Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə73/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   69   70   71   72   73   74   75   76   ...   88

 

 

364



Çətini qələmi alanacandı, 

Ürək kəlmələrlə dolanacandı. 

Dönüklük tək bircə yalanacandı, 

Sən gərək yazasan bu yazıları. 

 

Yazıçı yazmasa yaşaya bilməz

Hər insan bu adı daşıya bilməz. 

Dünyanı bağışla naşıya-bilməz, 

Sən gərək yazasan bu yazıları. 

 

Tanrının yanında üzün də vardır, 

Keçilən yollarda izin də vardır. 

Altmışı haqladın, yüzün də vardır, 

Sən gərək yazasan bu yazıları. 

 

Doğru söz qiymətdən düşən deyildir, 

Şeir hər sinədə bişən deyildir. 

Hər kəsə söz demək peşəm deyildir,- 

Sən gərək yazasan bu yazıları. 

 

Həmid ABBAS 

Əməkdar İncəsənət Xadimi, 

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar 

İttifaqı Respublika Komitəsinin sədri, 

“Ədəbiyyat”qəzeti, 

27 mart, 1998-ci il 

 

 

 


 

 

365



ÜRƏK ALLAH EVİ OLANDA 

 

Görkəmli, istedadlı  şair, gözəl ziyalı,  şəhərimizin hörmətli 

ağsaqqallarından biri Əşrəf Veysəllinin son vaxtlar çapdan çıx-

mış “Ürəyim Allah evidir” adlı kitabı qarşımdadır. Baxaq görək 

bu “evdə” nələr var. Çox şey-vətənə sonsuz məhəbbət, torpaq 

həsrəti, yurd yanğısı, əsrarəngiz təbiətimizə vurğunluq, ən başlı-

cası düşmənə nifrət. Bəri başdan qeyd edim ki, söz sərrafı olan 

Əşrəf müəllim sözün və sənətin qiymətdən düşdüyü bir vaxtda 

şairliyin çətin olduğunu etiraf edərək, “Söz” şeirində yazır: 

 

Kirpiyimlə ocaq çatıb, 

od götürürəm, 

Deyilməli bir kəlməni deyənə kimi.  

 

Şair haqlıdır. Amma həyatımızda gördüklərini, duyduqlarını 

poetik dillə oxucuya çatdırır. 

Yuxarıda qeyd etdiyimiz kimi, Əşrəf Veysəllinin bu kita-

bında verilən şeirlərdə vətən, torpaq həsrəti çox güclüdür. Axı, 

onun doğulduğu, boya-başa çatdığı Veysəlli kəndi, Füzuli rayo-

nu, Qarabağımız mənfur ermənilər tərəfindən işğal olunub. 

“Kəndim” şeirində oxuyuruq: 



 

Sən idin pənahım xeyirdə, şərdə, 

Qorxuram görməyəm üzünü bir də. 

Tanış döngələrdə, dost küçələrdə 

Azıb yaşayıram sənsiz, a kəndim. 

 

Başqa bir şeirdə oxuyuruq: 

 

Eşit harayımı barı, bülbülüm, 

Sən də mənim kimi zarı, bülbülüm. 

Yerini xar tutdu Xarı bülbülün... 

Günəşli gündüzlər oldu tar mənə.. 



 

 

366



Azərbaycanımızın dilbər güşəsi olan Qarabağımızın erməni 

işğalında qalmasına dözə bilməyən şair qovrula-qovrula yazır: 



 

Sınıb elin qüruru, 

Sönüb gözümün nuru. 

Sən ey indi bir quru, 

Ad olan Qarabağım

 

Vətən həsrəti, torpaq yanğısı ilə qovrulan şair hamını mübari-



zəyə çağırır, haray qoparır: 

 

Şuşa-Vətənimin Eyfel qülləsi



Dağılıb tökülür düzlərə doğru. 

Min ölüm gülləsi, min top lüləsi 

Yüz ildir tuşlanıb bizlərə doğru. 

Qocaldıb dağları Xocalı dərdi 

Düşmən tapdağında 

Laçındır qalan. 

O Ağdam... Ağdərə.. 

 

O Kəlbəcərdi, 

O sənin anandır, bacındır balam. 

Tutuldu Füzuli, yandı Zəngilan.. 

O uçub dağılan Vətən sənindir. 

 

Əşrəf müəlliimin bu kitabında qohumlara, yaxınlara, qələm 

dostlarına ithaf etdiyi şeirlər son dərəcə səmimidir, oxunaqlıdır, 

müəllifin insani keyfiyyətlərinin təzahürüdür. 

Ə.Veysəlli həyatımızda, bu günümüzdə rastlaşdığı hər şeyə, 

hər hadisəyə, hətta nöqsan və qüsurlara qarşı kəskin münasibət 

bildirir. Onun görkəmli  şair Məmməd Araza nəzirə yazdığı 

“Dünya düzəlmir” şeirində oxuyuruq: 



 


 

 

367



Əlinə keçirir yüz yeri, doymur, 

Özləri doyanın gözləri doymur, 

Dünya düzələrdi... özləri qoymur

“Dünya düzəlmir ki, düzəlmir, baba”. 

 

Şair hər  şeyin sivil səviyyədə olmasını istədiyindən bu cür 



antipodları qamçılayır. 230-dan çox şeir, 3 poema toplanan bu 

kitab demək olar ki, şairin seçilmiş əsərləri hesab olunur. 

Əşrəf müəllimin poeziyasını oxumaq hamımız üçün xoşdur. 

Bu şeirlərin təhlilə ehtiyacı yoxdur. Onlar elə mükəmməl yazıl-

mışdır ki, oxuduqca adama zövq verir. Şairin söz ehtiyatı zən-

gin, dili səlisdir. Ona görə kitabdan bəzi nümunələr gətirməklə 

kifayətlənirik. 

 “Ürəyim Allah evidir” kitabı  şairin demək olar ki, yaradı-

cılıq zirvəsidir. Lakin onun başqa zirvələri fəth edəcəyinə  də 

inanırıq.  Əminik ki, “Muzeydir mənim ürəyim” deyən  şair bu 

“muzeyi” daha gözəl şeirləri ilə zənginləşdirəcək, biz oxucuları 

sevindirəcəkdir. 

 

Ramiz TAPDIQ 

Respublikanın Əməkdar Jurnalisti, 

“Möhtəşəm Azərbaycan” qəzeti, 

18 mart, 2009-cu il  

 

 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə