350
keçəndən sonra həmin adamdan üzr istəyər, onun könlünü
alardı. Çünki Vaqifin ürəyi çox incə və zərif idi. Bu zəriflik
onun ətrafında toplaşan insanlara bir işıq gətirirdi. Bu işığın
daim qərq olunmasını arzulayan Vaqif bir gün işıqsız qaldı.
Avtoqəzaya uğrayıb 37 yaşında bu dünya ilə vidalaşdı.
37 yaş insanın çiçəkləndiyi bir vaxtdır. Əfsuslar olsun ki,
fələk onun təravətli çiçəklərini tam açmağa qoymadı. Hərdən
təsəlli üçün deyirlər ki, Puşkin də, Lermantov da gənc yaşla-
rında dünyalarını dəyişiblər. Bəli, bu belədir. Lakin mən bu cür
ölümlərlə razılaşa bilmirəm. Deyirlər, bu qismətdir, bununla da
barışa bilmirəm. 37 yaşında yaradıcılığının boy verdyi bir
zamanda dünyadan köçmək nə qədər ədalətlidir? Bilmirəm.
Vaqif İbrahim öz ölümünü sanki duyubmuş. Şeirlərini
birində yazırdı:
Ölüm asta-asta gələnə kimi,
Bir güc, bir nikbinlik duyam özümdə.
Deyəm son sözümü, vəsiyyətimi,
Qəlbimdə qalmasın bircə sözüm də.
Son söz Vaqifin özü ilə bərabər qara torpağa qovuşdu.
Görəsən son sözu nə imiş kövrək qəlbli şairin? Ana, Vətən,
yoxsa məhəbbət? Belkə bəşəriyyət və ədəbi həyat? Bəşəriyyət
öz övladını itirdi, həyat isə ona yas saxladı. Bu gün bu yasın
içindən çıxmayanlar da var. Lakin nə etməli?
Feyzi və Əşrəf Vaqifin yoxluğuna inana bilmirdilər. İllərlə,
aylarla bir yerdə olan, duz-çörək kəsən, dostluqda əhd-peyman
bağlayan bu insanların həyatında bir boşluq yaranmışdı. Bu
boşluğu doldurmaq olduqca çətin idi. Vaqifsiz dünya onlar üçün
boz səhraya, qara buludlara, işıqsız səmaya bənzəyirdi.
Vaqifli günlərin içində bir sevinc, səmimiyyət və məhəb-
bət vardı. Bəs hanı o günlər? Göylərin qucağındamı?
351
Dənizlərin ağuşundamı? Sevgililərin həsrətli baxışların-
damı? Harda? Harda?
1970-ci illərdə biz- yaşca cavanlar yaxşı mənada bu üç
yazara, üç dosta qibtə edərdik. Dostluq o demək deyil ki, ömür
boyunca can deyib, can eşidəsən. Dostluq qızğın mübahisələr-
dən keçir, ağır sınaqlardan çıxır. Müdrik Hötenin gözəl kəlamı
var: Səhv etmək insanın xarakterik cəhətidir, bunun üçün
ömür dostları var”.
Vaqif, Feyzi, Əşrəf arasında çoxlu mübahisələr, qızğın
müzakirələr və narazılıqlar olurdu... Əksəriyyəti də yaradıcılıqla
bağlı olardı. Kimsə kimsəni inandırmağa çalışır, kimsə bu fikir-
lərlə razılaşmır, əqidəsinə uyğun düşündüklərini əsaslı sayırdı.
Bu da dostlar arasında bir neçə günlük soyuqluq yaradırdı.
Lakin bir-birinə bağlılıq, sədaqət və etibar onları tezliklə bir
yerə toplayır, sifətlərə təbəssüm qonur, az keçmişdə baş verən-
lər sanki olmamış kimi tezliklə unudulurdu. Bu da hər üç dostun
müdrikliyini göstərirdi.
