22
Dünyanın inkişaf etmiş ölkələrində şagirdlərin fiziki hazırlığı üçün həftədə
ən azı 3-4 məcburi məşğələlər planlaşdırılır. Bu məşğələlərin əsasını atletika
növləri, idman oyunları, üzgüçülük və digər idman növlərinin
elementləri təşkil
edir. Bir sıra ölkələrdə bu məşğələlərin sayı təhsil mərhələlərindən asılı olaraq 6-8
və daha çox olur. Qeyd etmək lazımdır ki, müxtəlif ölkələrdə şagirdlərin fiziki
tərbiyə proqramları arasında olan müxtəliflik mövcud olsa da, onlar eyni məqsədə
– şagirdlərin fiziki hazırlığını təşkil edən ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafına,
şagird orqanizminin funksional imkanlarının yüksəldilməsinə yönəlmişdir.
Məsələn, ABŞ-nın əksər məktəblərində məcburi fiziki tərbiyə dərslərindən əlavə
hər həftə yarışlar keçirilir və həftədə 3 dəfə dərsdənkənar məşğələlər aparılır.
Azərbaycan Respublikasında fiziki tərbiyə fənni üzrə qəbul olunmuş dövlət
standartları hər bir təhsil səviyyələrində şagirdlərin fiziki hazırlığının
məzmununu
və müvafiq normativlərini müəyyən etmişdir. Bu normativlərin əldə olunması
həftədə 2 dəfə aparılan fiziki tərbiyə dərsləri və ümumtəhsil məktəblərində
dərsdənkənar fəaliyyət göstərən bölmələrdəki məşğələlərlə həyata keçirilməsi
nəzərdə tutulur. Eyni zamanda hər bir şagirdin müxtəlif idman növləri üzrə klub və
cəmiyyətlərdə özlərinin fiziki hazırlığını artırmaq və hər hansı idman növü üzrə
ixtisaslaşmaq imkanı vardır.
Şagirdlərin fiziki hazırlığını təşkil edən ayrı-ayrı hərəki qabiliyyətlərin
artması yalnız yüksək hərəki fəallığa
malik olan, yəni sistemli şəkildə özünün fiziki
hazırlığını artıran oğlan və qızlarda müşahidə olunur. Fəal hərəki rejim eyni
zamanda orqanizmin xarici, əlverişsiz faktorlara (həddindən artıq fiziki yük, soyuq,
isti, müxtəlif xəstəliklər və s.) qarşı dayanıqlığını artırır. Belə şagirdlərdə fiziki
inkişaf harmonik, mütənasib gedir və müvafiq yaş normalarına uyğun olur.
Orta yaş qrupuna aid şagirdlərdə sutkalıq hərəki fəallıq
təxminən, 21-30 min
addıma bərabərdir. Yəni, sutka ərzində şagird piyada qeyd olunan sayda addım
atmalıdır. Bu əslində şagirdlərin bioloji hərəki tələbatını təmin edən göstəricidir.
İdmanla məşğul olmayan şagirdlərdə sutkalıq hərəki fəallığın təxmini
normaları mövcuddur. Bu fəallıq aşağı intensivlikli silsiləli hərəkətlərdən (yeriş,
qaçış) ibarət olub 10-12 yaşlı şagirdlər üçün 7-10 km; 13-14 yaşlı yeniyetmələr
üçün 12-14 km-ə bərabərdir.
Aparılan müşahidələr göstərir ki, şagirdlərin böyük əksəriyyətinin məktəbə
fərdi nəqliyyat vasitəsi ilə gəlməsi, gündəlik nəzəri məşğələlərin çoxluğu,
subyektiv səbəblər yuxarıda qeyd olunan minimum hərəki fəallığı belə yerinə
yetirməyə imkan vermir. Bunun da nəticəsində şagird
orqanizmi zəifləyir, xəs-
təliklərə qarşı müqaviməti azalır, ürək-damar, tənəffüs, dayaq-hərəkət aparatında
yaşa müvafiq olmayan hallar yaranır.
Yuxarıda göstərilən hərəki fəallığın təmin olunması, fiziki hazırlığın yük-
səldilməsi, müstəqil məşğələlərin təşkili, öz orqanizmi üzərində nəzarətin həyata
keçirilməsi üçün hər bir şagird ciddi gün rejimi tərtib etməlidir. Belə gün rejiminin
qrafikində hərəki fəallıqla yanaşı bütün gündəlik fəaliyyət öz əksini tapmalıdır.
Gün rejiminin təxmini qrafiki nümunəsi aşağı siniflər
üçün tərtib olunan
dərsliklərdə verilmişdir.
Çap üçün deyil
23
Ümumtəhsil məktəbi şagirdlərinin hərəki fəallığı, başqa sözlə onların sağ-
lamlığı digər iki amillə: yuxu və qidalanma ilə sıx əlaqədardır. Şagirdlərin sutkalıq
yuxu vaxtı yay fəslində təxminən 7-8 saat, qış fəslində isə 8-8,5 saata bərabər
olmalıdır. Sağlamlığın qorunması və onun möhkəmləndirilməsi üçün axşam tez
yatmaq, gecə dərin yuxu və səhər tezdən yuxudan tez oyanmaq mühüm amillərdən
biridir.
Hərəki fəallığın zəruri enerji ilə təchiz olunması qidalanma ilə təmin olunur.
Bu səbəbdən də düzgün qidalanma şagird sağlamlığının möhkəmləndirilməsi və
fiziki hazırlığının yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir.
Bununla əlaqədar
olaraq əsas qida maddələri və orqanizmdə gedən maddələr mübadiləsinin sürətinə
təsir göstərən digər elementlər haqqında bir qədər geniş informasiya verilməsi
zəruridir.
Adətən qəbul olunan qida maddələrinə zülallar, yağlar, karbohidratlar,
mineral maddələr, vitaminlər, su və digərləri aiddir.
Zülallar.
Zülallar orqanizmdə toxumaların çox mühüm tərkib hissəsi hesab
olunur. Onlar hüceyrələrin tərkib elementlərinin «qurulması» üçün istifadə edilir.
Bu səbəbdən də zülallar heç bir digər maddələrlə əvəz oluna bilməz. Zülalların
mürəkkəb molekulları çoxsaylı amin turşularından təşkil edilmişdir.
Bu amin
turşuları müəyyən ardıcıllıqla birləşərək heyvani və bitki mənşəli zülalları
yaradırlar.
Zülalların əsas mənbəyi ət məhsulları, balıq, quş əti, pendir, süd məhsulları,
yumurta, qoz, paxlalı bitkilər hesab olunur.
Məlum olmuşdur ki, balanslaşdırılmış qidalanma üçün gündəlik kalori
sərfinin 14-16%-i zülallar hesabına olmalıdır. Eyni zamanda bu zülalların 60%-i
əvəzolunmaz amin turşuları ilə zəngin olan süd və ət (balıq) zülallarından ibarət
olmalıdır.
Y
ağlar.
Orqanizmdə mübadilə prosesinin normal keçməsi üçün zəruri qida
növüdür. Yağlar heyvani və bitki mənşəli olurlar. Birincilərə ət, piy, kərə və
ərinmiş yağ aiddir. Bitki mənşəli yağlara isə zeytun, qarğıdalı, günəbaxan və
pambıq yağları aiddir. Daha çox bitki mənşəli yağ qoz ləpəsində və fındıqda rast
gəlinir.
Yağlar tərkib etibarı ilə qliserin və yağ turşularından ibarətdir. Aşağı
temperaturda əriyən yağlar bağırsaqlarda daha tez və tam sorulur. Onların tər-
kibində doymamış yağ turşuları vardır. Heyvani mənşəli yağlar nisbətən yuxarı
temperaturda əriyir və orqanizmdə çətin sorulur. Doymamış yağ turşuları insan
orqanizmi üçün olduqca mühüm əhəmiyyət daşıyırlar. Çünki doymamış yağ
turşuları orqanizmdən xolestrinin kənarlaşdırılmasında iştirak edirlər. İnsan
orqanizmində doymamış yağ turşuları sintez olunmur.
Çünki onlar əvəz olunmaz
qida məhsulları hesab edilir və bu səbəbdən də bitki mənşəli yağlar gündəlik qida
rasionuna daxil edilməlidir. Yağlar yüksək kaloriyə malikdirlər. Onlar
karbohidratlara nisbətən iki dəfə çox enerji verirlər. Lakin yağların orqanizm üçün
faydası təkcə bununla bitmir. Onlar yağda həll olan vitaminlərin (A,D və başqaları)
kalsium və maqneziumun normal sorulmasını təmin edirlər. Məsələn: A vita-
Çap üçün deyil