309
-Dərdin kədərin hər üzünü görmüş Ələsgər qardaşım özünü
şux tutsun, zarafatından qalmasın, kədərə baş əyməsin!
-Tamara bacım özündən, Qiyasdan və uşaqlardan muğayət
olsun.
-Kamil qardaşımın imkanı olduqca buralara baş çəksin.
-İş yoldaşlarım övladım qədər sevdiyim “Sumqayıtı”ı yaşat-
sınlar.
-Çərkəz baxsın də, görsün neyləyir...
Ayrılırıq, Kamran da daha əbədi olaraq Şərqiyyə xanımın-
doğma anasının yanında, yaxın dostu-ona “Veysəlli” təxəllü-
sünü verən Novruz qardaşımızın qonşuluğunda gecələməli ola-
caq.. Ayrılırıq, qəbristanlıqda həyat nəğmələri oxuyan küknar
ağaclarının budaqları titrəyir. Qanrılıb geriyə baxıram. Üstü
qərənfillərlə bəzənmiş təzə qəbirlə vidalaşmaq istəyirəm:
“Vida” bircə sözdü, bircə kəlmədi,
Nə oldu, köksümdə susdumu ürək?!
“Əlvida” deməyə dilim gəlmədi,
Bir söz pıçıldadım: “Görüşənədək”!..
07 fevral, 2007-ci il
310
ƏSGƏR EYVAZOĞLU HAQQINDA BİR NEÇƏ SÖZ
Adına gənclik şəhəri deyilən, Xəzərin sahillərində qurub-
yaradan insanların ərsəyə gətirdikləri Sumqayıt şəhərinə hərə-
miz bir bölgədən pənah gətirmişik. Qubadlıdan, Füzulidən,
Lerikdən, Lənkərandan, Qubadan, Qusardan və s.və i.
Qaynar vaxtlarımız idi. Sumqayıt şəhərinin mədəni həya-
tında yaxından iştirak edərdik..
Ədəbi-bədii axşamlar, kitab müzakirələri, sual-cavab gecə-
ləri, kitabxanalarda, klublarda, fəhlə yataqxanalarında, ayrı-ayrı
məhəllələrdə keçirilən müxtəlif görüşlər, özfəaliyyət kollektiv-
lərinin rəngarəng çıxışları bizi heç darıxmağa qoymazdı.
Belə görüşlərdən birində Əsgər Eyvazoğlu ilə tanışlığımız
başladı. Çox çəkmədi ki, bu tanışlıq bizim aramızda dostluq
münasibətlərinin yaranmasına səbəb oldu.
Əsgəri bizlərdən fərqləndirən bir neçə xüsusiyyətini qeyd
etmək yerinə düşər: gözəl saz çalar, oxuyar, hətta bəzən nəğ-
mələr də bəstələyərdi. Toy məclislərində aparıcılıq edərdi. Onda
olan güclü yumor hissi, zarafat etmək qabiliyyəti, qayğı göstər-
mək bacarığı, insanlarla tez təmas qurmağa xidmət edərdi.
Sadəliyi, alicənablığı, yurd- millətsevərliyi, dostcanlığı ilə bizi
özünə bağlayardı Əsgər Eyvazoğlu. Əlinə pul düşən kimi dost-
ları tapardı. Yeyib-içməyə, şənlənməyə meyilli olduğundan
həmişə gülərüz idi.
Əsgər Eyvazoğlu öz köhnə “Moskviç”i ilə bəlkə də bütün
Azərbaycanı gəzər, eşitdiyi təzə əhvalatları, keçirdiyi görüşləri
böyük həvəslə danışar, məzəli söhbətlər əsnasında şaqqanaq
çəkib gülərdi. Qəribə, özünəməxsus şeir oxumağı vardı. Səsi
hələ də qulağımdadır.
...Əsgəri bəsləyən bir cüt anadır:
Biri kəndimizdir, biri Sumqayıt”.
