328
Böyük təşkilatçılıq bacarığı, vətənpərvərlik
və dövlətçilik
idealarına sadiqlik, insanları sevmək, yeri gələndə onların kön-
lünü oxşamaq məharəti ilə seçilən bir dövlət məmurudur... Onu
sevməyən insanlar haqqında da dilinə pis söz gətirməyi bacar-
mayan bir insandır. Bu məqamda sevimli xalq şairimiz
B.Vahabzadənin misrasını xatırlayıram: “Ey ayağımdan çəkən,
mən səni də sevirəm.”
Elə bilirəm ki, onunla təmasda olan hər bir kəs mənim dedik-
lərimi təsdiqləyər. Təmənnasız yaxşılıqları ilə məni həmişə özü-
nə borclu qoyan gözəl insanın səhhəti ilə bağlı son zamanlarda
eşitdiyim xəbərlərdən əməlli-başlı sarsılıram. Qoy Ulu Tanrımız
Təvəkgül müəllimə və onun timsalında bütün yaxşı insanlara
yar olsun!
Elə ki, qayğılar başımdan aşar,
Bahar da gözümdə qış görünərdi.
Yaxşı ki dünyada yaxşılar yaşar,
Yoxsa bütün dünya boş görünərdi.
BİZ ŞAİRLƏR-QƏLBİMİZİN FƏHLƏSİ
Hər dərdin öz çarəsi var bəlkə də,
Gəzən olsun, ay Təvəkgül müəllim.
“Sıfırlardan zəncir olar”-deyərlər
Düzən olsun, ay Təvəkgül müəllim.
Biz şairlər-qəlbimizin fəhləsi,
Söz əyirir ömrümüzün cəhrəsi.
Kim istər ki, əməyinin bəhrəsi
Xəzəl olsun, ay Təvəkgül müəllim.
329
Bu dəyirman, bu da köhnə dəhnədi,
Gələn-gələn öz atını dəhlədi.
Barı Sizin mehrinizin mehləri
Əsən olsun, ay Təvəkgül müəllim.
Dərd az qalır sinəmizdə dil açsın,
Daş bağlayan ürəklərə yol açsın.
Kaş müqəddəs arzulaın gül açsın
Gözəl olsun, ay Təvəkgül müəllim.
Sən gəlincə eh, nələri satdılar,
Dən gəlincə dəhnələri satdılar.
O köhnələr köhnələri satdılar,
Təzən olsun, ay Təvəkgül müəllim.
Qurduğumuz bu söz adlı qalaça,
Nəsillərdən nəsillərə qalacaq.
Çox demirəm, üstümüzdə balaca,
Nəzər olsun, ay Təvəkgül müəllim.
Sıldırımda at oynatmaq istəyir,
Fərhad kimi qaya çapmaq istəyir.
Dağılmışda şəhər yapmaq istəyir,
Məzən olsun, ay Təvəkgül müəllim.
***
330
İnternetin kitabları üstələ-
diyi, sözün tövşüyə-tövşüyə
yoxuşları qət etdiyi bir vaxtda
ilhamın nazı ilə oynaya-oyna-
ya oxucunu təəcübləndirmək
çox çətindir. Ancaq bu şərəfli
işin öhdəsindən məharətlə və
layiqincə gələnlər də var. On-
lardan biri də Azərbaycan
xalqının müdrik oğlu, Milli
Mətbuatımızın özülünü qo-
yan, Milli Mədəniyyətimizin,
teatr sənətimizin böyük təəssübkeşi, bütün varlığı ilə əsl
ziyalılıq nümunəsi olan Həsən bəy Zərdabinin qanını
damarlarında gəzdirən Qüdrət Balakişi oğlu Məlikovdur
(Muğanlı). O, Kürlə Arazın həsrətlilər kimi qucaqlaşıb
öpüşdüyü Sabirabad şəhərində dünyaya göz açmışdır.
Çətin və şərəfli yolun yolçusu
Oradakı M.Ə Sabir adına orta məktəbi bitirən Qüdrət müəl-
lim indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universi-
tetinin dil-ədəbiyyat fakültəsində təhsil alıb. İki illik Jurnalist
Sənətkarlığı İnstitutunu da oxuyub. Bir müddət doğma
Sabirabadda redaksiyada, yerli radioda çalışan jurnalist, 1969-
cu illin avqust ayının 26-dan şəhərimizin ictimai-siyasi qəzeti
olan “Sumqayıt”da korrektor, ədəbi işçi, şöbə müdiri, 17 il baş
redaktor müavini, hazırda isə həmin qəzetin redaktorudur. Özü-
nün dediyi kimi, o əsl jurnalistə xas olan biliyi, bacarığı təcrü-
bədə toplayıb.
Uzun müddət onunla bir redaksiyada çalışan “Sumqayıt”
qəzətinin sabiq məsul katibi, respublikanın Əməkdar jurnalisti
Ramiz Tapdıq deyir ki, Qüdrət müəllimin yaradıcılığının böyük
331
bir hissəsi onun baş redaktor müavini kimi işlədiyi,çalışdığı
illərə düşür. Redaksiyada bu sahə ən ağır və çətin sahədir.
Yüksək mütaliəyə malik olmadan, siyasi kamilliyə yiyələnmə-
dən, günün, zamanın nəbzini tutmadan bu sahədə çalışmaq
mümkün deyil. Mübaliğəsiz deyə bilərəm ki, Qüdrət müəllim
bu sahədə də nümunə göstərilməyə layiq jurnalistdir...” O,
dövlətə, dövlətçiliyə olduqca sədaqətlidir. Xüsusilə, xalqımızın
həyatında və taleyində müstəsna xidmətləri olan Ulu Öndər
H.Əliyevin apardığı siyasi xətt daim dəstəklənmiş və bu gün də
həmin məktəbin layiqli davamçısı, möhtərəm Prezidentimiz
İlham Əliyevin apardığı uğurlu siyasətlə həmrəydir, bu ideaya-
ların daşıyıcısı və təbliğatçısıdır. Yeni Azərbaycan Partiyasının
üzvüdür.
Jurnalist üçün lazım olan bütün keyfiyyətlər, səmimilik,
obyektivlik, ən çətin məqamlarda belə vicdanın səsinə qulaq
asmaq bacarığı, mənəviyyatca saf, təmiz olmaq, təmkinlilik
göstərməklə başqalarına nümunəyə çevrilmək, ən ağır sınaq-
larda da öz mənliyini qorumaq, qələmini, şəxsiyyətini hər şey-
dən üstün tutmaq.. Bütün bunlar Qüdrət müəllimin xarakterini
müəyyənləşdirən amillərdir. Bəlkə də bu cəhətlərinə görədir ki,
Qüdrət Muğanlı deyir: “Mən jurnalistin həyatını güzgüyə
bənzədirəm. Güzgü saf, təmiz, büllur olduğu kimi, jurnalistin
həyatı da təmiz, ləkəsiz olmalıdır. Yoxsa onun yazdığına heç
kəs inanmaz..”
Mərhum xalq şairimiz Məmməd Araz demişkən:
“Özün sevməyincə, sevilməyincə
Özgədən məhəbbət əsəri yazma...”
Şəhərimizin ictimai-siyasi və mədəni həyatının aynası olan,
öz doğma səhifələri ilə az qala Sumqayıtımızın salnaməsinə
çevrilən “Sumqayıt” qəzetinin keçdiyi yola diqqət yetirəndə də
görürük ki, bu qəzet çox çətin bir şəraitdə nəşr olunub, forma-