Ôèðèäóí áÿé Êþ÷ÿðëè
42
***
Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan
ölüb itməz, amma dilini alsan fot olar, ondan bir nişan qalmaz.
***
Azərbaycan türklərinin Sədisi, Hafizi, Şekspiri yoxdur, ancaq
onun Vaqif, Vidadi, Nəbati, S.Ə.Şirvani kimi əvəzsiz şairləri var.
Həmin şairlərin min bir əziyyətlə yazdığı əsərlər itib-bat-
maqdadır. Bunları toplayıb nəslə çatdırmaq lazımdır.
***
Sadəlik, təbiilik və real həyata yaxınlıq Məmmədquluzadə
hekayələrinin əsas məziyyətidir. Hər şeydən görünür ki, müəllif
öz xalqının həyatını və dünyagörüşünü yaxşı bilir və incə müşa-
hidə qabiliyyətinə malikdir. Onun bilavasitə həyatdan götürülmüş
hekayələri boş fantaziyanın məhsulu deyildir. Məmmədquluza-
dənin başqa bir məziyyəti də onun müşahidə etdiyi həyatı canlı və
anlaşıqlı dil ilə Şərq yumorunun aydın xüsusiyyətləri ilə verə
bilməsidir ki, bu da oxucunun nəzərini hər şeydən çox cəlb edir.
***
F.B.Köçərli M.Füzulinin “Leyli və Məcnun” əsəri haqqında
yazır... Füzuli özü türk (azərbaycanlı-A.A.) oğlu olmağina görə
öz ana dilini artıq sevib də ona rövnəq verməyi baş vəzifələrdən
birisi hesab edərmiş... və həqiqətdə demək olar ki, türk dilinə röv-
nəq verən, onu xar və xasakdan təmizləyib bir göyçək və səfalı
çəmənə bənzədən Füzuli olubdur və bununla biz türklərin üstündə
sərfi-himmət və qeyrət göstərdiyini şair özü bir məqamda belə
bəyan edir:
Ol səbəbdən farisi ləfzilə çoxdur nəzm kim,
Həzmi-nazik türkü ləfzilə ikən dişvar olur.
Ləhceyn-türkü qəbuli-nəzm tərkib eyləsə,
Əksərən əlfazi, namərbut,nahəmvar olur.
Bəndə tofiq olsa bu dişvari asan eylərəm,
Novbəhər olğac dikəndən bərgi-gül izhar olur.
Áèáëèîãðàôèéà
43
Görkəmli şəxsiyyətlər
Firidun bəy Köçərli haqqında
Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının tarixi inkişaf
yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratmış və çox-
cəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə
mühüm töhfələr vermişdir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Düz 20 il bundan müqəddəm, mən “Nadanlığ”ı yazıb mey-
dana buraxdım. Məşhur mühərrirlərimizdən biri, rəfiqimiz Firi-
dun bəy Köçərli “Nadanlığ”ı rus dilində tənqid etdi, yaramaz bir
şey hesab edib yazanını, yəni məni lazımınca çubuqladı. Oxuyan
deyirdi: “Nadanlığ”ı yazan daha əlinə qələm gərək götürməsin. Fə-
qət onun çubuqlamağı “Nadir şah”ın meydana gəlməsinə səbəb oldu.
Nəriman Nərimanov,
ictimai-siyasi xadim, yazıçı,
dramaturq, publisist
Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının tədqiqiylə ye-
ganə məşğul bulunan
qiymətdar bir mühərrir, müəllim və alim idi.
Məmməd Əmin Rəsulzadə,
görkəmli ictimai-siyasi xadim, yazıçı
Firidun bəyin təkcə bir müəllim kimi deyil, həm də öz
xalqının ədəbiyyatını sevən alovlu vətəndaş kimi Azərbaycan
ədəbiyyatını təbliğ etməsi mənim qəlbimdə nəcib hisslər oyadırdı.
Firidun bəy haqqında hamı belə fikirdə idi ki, o son dərəcə böyük
adamdır. Böyüklüyü də ondadır ki, doğulduğu torpağa, mənsub
olduğu xalqa – onun ədəbiyyatına ideal dərəcədə sadiqdir.
Əli Səbri Qasımov,
keçmiş seminarist, yazıçı-jurnalist
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
44
Firidun bəy
Köçərli ən müqtədir, ən sevgili ədiblərimizdən
biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaqla bütün keçmişimizi
diriltdi. Şairlərimizin ülvi ruhlarını canlandırdı və həyati-
fikriyyəmizi təbii yoluna saldı.
