18
Əhval-ruhiyyə ümumilikdə orqanizmin ümumi
vəziyyətini və əsasən mər-
kəzi sinir sisteminin vəziyyətini özündə əks etdirir. Əgər məşğul olan yeniyetmə
məşq zamanı özünün sağlamlığını,hazırlıq
səviyyəsini, yaşam şəraitini nəzərə
almadan həddindən artıq fiziki yük yerinə yetirirsə,
onda əhval-ruhiyyənin
pozulması, məşq etmə həvəsinin azalması, iş qabiliyyətinin aşağı düşməsi
müşahidə olunacaqdır.
Fərdi nəzarətin həyata keçirilməsi üçün ən sadə üsul ürək vurğularının
sayının müəyyənləşdirilməsi və bu göstəricilərin təhlil edilməsidir. Nəbz vurğusu
ürək-damar sisteminin fəaliyyəti haqqında operativ və mühüm informasıya verir.
Ürək-damar sisteminin funksional vəziyyətinin yoxlanılmasının ən sadə üsulu
oturub-qalxmaq sınağıdır ki, bu haqda dərsliyin əvvəlində məlumat verilmişdir.
Ürək-damar sisteminin sinir tənzimlənməsini bədənin vəziyyətinin
dəyişməsi testi – ortostatik və klinostatik testlərlə müəyyən etmək mümkündür.
Ortostatik sınaq uzanmış vəziyyətdə nəbz vurğularının sayı 10 san. ərzində
ölçülür və 6-ya vurulur. Sonra ayağa qalxılır və dayanmış vəziyyətdə nəbz
vurğuları yenidən ölçülür. Bu göstəricilər arasında, yəni uzanmış vəziyyətdəki nəbz
vurğusu göstəricisi ilə ayaq üstdəki nəbz vurğusu göstəricisi arasında 10-14
vur/dəq. fərqin olması normal hesab olunur. Fərqin 20 vurğuya qədər olması
«kafi», 20 vurğudan artıq olması isə «qeyri-kafi» hesab olunur. Bu göstəricilər
arasında fərqin daha böyük olması yorğunluqdan və fiziki yükdən sonra bərpanın
kifayət qədər olmamasından xəbər verir.
Klinostatik sınaq əks ardıcıllıqla
yerinə yetirilir, yəni dayanmış vəziyyətdən
uzanmış vəziyyətə keçid zamanı nəbz vurğusu göstəricisi arasındakı fərq
müəyyənləşdirilir. Adətən normal halda 4-10 vur/dəq. fərq normal hesab olunur.
Daha çox fərqin olması məşqlənmə effektinin olmasının əlaməti hesab olunur.
Orqanizmin oksigen çatışmazlığına qarşı dayanıqlığı Ştanqe sınaqı ilə müəy-
yən edilir. Bu zaman nəfəs alaraq tənəffüs saxlanılır, ağız bağlı olur və burun
barmaqlarla sıxılır. Əgər belə halda məşğul olan 90 saniyədən artıq qalırsa bu
«əla», 60-90 san. «yaxşı»; 30 saniyədən 60 saniyəyə qədər «kafi» və 30 saniyədən
aşağı «qeyri-kafi» dəyərləndirilir. Məşqlənmə ilə əlaqədar olaraq tənəffüsün da-
yandırılması vaxtı artır.
Müstəqil məşğələlər zamanı fiziki hazırlığın səviyyəsi üzərində fərdi nəza-
rəti həyata keçirmək üçün nəzarət hərəkətlərindən (testlərindən) istifadə olunur.
Məsələn, sürət-güc hazırlığı üçün yerindən-uzunluğa tullanma, qüvvə hazırlığını
yoxlamaq üçün hündür turnikdə sallanmış vəziyyətdə tullanma,
dözümlülük
qabiliyyətini yoxlamaq üçün 3000 m. məsafəyə qaçış və s. Qeyd olunan nəzarət
testlərinin nəticələrinin dinamikası əsasında məşq prosesinin effektliliyi haqqında
müəyyən qərar qəbul etmək mümkündür.
Sistemli olaraq aparılan özünənəzarət tədbirləri fiziki hərəkətlərin orqanizmə
təsirini müəyyənləşdirmək və təhlil etmək, eyni zamanda müstəqil məşğələlər
zamanı fiziki yükü düzgün planlaşdırmaq
və tənzimləmək, ifrat yorulmaya yol
verməməyə şərait yaradır.
Çap üçün deyil
19
Fiziki hazırlıq və orqanizmin funksional vəziyyəti üzərində aparılan fərdi
nəzarət və müşahidə nəticələri gündəlikdə qeyd olunur.
M
ÖVZU ÜZRƏ SUALLAR
1.
Müstəqil məşğələlərin məqsədi nədir?
2.
Müstəqil məşğələlərin hansı formaları mövcuddur?
3.
Orqanizmin obyektiv göstəriciləri hansılardır?
4.
Orqanizmin funksional göstəricilərinə nələr daxildir?
5.
Orqanizmin subyektiv göstəriciləri hansılardır?
Fərdi (müstəqil) məşğələlərin təşkilinin ümumi əsasları
Müstəqil məşğələlər müxtəlif məqsədlərlə təşkil oluna və keçirilə bilər. Bu-
raya özünün fiziki hazırlığını artırmaq, mütənasib bədən quruluşunu formalaş-
dırmaq, hər hansı və ya bir neçə hərəki
qabiliyyəti inkişaf etdirmək, hər hansı
idman növündə ixtisaslaşma zamanı ümumi fiziki hazırlığını və ya xüsusi
hazırlığını artırmaq və digər məsələlərin həlli daxildir.
Məqsədindən asılı olmayaraq hər bir məşq fiziki yük vasitəsi ilə orqanizmdə
bu və ya digər dəyişiklikləri əldə etməyə əsaslanır. Bu dəyişikliklər məşqdə istifadə
olunan hərəkətlərdən (fiziki yükdən) asılı olaraq qüvvə, sürət-güc, dözümlülük və
s. istiqamətə ola bilər. İnsan orqanizmi özünübərpa və tənzimləmə xüsusiyyətinə
malik olan bioloji varlıq olduğundan öz ətrafında
yaranan mühitə uyğunlaşmaq
xüsusiyyətinə malikdir. Buna misal olaraq oksigenin nisbətən az olduğu orta dağlıq
səviyyəsində qanda eritrositlərin (oksigen daşıyıcılarının) sayının artması, sistemli
olaraq məşq etdikdə soyuq mühitə uyğunlaşma və s. göstərmək olar. Beləliklə,
insan orqanizminin ətraf mühitə uyğunlaşması həmin mühitin insan orqanizmi
qarşısında qoyduğu tələblərə müvafiq baş verməsidir. Məşq prosesi də orqanizm
üçün süni yaradılmış müəyyən bir mühitdir.
Orqanizmin məşq prosesinin
tələblərinə uyğunlaşması (inkişaf etməsi, təkmilləşməsi) müəyyən mənada bu
prosesin müvafiq qanunauyğunluqlara və prinsiplərlə təşkilindən asılıdır. Başqa
sözlə, məşq müəyyən olunmuş fizioloji və pedaqoji prinsiplərə müvafiq təşkil
edildikdə onun effektliliyi daha yüksək olur və arzu olunan nəticə daha tez əldə
edilir.
Müstəqil məşğələlərin təşkili zamanı hər bir yeniyetmə qeyd olunacaq
prinsiplərlə yanaşı özünün fiziki hazırlıq səviyyəsini, orqanizminin fiziki yükə
qarşı reaksiyasını bilməlidir. Müstəqil məşğələlərin keçirilməsinə başlamazdan
əvvəl məşq prosesinin əsasını təşkil edən bir sıra prinsiplərlə tanış olmaq və məşq
prosesində onlara riayət etmək olduqca zəruri amildir. Bu prinsiplər aşağıda-
kılardır:
Çap üçün deyil