317
Xəzan ömrümüzdə ilk bahar oldun,
Hacehin sözünü dinləmərik biz.
Qəm çəkmək işində bizə yar oldun,
Nə qədər dərd olsa, incimərik biz.
Babam, yetməsən də nazlı yara sən,
Sevən ürəklərə nur ələmisən.
Qoşun çəkməsən də bir diyara sən
Dünyanı sözünlə fəth eləmisən.
Sağ ol, bəxtiyaram şeirin, sözünlə,
Hər misran qəlbimi nura bələdi.
Tale gözəlləri sənin gözünlə
Görməyi mənə də qismət elədi..
Rafiq Yusifoğlunu oxucuya sevdirən cəhətlərdən biri də
onun səmimiliyi, şeirə, sənətə olan tələbkarlığı, fikrinin, sözü-
nün özünəməxsuzluğu və ifadə vasitələrinin, xüsusən də şeirə
gözəllik və bədiilik gətirən poetik deyimlərin yerli-yerində ol-
ması, misralar arasındakı məntiqi əlaqələrin və poetik yüklərin
bir-birini tamamlamasındadır:
Gözlərin bulaq tək durudur,duru,
Ürəyim saçında kəməndə düşüb.
Qəlbimə sənətin ecazkar nuru
Bəlkə sən dünyaya gələndə düşüb?
Rafiq Yusifoğlu saf, təmiz, bülllur hisslərlə yaşayır. Allahın
ona bəxş etdiyi ilham çeşməsindən hamıya pay verə-verə ömür
sürməyi, hamını şad, firəvan görməyi arzulayır. Cəmiyyətdə bu
gözəl arzuların qarşısına sədd çəkənləri, xalqı, ölkəni cəhalətə
sürükləyənləri görəndə sakit dayana bilmir. Mizan-tərəzinin
pozulması onu hövsələdən çıxardır:
318
Bu da bir yarışdı düşüb bəhsəbəhs,
Ey xalqım, sən dostu, düşməni tanı.
Bu gün “Şirvan” verib imza alan kəs,
Sabah sata bilər Azərbaycanı.
Qoymayın düşməni bizə gülməyə,
Nadanlar millətə qəbir qazacaq.
Adını, sözünü yaza bilməyən
Xalqın taleyini necə yazacaq?
Kövrək duyğular, saf, təmiz sevgi-məhəbbət şairimiz Rafiq
Yusifoğlunun da ata ocağı düşmən tapdağında inləyir. Ölkəmiz-
də nadanların, burnunun ucundan uzağı görə bilməyən, əqidəsi-
məsləki “kimdən alım, necə alım?” olan, yaltaq, xudpəsənd, an-
caq öz qarnı haqqında fikirləşən vətən xainlərinin günahı ucba-
tından yağılara yurd-yuva olan vətənimizin ağrı-acıları bir xən-
cər kimi sancılır şairin ürəyinə:
Ciyərimdə qövr edir kəkotunun qoxusu,
Dərd oynayır gözümdə alovlu şimşək kimi.
Bu dağları, düzləri itirməyin qorxusu
Ürəyimin başında böyüyür xərcəng kimi.
Böyük rus tənqidçisi Belinskinin belə bir kəlamı var: “Mən
həyatı poeziyadakı kimi görmək istərdim”.
Gün o gün olsun ki, şair dostum Rafiq Yusifoğlunun ürəyin-
də böyüyən vətən ağrıları böyük sevinclərlə əvəz olunsun və o
bizi həyata, yaşamağa çağıran yeni-yeni əsərlərlə sevindirsin...
Şair özü demişkən:
Toxum cücərdənlər çoxdu dünyada,
Mənə daş göyərdən ürək gərəkdi...
***
319
ONU QOYMAYIN TƏKLƏNƏ
Ömrümün ixtiyar çagında, ayaqlarımın az qala bir birinə
dolaşan, əllərimin titrəməyə meyli artan, qulaqlarımın eşitmək,
gözlərimin görmək səadətindən uzaqlaşmağı, əvvəlini düşünüb
axırını gətirə bilmədiyim fikirlərimin pərakəndə vaxtlarında ən
ağır dərdlərimin məlhəmi, zülmət gecələrimi dan ulduzu kimi
nurlandıran və ən çətin anlarımda yanımda olan dost haqqında
yazı yazmaq, rəy paylaşmaq necə də çətin və məsuliyyətli bir
işdir!...
Məni dost yanında xəcalət etmə,ilahi!...
“Ey ilham pərisi, varsansa əgər
Bu axşam üstümə qanadını gər!....”
Hərdən mənə elə gəlir ki, fani dediyimiz bu dünya böyük
yaradanın ilhamlı çağlarında yazdığı ən mükəmməl şeiridir. Ən
böyük şair isə elə ulu tanrı özüdür. Onun yazdığı “Dünya” adlı
şeirdə təkrarçılığa yol verilməyib. Ağaclar, yarpaqlar, quşlar,
daşlar, illər, fəsillər, çaylar, dənizlər, insanlar, hətta insan
barmaqlarının izləri də biri digərinin təkrarı deyil. Bir-birinin
bənzərini, oxşarını tapmaq mümkün olsa da, bir-birinin eyni,
təkrarı olan heç nə yoxdur:
Bir yerdə dayanıb durarmı zaman,
Təkrarı olarmı bu şən günlərin.
Ömür ağacının budaqlarından
Gündə bir yarpağı düşən günlərin.
Haçansa oxumuşam: adını unutduğum bir rəssam 10 il göy-
dən yağan qar dənəciklərinin şəklini çəkib və o da bu qənaətə
gəlib ki, qar dənəcikləri də bir-birinin təkrarı deyil. Əgər
320
belədirsə deməli haqqında yazmaq istədiyim Hacı Cəfər həki-
min də təkrarı heç vaxt yaranmayacaq....
Onda vay Hacı Cəfər kimi təmmənnasız həkimləri, xeyriyyə-
çi insanları, müdrik ağsaqqalları olmayan dünyaların halına!....
Mən Hacı Cəfər Quliyevlə qırx ildən çoxdur ki, dostluq
edirəm. Hələ onun qədər narahat insan görməmişəm. Hacı
Cəfər hər yerdədir: dost məclislərində, hüzr yerlərində, görüş-
lərdə, yubiley tədbirlərində, müzakirə axşamlarında, cərrahiyyə
otağında, yaradıcılıq masasının arxasında.....
Bəzən fikirləşirəm ki, ayə, qardaşım bu qədər qayğıların
öhdəsindən necə gəlir? Hələ üstəlik tədqiqat işləri ilə də məşğul
olur.
Azərbaycanımızın bənzərsiz şairi, şeirləri dillər əzbəri olan
Məmməd Araz haqqında iki sanballı kitab: “Haqqın var,
Məmməd Araz, haqqın var yaşamağa”, “Bu da belə bir
ömürdü”, akademik Rəhim Rəhimovun həyat və fəaliyyətindən
bəhs edən “Ordubaddan doğan günəş”, Sumqayıt səhiyyəsinin
qurucularından biri olan və ömrü boyu həmin sahədə fədakarca-
sına çalışan, işıqlı bir insan, duyğusal bir həkim kimi xatirələri-
mizdən boylanan İzzət Sadıqovdan bəhs edən “Burdan bir
loğman köçdü”, nəhayət uzun illərin müşahidələri və araşdır-
maları nəticəsində ərsəyə gələn “Tüstü də var, ocaq söndürür”
kitablarını göstərmək olar. Hər kitabın özünəməxsus özəllikləri
və səciyyəvi cəhətləri barədə mütəmadi olaraq mətbuat səhifələ-
rində yazılar dərc olunduğundan bunlar haqqında ətraflı söz
açmağa lüzum görmədim..
Hansı rakusdan, hansı aspektdən, hansı yöndən baxırsansa,
Hacı Cəfər həkimin böyüklüyü, təkrarsızlığı gözlərimizin qarşı-
sında canlanır. İnsanın dəyəri, əsl qiyməti onun xalq qarşısın-
dakı əməlləri ilə ölçülür, öz elinə, obasına təmənnasız xidməti,
göz qabağında olan, saymaqla bitib-tükənməyən xeyirxahlıqları,
həmişə insanların çətin günlərində simurq quşu kimi onların
dadına çatan xoş məramlı əməlləri, vətənpərvərlik, dövlətçilik
Dostları ilə paylaş: |