlı 

sözün gücü ilə  şair hadisəni yox, predmeti oxucuya təqdim 

etməklə onun mahiyyətini aça bilir. 

 

Şəhid məzarında yatan əsgərin, 



Bəlkə Xocalıda qıçı göynəyir. 

 

-deyən  şair, öz poetik qənaətini- “Toyda bir qız oynayır” 

poemasında daha da ümumiləşdirərək oxucunu faciənin böyük-

lüyü qarşısında mat qoyur. 

Ə.Veysəllinin poeziyasında tərənnüm, təsvir, fikir birləşərək 

poetik obrazın bütövlüyünə xidmət edir. Bu poetik gözəllik 

təbiətin özü kimi duru və təmizdir. “Gəlmə hələ” şeirində oldu-

ğu kimi. Bu şeiri oxuyandan sonra insanın ürəyində işıqlı duy-

ğular oyanır. Bu duyğuların səmimiliyi, təsvir və düşüncə tərzi-

nin özünəməxsusuluğu, obrazlılığı sözün üslubu-poetik funksi-

yası ilə qırılmaz bir vəhdət təşkil edir. 

Ə.Veysəlli  şeirlərində diqqəti cəlb edən cəhətlərdən biri də 

poetik üslubun publisistik üslubla birləşərək yaratdığı ideyanın 

birbaşa deyim tərzidir.  Şair insan talelərinin, onların daxili-

mənəvi dünyalarının incəliklərindən söhbət açarkən özünün gö-

rüb müşahidə etdiklərini sözün sığalına gətirir. Bəzən onun köv-

rək duyğuları  sərtləşir, öz soydaşlarının taleyi üçün narahatlıq 

keçirən şair bugünümüzün biganəliyinə qarşı üsyankar bir ruhla 

dolub boşalır, ürəyini göynədən hisslər dilində göyərir: 



 

 

373



Min ildir qayalar belə lal durur, 

Cavabı olmayan min sual durur. 

Göylərə əl açır fəryad dolu yer 

Dünən Xiyabanda bir ana gördüm, 

Şəhid məzarını qucub qaldırır- 

Dur, oğlum, dur mənə çörək pulu ver!.. 

“Dünya düzəlmir ki, düzəlmir, baba!” 

 

Ə.Veysəlli  şeirlərinin birində “Sözdür mənim taleyimə 



açılan qapı”-deyir. Tək bircə bu misranın arxasında böyük, 

sehirli bir dünya durur-Əşrəf Veysəllinin poetik dünyası. Bu 

dünyanı o, özü kimi duyub düşünür, özünün qavradığı kimi 

poetikləşdirir.  Şairin poetik dünyasına açılan bu yollar doğma 

Azərbaycanımızın təkrarolunmaz gözəlliklərindən başlanır. Və 

bu başlanğıc onun duyğuları ilə birləşərək oxucunu gözəlliyə, 

sevgiyə, azadlığa aparan yollara çevrilir. Bu yolların gözəllik və 

fikir təzadları XXİ  əsrin ilk ilini yaşayan insanın qorxu-

səksəkəsini ötüb keçir, “mənzil başında ürəyi isidən ümid yer-

ləri” görünür. Bu ümid yerləri şairin söz tanrısı ilə baş-başa qal-

dığı yerlərdir. Bu yerlər Əşrəf Veysəllinin iç dünyasına hoparaq 

şeiri,  şeiriyyəti anlayanlara poetik sözün möcüzələrini pıçıl-

dayır. 

AVTANDİL AĞBABA 

Sumqayıt Dövlət Universiteti 

Filologiya fakültəsinin prorektoru, 

“Mədəniyyət” qəzeti 

 

 



 

 

374



ŞAİR ALOV KİMİ, ATƏŞ KİMİDİR... 