311
Aşıq Şakirin yaradıcılığına xüsusi rəğbət bəsləyən Əsgər
Eyvazoğlu tez-tez onun mahnılarından, ifaçılıq bacarığından
söhbət açar, hətta radio verlişlərində Aşıq Şakir peşəkarlığın-
dan, onun yaradıcılığının bəzi məziyyətlərindən söhbət açar,
geniş dinləyici auditoriyası qarşısında öz təəssüratlarını payla-
şardı. O, Aşıq Şakirə olan böyük məhəbbətinin bariz forması
olaraq, dünyaya göz açan bacısı oğlunun adını da Şakir qoy-
muşdu. Yeri gəlmişkən deməliyəm ki, Əsgərin bacısı oğlu Şakir
də dayısının etimadını layiqincə doğrultmağa çalışır..
Heç yadımdan çıxmaz: 9-cu mikrorayonda ev kirayələmiş-
dik. 12 illik həsrətdən sonra bir qızımız olmuşdu. Bu xəbəri
eşidən kimi Əsgər bizə gəlmiş və bizi ilk təbrik edənlərdən biri
o idi.
Kirayəşin yaşadığımız ev qəbristanlıqla üzbəüz dayanmışdı.
Bundan əvvəlki halalca mənzilimiz isə dəniz qırağında 30-cu
məhəllədə idi. O vaxt hələ dünyaya gələcək övladlarım haqqın-
da şeirlər yazardım. O şeirlərdən birində belə misralar var idi:
Dost-tanış yanında ünvanım, adım,
Üfüqlər də mənə yaxındır, yaxın.
Dəniz kənarında xoşbəxt olmadım,
Xoşbəxtəm yanında qəbristanlığın.
Bu misraları sanki pıçıltıyla söyləyən Əsgər, “Həyat çox
mürəkkəbdir”-dedi. Cavab verdim-bəli, qələmini batır, yaz.
Bundan sonra Əsgərlə hər görüşümüzdə, “Həyat çox mürəkkəb-
dir, qələmini batır, yaz.” fikrini təkrarlayardı...
Təzə şeir yazan kimi yanıma gələrdi, şeirini oxuyar, fikrimi
öyrənərdi.Yazdığı yazıların üstündə dönə-dönə işləməkdən
yorulmazdı. O, çox mehriban, qayğıkeş, zəhmətsever bir insan
idi.
Bir müddət görünmədi. Xeyli nigaran qaldıq..
312
Eşitdik ki, başında cərrahiyyə əməliyyatı aparılıb.Yaxın dos-
tum, yazıçı-jurnalist Feyzi Mustafayevlə Əsgərin yaşadığı ün-
vana yollandıq. Həyat yoldaşı çox böyük mehribanlıqla qapını
açıb bizi evə dəvət etdi. Əsgər bizi görən kimi sevincindən nə
edəcəyini bilmirdi. Gah saz çalır, gah da ki, “Şirvan şikəstəsi”
üstündə oxuyurdu. İki daşın arasında kabab bişirtdirib bizi
qonaq etmək hardan gəldi ağlına?! Nə illah etdiksə də bizi
buraxmadı. Kitab rəfindən, səliqə ilə düzülmüş kitabların arxa-
sından orijinal bir “şüşə” də çıxartdı. Həkimin qadağasına
əhəmiyyət vermədən bizi şənləndirməyə başladı. Nə qədər
çalışsaq da onu öz inadından döndərə bilmədik ki, bilmədik..
Sinəsi həyat eşqi ilə çağlayan Əsgər Eyvazoğlu ilə son
görüşə də mərhum Feyzi ilə gəlmişdik. Həyətlərində böyük
izdiham var idi. Əsgəri əbədi olaraq öz doğma kəndlərinə apar-
maq üçün hazırlıq işləri gedirdi..
Əsgərin müəllim yoldaşları, dərs dediyi şagirdlər, şair dost-
ları, bütün Sumqayıt orada idi... Onu apardılar... Arxasınca
xeyli addımladıq... Hardasa lap uzaqlarda, əlimiz çatmayan,
ünümüz yetməyən başı ağ çalmalı dağlar görünürdü... Əsgər
Eyvazoğlunu bağrına basıb, doğma anasayağı qucaqlamaq
istəyən dağlar:
Yada düşər ötən çağlar,
İçimdə bir kaman ağlar.
Üzü bəri baxan dağlar,
Mənim sizdə nəyim qaldı?!
13-16 iyun, 2009-cu il
Dostları ilə paylaş: |