105
F U T B O L
Topla hərəkət texnikasının təkmilləşdirilməsi
Top dayandırma və ona zərbə texnikasının təkmilləşdirilməsi
Havada olan topa pəncə üstünün orta hissəsi
ilə zərbə.
Topa zərbənin bu üsulundan top uçuşda, yəni
havada olarkən istifadə edilir. Bu üsul topun yerdən
çox da hündür olmayan uçuşları, hava ilə gələrək
oyunçu qarşısında
yerə enməsi, yerə paralel uçuşu
vəziyyətlərində icra olunur. Bunun üçün topun hərəkət
istiqamətinə müvafiq düzgün yer seçmək və vaxtında
zərbə vurmaq mühüm şərtdir. Top yerdən nə qədər
hündür olarsa, ona zərbə vurmaq da bir o qədər
çətinləşir. Topun zərbə üçün daha əlverişli hündürlüyə
enməsini müəyyən etmək
məqsədi ilə arxaya və ya
yana yerdəyişmə edilir və lazımi anda topa zərbə
vurulur (Şəkil 61).
Şəkil 61
Əgər siz topun zərbədən sonra aşağıdan
uçmasını istəyirsinizsə, bu zaman zərbə ayağının
pəncəsini yerə tərəf dartmaq lazımdır. Bu halda
ayaq topa aşağı hissə ilə deyil pəncənin üst
hissəsinin ortası ilə toxunur. Bu səbəbdən də top
yuxarıya deyil, yerə paralel uçur (Şəkil 62).
Yan tərəfdən enən topa zərbələr.
Yandan uçan topa zərbə vurmaq üçün top
yaxınlaşdıqda üzünüzü ona tərəf çevirin və
gövdəni dayaq ayağına
tərəf əyin, zərbə ayağını
yuxarıya-arxaya aparın və pəncə üstünün orta
hissəsi ilə zərbə yerinə yetirin. Zərbə anı dayaq
ayağı yarım bükülü və pəncə üzərinə qalxmış
olmalıdır (Şəkil 63).
Şəkil 62
Çap üçün deyil
106
Şəkil 63
Uçan toplara zərbənin təkmilləşdirilməsi üçün hərəkətlər:
1.
Divardan 10-15m məsafədə dayanın. Topu qarşınıza atın. Top diz
səviyyəsinə qədər endikdə enən topa zərbə vurun. Əvvəlcə zərbələri pəncənin
daxili hissəsi, sonra isə pəncənin üst hissəsinin ortası ilə icra edin.
2.
Sol tərəfi divara olmaqla ondan 8-10 addım məsafədə dayanın. Tərəf
müqabilinizin (yoldaşınızın) yan tərəfdən sizə atdığı topu gövdənizi dayaq ayağına
tərəf əyməklə uçuşda vuraraq divara istiqamətləndirin. 10-15 zərbədən sonra
yerlərinizi dəyişin.
3.
Tərəf müqabilinizlə bir-birinizdən 15 addımlıq məsafədə dayanın. Növbə
ilə hərəkətsiz topu zərbə ilə tərəf müqabilinizə hava ilə elə göndərin ki,
top onun
qarşısına ensin. Topu qəbul edən oyunçu top uçuşda olarkən zərbə ilə onu geriyə
qaytarır. 10-15 zərbədən sonra oyunçular yerlərini dəyişirlər.
4.
Üç oyunçu təmrinləri yerinə yetirir. Onlardan biri qapıda durur, digəri
qapıdan 15 m. aralıda dayanır. 3-cü oyunçu qapı xətti üzərindən qapı dirəyinin 10-
15 metrliyindən topu hava ilə 2-ci oyunçuya göndərir. O isə top havada olarkən
zərbə ilə topu qapıya istiqamətləndirir.
Kəsici zərbələr.
Kəsici zərbələr pəncənin daxili və xarici hissəsi ilə icra
olunur. Bu zərbələri düz zərbələrdən fərqləndirən başlıca cəhət zərbə qüvvəsinin
topun mərkəzindən deyil bir qədər yandan keçməsidir. Bu səbəbdən də top öz oxu
ətrafında fırlanaraq, əyri xətli trayektoriya üzrə uçur. Topun fırlanma istiqaməti
topun uçuş istiqaməti ilə üst-üstə düşə və ya onun əksinə ola bilər.
Kəsici zərbələrin pəncənin daxili hissəsi
ilə yerinə yetirərkən, pəncə topun
dayaq ayağından uzaqda yerləşən tərəfinə toxunur. Zərbə anında pəncə topun
səthindən sürüşərək keçir və onu fırladır (Şəkil 64)
Pəncənin xarici hissəsi ilə topa kəsici zərbə endirdikdə isə pəncə topun
dayaq ayağının yaxın tərəfinə, ilk olaraq pəncə üstünün barmaqlara yaxın olan
hissəsi ilə toxunur. Bundan sonra zərbə ayağı dayaq ayağına tərəf hərəkəti davam
Çap üçün deyil
107
etdi rir.
Pəncənin
xarici hissəsi
ilə fırladılan top ayaqdan aralanır
və öz oxu ətrafında fırlanaraq
uçur (Şəkil 65).
İcra texnikasının təkmi -
l
ləşdirilməsi üçün hərəkətlər:
1.
Tərəf müqabilinizlə
(sinif yoldaşınızla) 8-10 addım
məsafədə dayanaraq topu pən-
cənin daxili və xarici hissəsinin
kəsici zərbələri ilə bir-birinizə
ötürməyə çalışın.
2.
Dirəklərdən eni 2 ad-
dım olan qapı düzəldin. Tərəf
müqabilinizlə hər biriniz bu qa-
pıların
bir tərəfində üz-üzə
dayanın. Növbə ilə topu kəsici
zərbələrlə bu qapıdan keçməklə
bir-birinizə ötürün.
3.
Yuxarıdakı (2) hərəkət
təkrar olunur lakin, dayanmış
topa kəsici zərbələr 8-10metrdən
növbəli olaraq icra olunur.
4.
Hərəkət üçlükdə icra
olunur. Bir şagird qapıda durur,
ikinci topu qapıya paralel olaraq zərbə mövqeyində duran üçüncü yoldaşına ötürür.
O, isə kəsici zərbə ilə topu qapıya istiqamətləndirir. Sonra yerlər dəyişdirilir.
5.
Meydançada zərbələri yerinə yetirmək üçün xətt çəkilir. Xətdən 10-15 m.
məsafədə diametri 2-2,5 m. olan dairə çəkilir. Dairə və zərbə xəttinin ortasında hər
hansı hündürlüyü olan maneə, məsələn, dirək qoyulur. Növbə ilə zərbə xəttindən
top kəsici zərbələrlə dirəyi yandan keçməklə dairəyə göndərilir.
Topa başla zərbələr
Alnın ortası ilə topa zərbə.
Oyunçu addım vəziyyətində, ayaqları çiyin enində mövqe tutur. Top
yaxınlaşdıqda qıçlar, diz və pəncə-daban oynağından azacıq bükülür, gövdə arxaya
aparılır, kürək əzələləri gərginləşdirilir. Sonra gövdənin buddan yuxarı hissəsi cəld
hərəkətlə irəli verilir və başın irəliyə kəskin hərəkəti ilə topa zərbə endirilir. Zərbə
anında gövdə meydançanın səthinə perpendikulyar yerləşməlidir. Zərbədən sonra
top baxışlarla müşayiət olunur. Əgər topu yuxarı istiqamətdə göndərmək
lazımdırsa, o zaman zərbə topun aşağı hissəsinə, nisbətən aşağı trayektoriya lazım
Şəkil 65
Şəkil 64
Çap üçün deyil