 

Bu günlərdə  şair  Əşrəf 

Veysəllinin 71 yaşı tamam ola-

caq. 50, 60 və 70 illik yubileyləri 

yaşadığı Sumqayıt  şəhərində 

layiqincə qeyd edilsə də, mən - 

onun yaxın qonşusu, yaradıcılı-

ğını diqqətlə izləyən oxucusu, 

tez-tez hörmət-izzətlə görüşdü-

yü qələmdaşı-nədənsə bu tədbir-

lərin heç birində  iştirak etmə-

mişəm. Yenicə çapdan çıxmış 

“Ürəyim Allah evidir” şeirlər 

kitabı  əlimə keçəndə, bir çoxunu əzbərdən bildiyim əsərlərini 

yenidən oxuyanda düşündüm ki, şair dostumun olmadığım 

yubileylərində haqqında söyləyə biləcəklərimi qələmə almaq 

üçün fürsətdir

Əşrəf Veysəllinin “Qayğı” (1972), “Təki səni duyan olsun” 

(1984), “Ayrılığın üzü dönsün” (1998), “Bu dünya belə 

qalmaz” (2000), “İki dostun bir ürəyi” (2001) adlı şeirlər kitab-

larından sonra çap etdirdiyi son toplusunun onun şair ömrünün 

hesabatı kimi də  dəyənləndirmək olar. Kitabda şairin bir növ 

seçilmiş əsərləri toplanıb. 

Onu 40 ilə yaxındır ki, tanıyıram. 70-80-ci illərdə Sumqa-

yıtda keçirilən gurultulu poeziya gecələrinin, ədəbi-bədii tədbir-

lərin gözü idi Əşrəf Veysəlli. Biz gənclər onu sevidrik. Poetik 

təfəkkürünə, şirin dilinə həsəd aparırdıq, heyran qalırdıq, müs-

bət enerji alırdıq onun yaradıcılığından. Rəsul Rza, Süleyman 

Rüstəm, Xəlil Rza Ulutürk, Məmməd Araz, Əli Kərim və bu 

yaxınlarda haqq dünyasına qovuşmuş  Bəxtiyar Vahabzadənin 

şeirlərinə yüksək qiymət verdikləri  Əşrəf Veysəllinin “Allah 

evi”nin qapısı “Söz” ilə açılır: 




 

 

375



Sözdür mənim gözlərimə süzülən ziya, 

Sözdür mənim taleyimə açılan qapı. 

 

Şairin oxucularını qonaq etdiyi “söz süfrəsi” yetərincə dadlı, 

duzlu,  şirin və  məzəlidir, örnəklərlə doludur. Çoxdan oxuyub 

sevdiyim, neçə-neçə gözəl  şeiri ilə “Allah evi”ndə yenidən 

görüşməyimdən məmnun qaldım. “Boş beşiyin laylası”, “Sür 

dərəyə”, “Düşübdür”, “Toxunan yeri”, “Bir bina”, “Tumarlı 

kişilər”, “Köçdün qonşu kəndə”, “Ayrılıqdan on gün əvvəl... və 

sonra”, “Təndir”, “Yarımçıq qalmış  dərs haqqında ballada”, 

“Səadət”, “Qaytara bilsəniz”, “Məni qoymayın təklənəm”, “Əli 

Kərimin kiçik oğlu Orxan”, “Bir gecəlik ayrılıq”,  “Şairlər 

çoxalır” və başqa  şeirlərin hər biri könlümün bağçasında titrə-

yən  ətirli bir çiçəkdir. Bu əsərlərdə  Vətən məhəbbəti, sevgi 

duyğuları, insanın mənəviyyatı, sevinci, kədəri yüksək poetik 

dillə, qibtə ediləcək obrazlı  tərzdə  qələmə alınıb. Oxuduqca 

duyğulanır, istedadın ilhamlı ifadəsinə heyrət edirsən. Düşünür-

sən ki, şairlərin çoxaldığı, bəzən də bu çoxalmanın ifrata dön-

düyü, narahatlıq yaratdığı, sözün “ucuzlaşdığı”hazırkı vaxtında 

nə yaxşı ki, Əşrəf Veysəlli kimi hücrəsinə  çəkilib, qələminə 

fəhləlik eləyən, böyük ədəbiyyatın təəssübünü çəkən əsl qələm 

sahibləri də var. Əşrəf  şairlərin çoxalmasını da hamıdan fərqli 

olaraq təqdir edə bilir: 

 

Şairlər çoxalır, nə eybi var ki, 



Bu sevinc heç kəsi dərdə salmasın. 

Şairlər çoxalır, çoxalsın, təki, 

Təki şeirimizdən od azalmasın. 

 

O, əsl şairin dərdini bal arısına, qəlbini isə pətəyə bənzədir: 

 

Dərdi-bal arısı, qəlbi pətəkdi, 

Şair dərd çəkdikcə, dərdi kef çəkir. 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə