Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə31/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   93

65 
 
imkanları olan məktəblərdə dərsin bu mərhələsi müəllimin əvvəlcədən hazırladığı materiallar 
əsasında “Promethean”, yaxud “Mimio Studio” proqramlarında oyun tipində keçirilə bilər.  
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
İzahe
tm
ə 
İki müxtəlif yarımke-
çirici kristalda kon-
takt elektrik keçirici-
liyinin fiziki mexa-
nizmini müəllimin 
köməyi ilə izah edir. 
İki müxtəlif yarımke-
çirici kristalda kon-
takt elektrik keçirici-
liyinin fiziki mexa-
nizmini çətinliklə 
izah edir. 
İki müxtəlif yarımke-
çirici kristalda kon-
takt elektrik keçirici-
liyinin fiziki mexa-
nizmini qismən  izah 
edir. 
İki müxtəlif yarımke-
çirici kristalda kon-
takt elektrik keçirici-
liyinin fiziki mexa-
nizmini düzgün  izah 
edir. 

rql
əndir
m
ə 
Yarımkeçirici diodun 
quruluş və iş prinsipi-
ni şərh edir, onu üs-
tünlüklərinə görə va-
kuum diodundan səhv 
fərqləndirir. 
Yarımkeçirici diodun 
quruluş və iş prinsipi-
ni şərh edir, onu üs-
tünlüklərinə görə va-
kuum diodundan az 
səhvə yol verməklə 
fərqləndirir. 
Yarımkeçirici diodun 
quruluş və iş prinsipi-
ni şərh edir, onu üs-
tünlüklərinə görə va-
kuum diodundan əsa-
sən fərqləndirir. 
Yarımkeçirici diodun 
quruluş və iş prinsipi-
ni şərh edir, onu üs-
tünlüklərinə görə va-
kuum diodundan də-
qiq və tam fərqləndi-
rir. 
 
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur. 
 
 
 
Dərs 15/ Mövzu: 
YARIMKEÇİRİCİ CİHAZLAR 
Maraqoyatma mövzuda verilən mətndəki məlumat və suallarla başlanıla bilər (A bloku). 
Yaxşı olar ki, bu suallara aşağıdakılar da əlavə edilsin: 
– Nə üçün yarımkeçiricilərə  tərif verdikdə deyilir ki, “Yarımkeçiricilər – xassəsi xarici 
təsirlərə həssas olan maddələrdir”? 
– Yarımkeçiricilər hansı xarici təsirlərə həssasdır? 
– Yarımkeçiricilərin belə xassəsi ona digər keçiricilərlə müqayisədə hansı üstünlüklər verir?  
Tədricən tədqiqat sualı formalaşır.  
Tədqiqat sualı:
  Yarımkeçiricilərin xassəsinin xarici təsirlərə  həssaslığı insanlar üçün 
nədə faydalı ola bilər? 
Bu mərhələdə “Elektrik dövrəsində cərəyan şiddətini dəyişən yarımkeçirici” araşdırması 
icra olunur (B bloku). Məqsəd yarımkeçiricinin xüsusi müqavimətinin işığın təsiri ilə necə 
dəyişdiyini müşahidə etməkdir. Bu məqsədlə təcrübə “Yarımkeçirici cihazlar” dəstindən gö-
türülmüş fotorezistorla icra edilir. Adətən fizika kabinetində bu dəstdən bir ədəd olduğundan 
təcrübə nümayiş şəklində icra olunur. Şagirdlərin bilavasitə iştirakını təmin etmək üçün hər 
sıradan bir şagird nümayiş masasına dəvət oluna bilər. 
Araşdırmanın nəticəsi müzakirə olunduqdan sonra növbəti mərhələdə  dərs materialının 
nəzəri hissəsi öyrənilir. Dərs materialının məzmununa uyğun olaraq mərhələnin “Ziqzaq” 
metodu ilə həyata keçirilməsi daha yaxşı effekt verir. Bunun üçün şagirdlər 4 “doğma” qrupa 
Alt 
STANDARTLAR 
2.1.3. Maddəni quruluşuna və xassələrinə görə təsnif edir. 
3.1.1. Elektromaqnit (maqnit və  işıq), atom və nüvə hadisələrinə uyğun 
cihazlardan istifadə edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 Müxtəlif yarımkeçirici cihazları quruluş və iş prinsipinə görə təsnif edir. 
 Yarımkeçirici cihazların tətbiq etməklə sadə təcrübələr aparır. 


