372
Dərdi bal arısı-qəlbi pətəkdi,
Şair dərd çəkdikcə, dərdi kef çəkir.
Bax, beləcə “kef çəkən” dərdin şirinliyi şairin yaradıcılığı
boyu onun sinəsindən asılır, bu dərdin “qan dolu badəsinə”
sanki misralar da tab gətirmir. Şair dünyanın ən uzun körpüsün-
dən keçib doğma kəndinə gedə bilmir. “Boş beşiyin lay-
lası”ndan bədii-fəlsəfi ümumiləşdirilmə, dərd yüklü günlərimizi
məntiqlə dərk etmək poetik ovqatın təsdiqinə çevrilir. Obrazlı
sözün gücü ilə şair hadisəni yox, predmeti oxucuya təqdim
etməklə onun mahiyyətini aça bilir.
Şəhid məzarında yatan əsgərin,
Bəlkə Xocalıda qıçı göynəyir.
-deyən şair, öz poetik qənaətini- “Toyda bir qız oynayır”
poemasında daha da ümumiləşdirərək oxucunu faciənin böyük-
lüyü qarşısında mat qoyur.
Ə.Veysəllinin poeziyasında tərənnüm, təsvir, fikir birləşərək
poetik obrazın bütövlüyünə xidmət edir. Bu poetik gözəllik
təbiətin özü kimi duru və təmizdir. “Gəlmə hələ” şeirində oldu-
ğu kimi. Bu şeiri oxuyandan sonra insanın ürəyində işıqlı duy-
ğular oyanır. Bu duyğuların səmimiliyi, təsvir və düşüncə tərzi-
nin özünəməxsusuluğu, obrazlılığı sözün üslubu-poetik funksi-
yası ilə qırılmaz bir vəhdət təşkil edir.
Ə.Veysəlli şeirlərində diqqəti cəlb edən cəhətlərdən biri də
poetik üslubun publisistik üslubla birləşərək yaratdığı ideyanın
birbaşa deyim tərzidir. Şair insan talelərinin, onların daxili-
mənəvi dünyalarının incəliklərindən söhbət açarkən özünün gö-
rüb müşahidə etdiklərini sözün sığalına gətirir. Bəzən onun köv-
rək duyğuları sərtləşir, öz soydaşlarının taleyi üçün narahatlıq
keçirən şair bugünümüzün biganəliyinə qarşı üsyankar bir ruhla
dolub boşalır, ürəyini göynədən hisslər dilində göyərir:
373
Min ildir qayalar belə lal durur,
Cavabı olmayan min sual durur.
Göylərə əl açır fəryad dolu yer
Dünən Xiyabanda bir ana gördüm,
Şəhid məzarını qucub qaldırır-
Dur, oğlum, dur mənə çörək pulu ver!..
“Dünya düzəlmir ki, düzəlmir, baba!”
Ə.Veysəlli şeirlərinin birində “Sözdür mənim taleyimə
açılan qapı”-deyir. Tək bircə bu misranın arxasında böyük,
sehirli bir dünya durur-Əşrəf Veysəllinin poetik dünyası. Bu
dünyanı o, özü kimi duyub düşünür, özünün qavradığı kimi
poetikləşdirir. Şairin poetik dünyasına açılan bu yollar doğma
Azərbaycanımızın təkrarolunmaz gözəlliklərindən başlanır. Və
bu başlanğıc onun duyğuları ilə birləşərək oxucunu gözəlliyə,
sevgiyə, azadlığa aparan yollara çevrilir. Bu yolların gözəllik və
fikir təzadları XXİ əsrin ilk ilini yaşayan insanın qorxu-
səksəkəsini ötüb keçir, “mənzil başında ürəyi isidən ümid yer-
ləri” görünür. Bu ümid yerləri şairin söz tanrısı ilə baş-başa qal-
dığı yerlərdir. Bu yerlər Əşrəf Veysəllinin iç dünyasına hoparaq
şeiri, şeiriyyəti anlayanlara poetik sözün möcüzələrini pıçıl-
dayır.
AVTANDİL AĞBABA
Sumqayıt Dövlət Universiteti
Filologiya fakültəsinin prorektoru,
“Mədəniyyət” qəzeti
374
ŞAİR ALOV KİMİ, ATƏŞ KİMİDİR...
Bu günlərdə şair Əşrəf
Veysəllinin 71 yaşı tamam ola-
caq. 50, 60 və 70 illik yubileyləri
yaşadığı Sumqayıt şəhərində
layiqincə qeyd edilsə də, mən -
onun yaxın qonşusu, yaradıcılı-
ğını diqqətlə izləyən oxucusu,
tez-tez hörmət-izzətlə görüşdü-
yü qələmdaşı-nədənsə bu tədbir-
lərin heç birində iştirak etmə-
mişəm. Yenicə çapdan çıxmış
“Ürəyim Allah evidir” şeirlər
kitabı əlimə keçəndə, bir çoxunu əzbərdən bildiyim əsərlərini
yenidən oxuyanda düşündüm ki, şair dostumun olmadığım
yubileylərində haqqında söyləyə biləcəklərimi qələmə almaq
üçün fürsətdir.
Əşrəf Veysəllinin “Qayğı” (1972), “Təki səni duyan olsun”
(1984), “Ayrılığın üzü dönsün” (1998), “Bu dünya belə
qalmaz” (2000), “İki dostun bir ürəyi” (2001) adlı şeirlər kitab-
larından sonra çap etdirdiyi son toplusunun onun şair ömrünün
hesabatı kimi də dəyənləndirmək olar. Kitabda şairin bir növ
seçilmiş əsərləri toplanıb.
Onu 40 ilə yaxındır ki, tanıyıram. 70-80-ci illərdə Sumqa-
yıtda keçirilən gurultulu poeziya gecələrinin, ədəbi-bədii tədbir-
lərin gözü idi Əşrəf Veysəlli. Biz gənclər onu sevidrik. Poetik
təfəkkürünə, şirin dilinə həsəd aparırdıq, heyran qalırdıq, müs-
bət enerji alırdıq onun yaradıcılığından. Rəsul Rza, Süleyman
Rüstəm, Xəlil Rza Ulutürk, Məmməd Araz, Əli Kərim və bu
yaxınlarda haqq dünyasına qovuşmuş Bəxtiyar Vahabzadənin
şeirlərinə yüksək qiymət verdikləri Əşrəf Veysəllinin “Allah
evi”nin qapısı “Söz” ilə açılır:
375
Sözdür mənim gözlərimə süzülən ziya,
Sözdür mənim taleyimə açılan qapı.
Şairin oxucularını qonaq etdiyi “söz süfrəsi” yetərincə dadlı,
duzlu, şirin və məzəlidir, örnəklərlə doludur. Çoxdan oxuyub
sevdiyim, neçə-neçə gözəl şeiri ilə “Allah evi”ndə yenidən
görüşməyimdən məmnun qaldım. “Boş beşiyin laylası”, “Sür
dərəyə”, “Düşübdür”, “Toxunan yeri”, “Bir bina”, “Tumarlı
kişilər”, “Köçdün qonşu kəndə”, “Ayrılıqdan on gün əvvəl... və
sonra”, “Təndir”, “Yarımçıq qalmış dərs haqqında ballada”,
“Səadət”, “Qaytara bilsəniz”, “Məni qoymayın təklənəm”, “Əli
Kərimin kiçik oğlu Orxan”, “Bir gecəlik ayrılıq”, “Şairlər
çoxalır” və başqa şeirlərin hər biri könlümün bağçasında titrə-
yən ətirli bir çiçəkdir. Bu əsərlərdə Vətən məhəbbəti, sevgi
duyğuları, insanın mənəviyyatı, sevinci, kədəri yüksək poetik
dillə, qibtə ediləcək obrazlı tərzdə qələmə alınıb. Oxuduqca
duyğulanır, istedadın ilhamlı ifadəsinə heyrət edirsən. Düşünür-
sən ki, şairlərin çoxaldığı, bəzən də bu çoxalmanın ifrata dön-
düyü, narahatlıq yaratdığı, sözün “ucuzlaşdığı”hazırkı vaxtında
nə yaxşı ki, Əşrəf Veysəlli kimi hücrəsinə çəkilib, qələminə
fəhləlik eləyən, böyük ədəbiyyatın təəssübünü çəkən əsl qələm
sahibləri də var. Əşrəf şairlərin çoxalmasını da hamıdan fərqli
olaraq təqdir edə bilir:
Şairlər çoxalır, nə eybi var ki,
Bu sevinc heç kəsi dərdə salmasın.
Şairlər çoxalır, çoxalsın, təki,
Təki şeirimizdən od azalmasın.
O, əsl şairin dərdini bal arısına, qəlbini isə pətəyə bənzədir:
Dərdi-bal arısı, qəlbi pətəkdi,
Şair dərd çəkdikcə, dərdi kef çəkir.
Dostları ilə paylaş: |