Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə74/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   70   71   72   73   74   75   76   77   ...   88

 

 

368



AYRILIĞIN  ÜZÜ  DÖNSÜN ” 

 

O, ildə bir-iki dəfə Sumqayıtın gənc yazıçılarının toplaşdığı 



“Dəniz”  ədəbi birliyinə baş  çəkir. Belə  gəlişlərin birində biz 

cavanlar adama bir şeir oxuduq. Bir şeir də o söylədi və sonra 

əlavə etdi: -mən həm də ona görə yazıram ki, sizlərdən geri 

qalmayım. 

Deyirlər ki, Əşrəf Veysəlli Sumqayıt  ədəbi mühitinin patri-

arxı missiyasını ləyaqətlə daşıyır. 1998-ci ildə onun 60 yaşı ta-

mam oldu və bu yubiley təntənəli  şəkildə qeyd edildi. 

“Sumqayıt” nəşriyyatı Əşrəf müəllimin “Ayrılığın üzü dönsün” 

kitabını çap etdi, əslində 15 ilə yaxın “Yazıçı” nəşriyyatında 

işıq üzü görməyə can atan və dövlət nəşrkomunun planında 

sıxıla-sıxıla qalan bu kitab xeyirxah insanların-müəllifin yaxın 

qohumlarının köməkliyi ilə işıq üzü gördü. 

Bu kitabı  vərəqlədikcə oxucu, şairin narahat dünyasına 

səyahət edir “indi özü boyda barıt olan dünyada” şair “gülüşü 

faciədir, faciəsi gülüşdür. Yaranışdan bu dünya ağlayandı-

güləndi,  əlimdən nə  gələndi?!”-deyə giley edir. Şairin bu kita-

bına Vətən və onun əvəzsiz gözəlliklərini tərənnüm edən 

yurddaşlarımızın bugünkü problemlərinə, ağrı və acılarına həsr 

olunmuş şeir və poemalar toplanmışdır. “Nağıllarda qalan dün-

yam” adlı lirik poema unudulmuş  və biganəlik ucbatından 

xarabalığa çevrilmiş kəndlərimizin acı taleyinə həsr edilmişdir. 

Şairliyin alovlu-ələmli anlarından, sevinc-nəşəsindən bəhs 

edən maraqlı  şeirlər toplanıb bu kitabda. “Söz” adlı  şeirdə 

oxuyuruq: 

 

Bir köhlənin arxasınca köks ötürürəm, 

Hələ əlim yetişməyib yüyənə kimi. 

Kirpiyimlə ocaq çatıb od götürürəm 

Deyilməli bir kəlməni deyənə kimi. 

 



 

 

369



Alnına  şair taleyi yazılan,  şeirdə  həyatının mənasını görən, 

heyhat ki, günlərinin hamısını şeirə sərf etməyin mümkünsüzlü-

yünü yaşayan şair, şeirli günlərini necə gözəl vəsf edir: 

 

Şeir yazdığım günlər.... 

bəyaz gecələrimdir, 

bəyaz səhərlərimdir. 

Şeir yazdığım günlər- 

ömür xəritəsində 

Paytaxt şəhərlərimdir

 

Kitabda yüksək poeziya nümunələri yaratmış şairlərimiz Əli 



Kərimə, Bəxtiyar Vahabzadəyə, Xəlil Rza Ulutürkə, Fikrət 

Sadığa ithaf olunmuş maraqlı, oxunaqlı şeirlər var. 

 

Qanımı içirtdim bu yazılara, 

Bu dost qayğısına tamarzlara. 

Verməyin onları məddah əlinə 

Verin bir ürəkli cərrah əlinə, 

Ölən qollarımı kəsib-doğrasın, 

Xəstə qanadlarım sağaldı bəlkə. 

 

Şairin qələm dostlarına ünvanladığı “Qaytara bilsəniz”  şeiri 

bu misralarla başlanır.  Şeiri oxuyanda incik bir şair qəlbinin 

döyüntülərini duyuruq və bu döyüntüləri biz də yaşayırıq. Odur 

ki,  şair ömrü yaşayan kəslər müxtəlif səbəblərdən müəyyən 

dövr  ərzində yaradıcılıq böhranı keçirirlər. Belə  məqamlarda 

dost köməyi görən şairin “sinəsi içindən qönçə bağlayar, ürəyi 

sözlərdən xonça bağlayar”. 

 

Bəlkə bu qayğını görən kimi mən 

Qəlbim atlanacaq sevinc taxtına. 

 

 



 

 

370



Onu uralanmış bostan yerindən 

Döndərə bilsəniz söz paytaxtına, 

Təzədən başlanar şeirli günlərim, 

Sirli, möcüzəli, sehirli günlərim. 

 

“Şeir məni tərk eləyir”  şeirində “XX əsr kimi əsəbiyəm” 

söyləyir şair. Onu tanıyanlar bu deyimlə şairin xasiyyəti arasın-

da bir uyarsızlıq olduğunu deyə bilərlər və tamamilə haqlı olar-

lar. Çünki Əşrəf müəllim başdan-ayağa təmkinin özüdür. O, 

olsa-olsa “Şeir məni tərk eləyir” səpkili ağrı  şeirləri yazarkən 

“əsəbiləşə” bilər. Mən Əşrəf müəllimə yaşının bu çağında daha 

çox belə “əsəbi” şeirlər yazmağı arzulayıram. 

 

Elçin ELGÜN 

1999 

 

 

 



 

 

371



ŞAİR TALEYİNƏ AÇILAN QAPI 

 

Sevimli şairimiz Əşrəf Veysəlli 

ilə haçan görüşmüşəmsə, ondan 

ayrılmaq istəməmişəm. Onun özü-

nə xas şirin yumoruna, dadlı-duzlu 

söhbətlərinə, Azərbaycan və dünya 

ədəbiyyatının tanınmış klassiklə-

rinin əsərlərindən söylədiyi örnək-

lərə böyük vurğunluqla qulaq as-

mışam. Və Əşrəf müəllimlə bütün 

görüşlərimdən sonra həmişə içim-

də bir təzələnmə, daxili bir təlatüm 

hiss etmişəm, uzun müddət bu 

duyğuların təsiri altında yaşamı-

şam. 

Şairin “Sumqayıt” nəşriyyatında yenicə çapdan buraxılmış 



“Bu dünya belə qalmaz” kitabı onun poetik nəfəsinin üz tutub 

qələmə aldığı mövzular da özünəməxsus  əksidir. Kitaba Feyzi 

Mustafayevin yazdığı “Bir əli ürəyinin üstündədir” yazısı bir 

növ  Ə.Veysəllinin özü və sözü haqqında səmimi dost etirafı, 

diqqətcil yazıçı müşahidəsinin bədii qənaətidir. 

“Kəpənək qanadı kimi zərif” dünyamızın özü boyda barıta 

çevrilməsi  şairin ürəyində açdığı qorxu şırımı insan talelərinə 

qəfil çaxan ildrım kimi qalır. Və bu talelərin fonunda şair 

Vətənimizin, torpağımızın dünəni, gələcəyi üçün keçirdiyi 

narahatlığı, hiss və  həyəcanları oxucu ilə bölüşür.  Ə.Veysəlli, 

bir  şair vətəndaş kimi öz içindən silkələnib nəğmə  işığında 

dərdinin böyüklüyünü xarakterik cizgilərlə çəkir. 

 

Ömür yollarında ələk-vələkdi, 

Sonsuz arzuları çiçək-çiçəkdi. 

 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə