11
9-cu sinifdə şagirdlərin fiziki hazırlığının diaqnostik
qiymətləndirilməsi normativləri
Ümumtəhsil məktəblərində təhsil alan hər bir yeniyetmə aid olduğu yaş
qrupu üçün nəzərdə tutmuş fiziki hazırlıq normativlərini yerinə yetirməlidir. Bu
normativlər çətinlik dərəcəsinə görə üç kateqoriyaya bölünür. Sizin hər biriniz 9-cu
sinifdə fiziki hazırlıq səviyyəsini aşağıdakı normativlərdə verilən rəqəmlərdə
müqayisə etməklə müəyyənləşdirə bilərsiniz.
Cədvəl 1
№
Hərəki
qabiliyyət
Qiymətləndirmə
hərəkətləri
N O R M A T İ V L Ə R
oğlanlar qızlar
Q.S. 2
«3»
Q.S. 3
«4»
Q.S. 4
«5»
Q.S. 2
«3»
Q.S. 3
«4»
Q.S. 4
«5»
1 Sürət
30 m qaçış,
san.
6,3-5,6
5,5-4,9
4,8 və
<
6,6-5,6
5,5-5,1
5,0 və
<
2 Çeviklik
Məkiq qaçışı
(3X10 m)
san.
9,5-8,9
8,8-8,3
8,2 və
<
10,3-
9,6
9,5-8,9
8,8 və
<
3 Sürət-güc
Yerindən
uzunluğa
tullanma
sm
141-
159
160-
184
185 və
>
126-
149
150-
174
175
və >
4 Dözümlülük
6 dəqiqəlik qaçış
m.
1100-
1240
1250-
1350
1500 və
>
900-
1040
1050-
1200
1300
və >
5 Əyilgənlik
Oturuş
vəziyyətindən
irəliyə əyilmə, sm
2-6 7-12
13
və >
7-12
13-19
20 və
>
6
Qüvvə
Hündür turnikdə
sallanmış
vəziyyətdən
dartınma.
4-6
7-8
9 və >
Alçaq turnikdə
uzanaraq sallanmış
vəziyyətdən
dartınma
9-12
13-17
18 və
>
Çap üçün deyil
12
Fiziki hərəkətlərin növləri və əsas formaları
formaları
«Fiziki hərəkətlər» (təmrinlər) anlayışı altında insanın
hərəki qabiliyyətlərin
inkişaf
etdirilməsi, sağlamlığın möhkəmləndirilməsi, iş qabiliyyətinin yüksəldil-
məsi məqsədi ilə seçilmiş və istifadə olunan hərəki fəaliyyəti başa düşülür. Burada
«fiziki» sözü yerinə yetirilən işin (əqli işdən fərqli olaraq) xüsusiyyətini əks etdirir.
Fiziki iş xarici görünüşü ilə insan bədəninin və ya ətrafların zaman və məkan daxi-
lində yerdəyişməsi ilə təzahür edir. «Təmrin» anlayışı insanın fiziki və psixi xüsu-
siyyətlərinin inkişafına
istiqamətlənmiş, bu fəaliyyətlərin icra üsulunun təkmilləş-
məsinə yönəlmiş fəaliyyətin təkrarlığını özündə əks etdirir.
Beləliklə, fiziki hərəkətlər bir tərəfdən konkret hərəki fəaliyyət kimi, digər
tərəfdən çox saylı təkrar prosesi kimi qəbul olunur.
Hərəkətlərin orqanizmə təsir effekti hər şeydən əvvəl onun daxili və xarici
məzmunu ilə təyin edilir. Hərəkətlərin daxili məzmunu – həmin hərəkətlərin icrası
zamanı insan orqanizmində baş verən fizioloji, psixoloji və biomexaniki pro-
seslərin məcmuə ilə müəyyən edilir.
Hərəkətin xarici məzmunu dedikdə onun hansı fazalardan ibarət olduğu,
strukturu anlaşılır. Məsələn, qaçaraq uzunluğa tullanma hərəkəti 4
fazadan ibarət-
dir: qaçış, təkan, uçuş, yerəenmə.
Hal-hazırda fiziki hərəkətlərin bir neçə təsnifatı mövcuddur. Anatomik
əlamətlərinə görə bütün fiziki hərəkətlər qol, qıç, kürək, gövdənin ön və arxa əzələ
qrupları və s. bu kimi qrup əzələlərinə təsirinə görə təsnif olunur. Bu təsnifata
əsasən müxtəlif hərəkət kompleksləri tərtib edilir. Məsələn, səhər gimnastikası,
atletik gimnastika, qızışdırıcı hərəkətlər kompleksi və s.
