Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx


“MƏN ONLARI SƏADƏTİM BİLMİŞƏM”



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə72/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   68   69   70   71   72   73   74   75   ...   88

 

 

360



“MƏN ONLARI SƏADƏTİM BİLMİŞƏM” 

 

İlahi, qurbanam körpələrə mən

Məni körpələrin başına döndər. 

 

Şair dostum Əşrəf Veysəllinin 

uşaqlar üçün yazdığı  əsərlər çox 

deyil. Amma bu az şeirləri ilə  də 

Əşrəf Veysəlli uşaqları nə dərəcədə 

sevdiyini, onlara bağlı olduğunu 

sübut edir. O, hələ övladı olmadığı 

vaxtlarda övladın nə dərəcədə şirin 

olduğunu bilirdi: şairlər peyğəm-

bərlər kimi əvvəli görə bilirlər. O, 

gələcək övladının adını  Səadət 

qoymuşdu və ona deyirdi: 

 

Yaman darıxırıq biz sənin üçün

Di gəl, yandır bizi, alışdır bizi. 

Ananın xətrinə dəymişəm bu gün, 

Gəl, düş ortalığa barışdır bizi.  

 

Əşrəf Veysəlli hələ dünyaya gəlməmiş övladını  xəyalən 

çiynindən-çiyninə ötürür, qolları yorulanda kirpiklərində onu 

məktəbə aparır, övladının ayağı yer tutanadək özü onun qarşı-

sında iməkləyir, dükanlardakı oyuncaqların onsuz ağladıqlarını 

söyləyir. 

Əşrəf Veysəlli deyəndə ki: “Qohumların uşaqları  gəlməzdi 

bizə, deyərdilər  əmilərin uşağı yoxdur”-təkcə öz kədərini yox, 

övlad həsrətində olanların nələr çəkdiyini qələmə alır. Özünün 

övladı olandan sonra isə bu sevincini çoxlarının yanında büruzə 

vermək istəmir ki, övladı olmayanları kövrəldə bilər: “Bəlkə 

yenə kimlərinsə gözü yoldadır”. 




 

 

361



Əşrəf Veysəllinin uşaqlarla bağlı çox kədərli bir şeiri var. 

Vaxtilə mən onu şəhər üzrə keçirilən tədbirlərin birində Əşrəfin 

dilindən eşidəndə kövrəlmişəm. Sağımda-solumda oturanlar da 

mənim kimi. Bu “Yarımçıq qalmış  dərs haqqında ballada”dır. 

Bu kiçik şeirin kədər yükü böyük bir əsərin mövzusudur: Dərs 

əlaçısı olan bir nəfər qızı müəllim lövhəyə çağırır ki, “Ata” 

sözünü yazmağı öyrətsin. O, ayrılıqda “a” hərfini də yazır, “t” 

hərfini də amma bütövlükdə “ata” sözünü yazmır. “Ata” 

əvəzinə “ana” yazır. Müəllim səbəbini soruşanda qız deyir ki, 

atası onları atıb gedib. Yaxşı, elə deyək ki, anamın günahı var, 

bəs mənim nə günahım? 

Şair Əşrəf Veysəlli körpə övladının gözünü yaşlı qoyan bəzi 

insafsızlara deyir: “Görəsən hiss etdimi barı insafsız ata. Şagird-

lərin bir dərsi ona görə pozuldu?!” Şair istəyir ki, hər evdən 

körpə nəfəsi gəlsin, onların südlü kəlmələrindən soyuq divarları 

sevinc bürüyər.” Bu gün ümidlərdən tutub yıxıla-yıxıla yeriyən 

uşaqlar bizim gələcəyimizdir”. Uşaqları  səadətimiz, “körpə 

təbəssümü görməyən otağı günəş  şəfəqlərindən uzaqlaşmış” 

bilən  şair dostuma da, hər bir ailəyə  də səadətli günlər arzula-

yıram. 


 

Feyzi MUSTAFAYEV  

“Pöhrə” Sumqayıtın əlavəsi, 

18 mart, 1998-ci il 

 

 




 

 

362



ÖZÜNÜN ÖZÜNƏ HƏDİYYƏSİ 

 

Özünə və sözünə çoxdan bələd olduğum qələm dostum Əşrəf 

Veysəlli mənim üçün həm istedadlı şair, həm də qayğıkeş, baca-

rıqlı bir mədəniyyət işçisi kimi əziz və doğmadır. 