Onların dostluğu etibar üzərində qurulmuşdu. Etibarsızlıqlar
onların düşməni idi. Aralarında olan sədaqət qranit daşa çevril-
mişdi. Onların arasına girib ona çat vermək istəyənlər həmişə
yanılırdılar. Çünki bu qranit qayanı, bu dostluğu ancaq və ancaq
onların özləri dağıda bilərdilər. Buna isə qüdrətləri çatmazdı.
Çünki bu dostluq qranit qaya kimi çox qüdrətli idi. Onu nə
sındırmaq nə də əymək olardı. Amma insan çox vaxt həyatın
qəfil oyunlarının qurbanı olur. Yaşamaq, yaratmaq ilə çırpınan
bir ürəyin vaxtsız dayanması dost üçün çox ağır olur, çox ağır..
Feyzi Mustafayev Vaqif İbrahim haqqında “Ölənlər evə
qayıdırlar” xatirələr kitabında yazır: “-Sən mənim ən acı
sevincim, ən şirin kədərimsən”.
Bu dostun dostu haqda dediyi sözlərdir.
Bu üç dostun təşəbbüsü ilə Sumqayıtda biz Azərbaycan
ədəbiyyatının korifeyləri olan Süleyman Rəhimov, Mirzə
İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm, Bəxtiyar
352
Vahabzadə, Salam Qədirzadə, Əli Vəliyev, Adil Babayev,
Yusif Əzimzadə, Anar və başqa ədiblərlə görüşlərdə iştirak
edir, onların dəyərli məsləhətlərinə qulaq asır və öz
yaradıcılığında pafosdan çox, real həyatı, həqiqiəti əks
etdirməyə çalışırdıq.
Feyzi Mustafayev qələm dostlarından seçilirdi. O, qeyri-adi
bir publisist idi. Onun yazılarında daha çox əxlaq, tərbiyə, ailə,
fəlsəfi fikir geniş yer tuturdu. Kiçik hekayələri dövri mətbuatda
tez-tez çap olunurdu. Feyzi dünyanı özü kimi nəzakətli, səmimi,
bir az da kövrək görmək istəyirdi. Lakin bu belə deyildi. Həyat-
da nəzakətlə yanaşı kobudluq, səmimiyyətlə yanaşı saxtakarlıq,
kövrəkliklə yanaşı süni göz yaşları da vardı. Feyzi həmişə
deyirdi ki, “-niyə insanlar yaxşılığa az meyl edirlər, axı, bu
pisin öz rəngi var. Ağa ləkə vurmaq asandır. Qaranı müdafiə
edənlər isə çoxdur”. Feyzi doğru deyirdi.
Bir epizodu xatırlamaq istəyirəm. Səhv etmirəmsə, 1979-cu
il idi. Mən Sumqayıt Sintez-Kauçuk Zavodu partiya komitəsin-
də təlimatçı vəzifəsində çalışırdım. Feyzi Mustafayev isə həmin
zavodda nəşr olunan çoxtirajlı “Kauçuk” qəzetinin əməkdaşı
idi. Bilirdim ki, boş vaxtlarında yaradıcılıqla məşğuldur. Bir
gün “Azərbaycan” jurnalında onun ailə və nigah mövzusunda
böyük publisistik yazısı dərc olundu. Bu çox cəsarətli, faktlara
əsaslanan, maraqlı bir yazı idi. Respublikanın ziyalıları, ədəbiy-
yatşünasları bu məqaləni müsbət dəyərləndirdilər. Lakin bəd-
xahlar da tapıldı. Bir aydan sonra “Kommunist” qəzetində Feyzi
Mustafayevin məqaləsi alt-üst olundu. Bu ədalətsiz, ambisiyalı,
sifarişli bir yazı idi.
Feyzi qəzeti əlinə alıb mənim yanıma gəldi.Rəngi qaralmışdı.
Bərk dilxor idi.
-Oxumusan?-deyə, səsi əsə-əsə soruşdu.
Qabağına çay qoydum.
-Oxumuşam.
Dostları ilə paylaş: |