Fizioloji əlamətlərinə görə hərəkətlər maksimal, submaksimal,
böyük və orta
şiddətli qruplara bölünür. Maksimal şiddətli hərəkətlər üçün yüksək intensivli və
insanın təxminən 20 san. ərzində yerinə yetirə biləcəyi hərəkətlər daxildir. Buna
misal olaraq 30, 60, 100, 200m məsafələrə qaçış, qısa məsafəyə üzmək və s.
göstərmək olar. Submaksimal şiddətli hərəkətlərə 20 saniyədən 5 dəqiqəyə qədədr
icra olunan hərəkətləri aid etmək olar. Bu hərəkətlərə 400m məsafəyə, 800m
məsafəyə, 1500m məsafəyə qaçışlar aid edilə bilər. Böyük şiddətli hərəkətlər 5
dəqiqədən 30 dəqiqəyə qədər olan vaxt ərzində yerinə yetirilən hərəkətlərdir. Aşağı
intensivlikli fiziki yükün icra müddəti 30 dəqiqədən artıq olan hərəkətlər hesab
olunur.
İstiqamətinə əlamətlərinə görə fiziki hərəkətlər sürət (müxtəlif məsafələrə
sprint qaçışı); sürət-güc (tullanmalar, atmalar); dözümlülük (orta və uzaq məsa-
fələrə qaçış, üzgüçülük, veloidman); hərəkətin koordinasiyası (suya tullanma, fi-
qurlu konkisürmə, gimnastika və akrobatik hərəkətlər); əyilgənlik (oynaqların
mütəhərrikliyini yaxşılaşdıran əyilmələr, dartmalar, burulmalar və s.); qüvvə (ağır-
lıq qaldırma, gimnastika alətlərində hərəkətlər və s.) hərəki qabiliyyətlərin
Çap üçün deyil
13
kompleks təzahürünü tələb edən çeviklik (mütəhərrik və idman oyun növləri, qılınc
oynatma, boks və güləşin müxtəlif növləri) qrupuna bölünür.
M
ÖVZU ÜZRƏ SUALLAR
1.
Hərəkətin daxili məzmunu nədir?
2.
Anatomik əlamətlərinə görə hərəkətlər hansı qrupa bölünür?
3.
İstiqamətinə görə hərəkət qruplarını sayın.
Fiziki hərəkətlərin dərs və dərsdənkənar formalarının
xüsusiyyətləri
Ümumtəhsil məktəblərində məktəb yaşlı uşaqların fiziki tərbiyəsi müxtəlif
tipli təhsil müəssisələrində, dərsdənkənar məşğələlər aparılan
bölmələrdə, ailədə,
ev şəraitində həyata keçirilir. Hal-hazırda fiziki hərəkətlərlə (təmrinlərlə) məş-
ğələlərin iki: dərs və dərsdənkənar forması mövcuddur. Ümumtəhsil məktəblərində
şagirdlərin fiziki tərbiyəsinin dərs formasına fiziki tərbiyə dərsləri aiddir. Fiziki
tərbiyənin dərs formasının əsas fərqləndirici xüsusiyyətləri aşağıdakılardır:
-
dərsin məzmunu və strategiyasının fənnin dövlət standartları ilə müəyyən
edilməsi;
-
dərsin təşkili, keçirilməsi və təlim nəticələrinin qiymətləndirilməsinə
vahid tələbatın mövcudluğu;
-
ümumtəhsil məktəblərinin şagirdləri üçün məcburi xarakterli olması;
-
əvvəlcədən müəyyən olunmuş qrafikə uyğun sistemli və davamlı olması;
-
məşğul olanların eyni yaş qrupuna aid olması;
-
dərs prosesinin peşəkar müəllim tərəfindən dəqiq müəyyən olunmuş (45
dəqiqə) vaxt ərzində aparılması;
-
xüsusi ayrılmış və müvafiq təchizata malik sahələrdə (stadion, idman zalı,
bu məqsədlə hazırlanmış meydança) keçirilməsi;
-
müvafiq yaş qrupuna aid şagirdlərdə hərəkətlərdən məqsədli istifadə
haqqında nəzəri
biliklərin verilməsinə, hərəki bacarıq, vərdişlərin aşılanmasına, hə-
rəki qabiliyyətlərin inkişaf etdirilməsinə, mənəvi-iradi xüsusiyyətlərin formalaşdı-
rılmasına istiqamətlənməsi.
Fiziki tərbiyə dərsləri həftədə iki dəfədən az olmayaraq 45 dəqiqə ərzində
aparılır. Hər bir dərsin məzmunu dövlət standartları ilə müəyyənləşdirilir və bu
dərslər digər fənlər kimi məktəbin ümumi tədris cədvəlinə daxil edilir.
Fiziki tərbiyə dərsləri həlli qarşıya qoyulan vəzifələrdən asılı olaraq bir çox
hissələrdən ibarət ola bilər. Lakin ümumilikdə fiziki tərbiyə dərsi aşağıdakı
hissələrdən ibarətdir: giriş, hazırlayıcı, əsas və tamamlayıcı.
Çap üçün deyil