Çox heyif ki, Firidun bəy həzrətlərinin çox az əsərləri oxu-
culara mal oldu. Ən guzidəsi “Azərbaycan türklərinin ədəbiyyat
tarixi” hələ təb olunmayıb qalır. Bu kitabı şərqşünas bir əcnəbi
yazsa idi Avropada onun ilə böyük ad qazanardı. Görəsən bəs
bizim aramızda Firidun bəy Köçərli cənabları kimi adamların
əmələ gəlməsini niyə şux və həvəs ilə qarşılamırıq?
Yusif Vəzir Çəmənzəminli,
ədəbiyyatşünas, yazıçı
Firidun bəyin ədəbiyyat tədqiqatı Azərbaycan ədəbiyyatşü-
naslığı üçün çox qiymətli və tarixi xidmətdir. Onun sayəsində
qədim dövrün bir çox şairləri və əsərləri meydana çıxarılıb xalqa
tanıdılmışdır. Yenə onun tədqiqatı sayəsində böyük-kiçik Azər-
baycan şairləri haqqında, vaxtında ilk təsəvvür hasil edilmişdir.
Onun əsərləri uzun illər qədim ədəbiyyat tarixçiləri üçün mənbə
və vəsait olmuşdur.
***
Bir institutun görə bilmədiyi işi F.B.Köçərli təkbaşına gör-
müşdür.
Mir Cəlal,
yazıçı-ədəbiyyatşünas
O, çoxcəhətli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında rea-
lizmin, demokratik ideyaların inkişafına və yayılmasına çalışmış,
Axundov ənənələrinin mübariz, fəal təbliğatçılarından olmuşdur.
Firidun bəy Köçərli ədəbiyyat tarixi yaratmaq işinə son
dərəcə ciddi yanaşmış, onun bir sıra prinsiplərini doğru dərk
etmişdir. Odur ki, “Azərbaycan türklərinin ədəbiyyatı” kitabını
Áèáëèîãðàôèéà
45
“material” hesab edənlər, onun elmi mahiyyət daşımadığını iddia
edənlər ciddi səhv edirlər.
Kamal Talıbzadə,
akademik, ədəbiyyatşünas-alim
Azərbaycan ədəbiyyatşünaslığını elm səviyyəsinə çatdırmaq
vəzifəsini böyük məsuliyyətlə və şərəflə Firidun bəy Köçərli
həyata keçirmiş və ədəbiyyatşünaslıq elminin tarixinə ilk ədə-
biyyat tarixinin yaradıcısı kimi daxil olmuşdur. Görkəmli elm
xadimi Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi
materialları” adlı iki cildlik sanballı əsəri ilə ölkəmizdə sistemli
ədəbiyyat tarixçiliyi yaratmaq ənənəsinin möhkəm bünövrəsi qo-
yulmuşdur. Çoxcəhətli elmi-pedaqoji fəaliyyətə malik olan Firi-
dun bəy Köçərlinin monoqrafik tədqiqatları, məqalələri, publisis-
tikası və tərcümələri Azərbaycan ədəbiyyatşünaslığının ədəbi-
mədəni əlaqələrinin formalaşmasına sanballı töhfədir.
İsa Həbibbəyli,
AMEA-nın həqiqi üzvü
Ədəbi ictimaiyyətimizin Köçərli yaradıcılığı ilə yaxından
maraqlanması tamamilə təbiidir. Çünki XIX əsrin sonu, XX əsrin
birinci rübündə geniş ədəbi, ictimai, elmi-pedaqoji fəaliyyət gös-
tərmiş Köçərlinin zəngin irsi ədəbiyyatımızın həmin dövrü haq-
qında geniş təsəvvür yarada bilən qiymətli mənbələrdəndir.
Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatşünaslığı tarixində ilk
dəfə olaraq ədib və şairlərimizin böyük bir qismini əhatə edən
ədəbiyyat tarixini yazmışdır. Bu əsərdə 129 şairin ədəbi irsi və
onlardan böyük bir qisminin tərcümeyi-halı verilmiş, əsərləri
haqqında orijinal fikirlər söylənmişdir.
Firidun bəy Köçərlinin həm tənqidi məqalələrində, həm də
tədqiqatçılıq fəaliyyətində bariz şəkildə nəzərə çarpan xüsusiyyət-
lərdən biri və demək olar ki, ən başlıcası, onun müasirlik prob-
lemini həmişə diqqət mərkəzində saxlamasıdır.
Bəkir Nəbiyev,
AMEA-nın həqiqi üzvü