Hal-hazırda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt 

şəhər Komitəsinin sədri işləyən  Əşrəf Veysəlli (Şəfiyev  Əşrəf 

Cavad oğlu) müxtəlif illərdə Şahmat klubuna, Əli Kərim adına 

poeziya klubuna, Şəhər Mədəniyyət evinə, H.Ərəblinski adına 

Sumqayıt teatrına və Sumqayıt  şəhər Mədəniyyət  şöbəsinə 

rəhbərlik etmişdir. 

Hər yerdə, həmişə  mədəniyyət işçilərinə qayğı göstərib, 

onların sosial problemlərinin həllinə çalışan  şair heç zaman 

qələmindən ayrılmır, yurdumuzun gözəlliklərini ilhamla tərən-

nüm edir, həyatımızın reallıqlarını, müasirlərimizin ağrı-acıla-

rını özünəməxsus bir dillə təsirli misralara düzür. 

Bir neçə şeir kitabının müəllifi olan Əşrəf Veysəlli bu gün-

lərdə oxucuları daha sanballı poema və  şeirlər toplusu ilə 

(“Ayrılığın üzü dönsün”, Sumqayıt nəşriyyatı-1998) sevindir-

mişdir. 

Əşrəf Veysəllinin anadan olmasının 60 illiyi münasibəti ilə 

onun çoxsaylı oxucuları, iş yoldaşları, qələm dostları hərarətlə təb-

rik edib şairə yeni yaradıcılıq  uğurları diləmişlər. 

Yubiley münasibətilə  şair Azərbaycan Yazıçılar Birliyinin 

təbrikini, Azərbaycan Həmkarlar  İttifaqı Konfederasiyasının və 

Mədəniyyət  İşçiləri Müstəqil Həmkarlar  İttifaqı Respublika 

Komitəsinin Fəxri Fərmanlarını və qiymətli hədiyyələrini almışdır. 

Lakin  ən yaxşı  hədiyyə  qələm dostumuzun özünün özünə 

hədiyyəsidir. Onun yuxarıda qeyd etdiyimiz yeni kitabı  Əşrəf 

Veysəllinin böyük yaradıcılıq uğurudur. 

Hər şeirindən, hər misrasından yenilik və təravət duyulan bu 

kitabı birnəfəsə oxuyub ürəyimdə  qələm dostuma “Əhsən”!-

dedim. Və qənaətim bu oldu ki, indiyədək yazdığı şeirlərə, dərc 




 

 

363



etdirdiyi kitablara bələd olmayanların da Əşrəf Veysəllini bir 

şair kimi sevməsinə tək bu kitab bəs edər. 

Unudulan kəndlərimizin acı taleyindən bəhs edən “Nağıllar-

da qalan dünyam” lirik poeması da, müxtəlif illərin bəhrələri 

olan  şeirlər də (“Boş beşiyin laylası”, “Meydanım”, ”Əli 

Kərim”, “Nə var”, “Dünya”, “İnsanam”, ”Vətən”və s.) dedik-

lərimizə sübutdur. 

Şairin yeni kitabından nümunələr gətirməli olsam, buna nə 

qeydlərimin, nə də qəzet səhifəsinin həcmi imkan verər. Bunun-

la belə “İnsanam” şeirinin son misralarına diqqət yetirin:  

 

Polad əzələmdir məğrur qayalar,  

Büllur bulaqlardan sinəm pay alar. 

Öləndə məzarda basdırmayalar, 

Gərək bu torpağa əkələr məni. 

 

Əşrəf Veysəllinin “Ayrılığın üzü dönsün” kitabı ön söz əvəzi 

kimi “Mən niyə yazıram bu yazıları” şeiri ilə başlanır: 

 

Əridə-əridə odlu qəlbimi, 

Dünya öz işində qalacaqdısa, 

Kainat milyon il əvvəlki kimi, 

Köhnə havaları çalacaqdısa, 

Mən niyə yazıram bu yazıları? 

 

Mən isə bu qeydlərimi sözardı əvəzi kimi “Sən gərək yaza-

san bu yazıları”  şeirimlə tamamlayır, qələm dostuma uzun 

ömür, xoşbəxt həyat və yeni yaradıcılıq uğurları diləyirəm: 

 

Ürəklərdə buzu əritmək üçün, 

Ölən arzuları diriltmək üçün: 

Qarabağa qoşun yeritmək üçün, 

Sən gərək yazasan bu yazıları. 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə