321
idealarına sadiqlik prinsipləri Hacı Cəfəri
namuslu bir vətəndaş, qayğıkeş insan, ka-
mil Hacı kimi gözümüzün qarşısında
canlandırır. El arasında yaxşı deyirlər ki,
xeyirxah insanlar Allahın yer üzündəki
kölgəsidir.
Cəfər həkimi öz xalqına sevdirən
xüsusiyyətlər çoxdur. Ən başlıcası isə o,
öz nəfsini özünə qul etməyi bacarır. Kin,
küdurət, nifrət, paxıllıq, xainlik, həsəd,
qəzəb və qiybət deyilən şeylər Hacı Cəfərdən çox-çox uzaqdır.
Dostluqdan söhbət düşəndə onun adını xüsusi ilə vurğulamaq
lazımdır. Xalqımızın böyük şairi Məmməd Arazla onun arasın-
da olan dostluq münasibətləri hamımızın gözləri qarşısındadır.
Vaxt gələcək ki, bu təmənnasız dostluqdan bəhs edən bədii
əsərlər yaranacaqdır.
Cavanlıq illərimizin ən coşğun və qaynar çağları Hacı
Cəfər həkimin öz əli ilə salıb-becərdiyi bağındakı üzüm çardaq-
larının altında keçib.
Məmməd Arazın adını daşıyan üzümün kölgəsi günortalar,
axşam üstləri bizim düşərgəmiz olardı. Hətta, bəzən 15-20 nəfər
o çardaqların altında dincələrdik. Ələlxüsus da görüşlərdən,
ədəbi-bədii gecələrdən, kitab müzakirələrindən sonra məkanı-
mız Cəfər həkimin bağı olardı. Sanki şeirsevərlər, Məmməd
Araz poeziyasının vurğunları dost bağına yığışmaqdan xüsusi
zövq alardılar. Söhrab Tahir, Zəlimxan Yaqub, Sabir
Rüstəmxanlı, Məmməd İsmayıl, Məmməd Aslan, Əjdər
Xanbabayev, İbrahim Bozyel və başqaları... Hərdən mənə elə
gəlirdi ki, o taylı bu taylı, cənublu- şimallı, qərbli -şərqli bütün
Azərbaycan yığılardı Cəfər həkimin öz əli ilə əkib becərdiyi,
yüksək zövq ilə, səliqə-səhmanla yaratdığı üzüm çardaqlarının
altına. Maraqlısı da o idi ki, bu qədər qonaq-qaradan nə həkimin
322
övladları, nə də ləyaqətli Ləyaqət xanımı zərrə qədər də
inciməzdi..
Təəssüflə qeyd etmək istərdim ki, bütün insanlara ürəyində
sonsuz məhəbbət bəsləyən, hamını sevən, təmənnasız, xahişsiz,
minnətsiz xəstələrin qulluğunda dayanan, heç kəsdən kömək
əlini əsirgəməyən bu nəcib insanı sevməyənlər də tapılardı:
Bir sakit, mehriban dalğasız dəniz,
Gün kimi ləkəsiz, ay kimi təmiz,
Ona dost da əziz, düşmən də əziz,
Sənin bu ürəyin qorxudur məni.
Loğman!-Bağlanmısan bu ülvi ada,
Arxasan, dayaqsan yaxına,yada.
Ayağından çəkən adamlara da
Qardaşım deməyin qorxudur məni.
Həkimsən, heç kəsə yoxdur nifrətin,
Xəstəyə dərmandır sözün, söhbətin.
Hamıya hörmətin qayğın, şəfqətin,
Hamıya köməyin qorxudur məni.
Bəli, hamının yaxşı tanıdığı insan,böyük ümidlərlə üz tut-
duğu loğman haqqında danışmaq o qədər də asan deyil. Cəfər
elə bir şəxsdir ki, onun barəsində hamı danışa bilər. Belə insan-
lar haqqında təzə söz demək, yeni fikir söyləmək xeyli çətindir.
Kimya kombinatının fəhləsi E.Quliyev deyir: Şiddətli mədə
ağrıları məni əldən salmışdı, sağalmağıma zərrə qədər də ümi-
dim yox idi. Xəstəxanaya gətiriləndə həyatdan xəbərsiz idim.
Huşumu itirmişdim. Bu işıqlı həyatı mənə gözəl insan, əsl
loğman Cəfər Quliyev yenidən bəxş etdi...
Şair İbrahim İlyaslı: Etiraf edim ki, Cəfər əmi mənim üçün
millətə, insanlığa, təbiətə, sözə doğmalığıyla daha maraqlı
323
adamdır, nəinki fərdi ünsiyyətə görə. Haqqında qələmə alınmış
publisist yazılarda, ona ünvalanmış şeirlərdə Cəfər əmini xeyir-
xah insan, təmənnasız təbib, millətpərvər mücahid, yurdsevər
vətəndaş, əsl ziyalı, mötəbər ağsaqqal olmağından çox yazılıb.
Və təbii ki, bunların hamısı gün kimi aydın bir həqiqətdir. İş
otağının divarlarına göz gəzdirən istənilən arif adam sorğu-
sualsız onun kim olduğunu anındaca müəyyən edə bilər. O
divarlardakı görüntülər Cəfər əminin mənəvi dünyasının paklı-
ğından, cəmiyyətdəki mövqeyinin dürüstlüyündən, təfəkkürü-
nün bəşəriliyindən, millət sevgisində səmimiliyindən, islamı
dəyərlərə sonsuz məhəbbətindən, bir sözlə, allah bəndəsi olaraq
halallıqdan və özünüdərkdən xəbər verir....
N.Hüseynova: (evdar qadın)- Çox ağır vəziyyətdə Cəfər
həkimin yanına gətirilmişəm. Deyilənlərə görə qaranlıq dün-
yadan bu işıqlı aləmə mənim yenidən qayıtmağım onun sehrli-
möcüzəli cərrah bıçağı sayəsində mümkün olub. Ona görə də
yerdə qalan ömrümü məni təzədən övladlarıma və nəvələrimə
qaytaran Hacı Cəfər həkimə borcluyam.....
Belə rəyləri istənilən qədər artırmaq olar. Məncə Hacı Cəfər
Quliyevin kimliyini, şəxsiyyətini dərindən öyrənmək üçün
zəngin tərcümeyi-halına nəzər salmaq gərəkdir.
Ömrünü işıqlı əməllər, döşünü “Şöhrət” ordeni bəzəyən,
nəfsini özünə qul etməyi bacaran, bütün mükafatlara, təltiflərə,
ödüllərə layiq olan bu nəcib loğmanın 80 yaşı tamam olur.
Milyonlarla insanın sevimlisinə çevrilən Hacı Cəfər həkimi 80
illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona
möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayıram. Xalqı-
mızın böyük və müdrik şairi Məmməd Arazın təbirincə üzümü
Cəfərsevərlərə tutub deyirəm: “Onu qoymayın təklənə!”