66 
 
bölünür, sonra isə onlardan 4 “ekspert” qrupu yaradılır. “Ekspert” qruplarına aşağıdakı 
tapşırıq verilir: 
1-ci ekspert qrupu: Termistorun quruluş və iş prinsipi. 
2-ci ekspert qrupu: Fotorezistorun quruluş və iş prinsipi. 
3-cü ekspert qrupu: Termoelementin quruluş və iş prinsipi. 
4-cü ekspert qrupu: Fotoelementin quruluş və iş prinsipi. 
Ekspert qrupu fəaliyyətini tamamlayır, “doğma” qruplarına qayıdır və hər bir ekspert öy-
rəndiyi yarımkeçirici cihazın quruluş və iş prinsipi haqqında qrup üzvlərinə ətraflı məlumat 
verir. 
Müəllim lövhədə dörd dairədən ibarət sadə Venn diaqramı çəkir, hər yarımkeçirici cihaz 
üzrə “ekspertlər” mənimsədikləri məlumatı uyğun dairədə yazır, bütün sinif isə bu cihazların 
quruluş və iş prinsipindəki ümümi xüsusiyyətləri müəyyənləşdirir və diaqramı tamamlayır. 
Tövsiyə. Müəllim əlavə olaraq belə bir məlumat verə bilər: ilk baxışdan deyə bilərsiniz: 
“Burada nə qeyri-adilik var ki, yarımkeçiricini qızdırdıqda (və ya işıqlandırdıqda) metal 
naqilə, soyutduqda isə dielektrikə çeviririk. Olmaz ki, bizə kiçik müqavimətli material lazım 
olduqda metal naqil, böyük müqavimətli material lazım olduqda isə dielektrikdən istifadə 
olunsun?”  
Məsələ burasındadır ki, bütün elektron qurğuları üçün naqilin hansı müqavimətə malik 
olmasının əhəmiyyəti yoxdur, onlar üçün əhəmiyyətli naqilin xarici təsirlərə nə dərəcədə həs-
sas olmasıdır. Yalnız yarımkeçirici cihazlar xarici 
şəraitin dəyişməsinə  dərhal reaksiya göstərərək öz 
müqavimətini və deməli, elektrik sxemlərindəki cərə-
yan şiddətini dəyişə bilir. 
Yarımkeçirici cihazların bu keyfiyyəti müxtəlif 
qurğuların avtomatik olaraq işə salınmasını  və ya 
elektrik sistemindən açılmasını təmin edir. Bu zaman 
sadə yarımkeçirici termorelenin sxemi və  iş pinsipi 
nümayiş oluna bilər. Belə termoreledən, demək olar, 
bütün müasir elektrik məişət cihazlarında istifadə 
olunur, məsələn, o, mikrodalğalı sobada lazımi tempe-
ratur dərəcəsinin alındığını işarə edib sobanı avtoma-
tik cərəyan mənbəyindən ayırır. Sobada temperatur 
lazımi həddə çatmadıqda (temperatur aşağı olduqda), 
1 termistoru dövrədən zəif elektrik cərəyanı buraxır, 
bu cərəyan isə 2 elektromaqnit relesinin işə düşməsinə 
yetərli olmur. Sobadakı temperatur qabaqcadan təyin 
olunmuş dərəcəyə çatdıqda termorezistor elektromaq-
nit relenin işə düşməsinə kifayət edəcək miqdarda cə-
rəyan buraxır. Nəticədə rele açılır, 3 açarı  sıxılır, 
elektrik zənginin qoşulduğu dövrədən cərəyan keçir və 
4 zəng siqnalı çalınır (şəkil 1). 
Müəllim dərsliyin D blokunda verilən “Fotoelementin işini yoxlayaq” araşdırmasını 
şagirdlərin bilavasitə iştirakı ilə nümayiş edir. Fotoelementin iş prinsipini isə şagirdlər şərh 
edirlər. 
Təklif olunan cədvəl və sxemlər. Şagirdlərin iş vərəqinə aşağıdakı cədvəli köçürüb onu 
tamamlamaq tapşırıla bilər: 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə