Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə10/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   307
333 felsefe muhazireler toplusu eyani

Elmi dünyagörüşü
- təbii-elmi və sosial-tarixi biliklərə, dünyanın təbii-elmi 
mənzərəsinə əsaslanan, gerçəklikdə hadisə və proseslərin inkişaf və dəyişməsinin 
elmi səbəblərinə istinad edərək dünya haqqında elmi anlayış və qanunauyğunluqla-
rın ümumiləşmiş in`ikasını ifadə edən baxış, ideya və prinsiplərin məcmusudur. El-
mi dünyagörüşü - öz müddəalarında müasiri olduğu elmin son nailiyyətlərinə isti-
nadən insanı əhatə edən gerçəkliyə insan münasibətini xüsusi elmi qanun və kate-
qoriyalar, təlim və nəzəriyyələr vasitəsilə ifadə edir. 
Fəlsəfi dünyagörüşü
- elmi dünyagörüşün növ müxtəlifliyindən biridir. O, 
müəyyən cəhətlərdən elmi dünyagörüşüilə qovuşur, eyniləşir, müəyyən cəhətlərdən 
isə ondan fərqlənir, ayrılır. 
Dünyagörüşünün strukturu.
Dünyagörüşün strukturu zəngin və mürəkkəb-
dir. Gerçəkliyin mənimsənilməsi səviyyəsinə, elmi əsaslandırılması dərəcəsinə uy-


14
ğun olaraq hər bir dünyagörüşün iki səviyyəsi vardır:
1) Dünyagörüşün adi şüur səviyyəsinə uyğun gələn sağlam düşüncə, hissi-ob-
razlı təfəkkürə, mifoloji təsəvvürlərə və gündəlik təcrübi biliyə əsaslanan empirik-
kütləvi (və ya adi-gündəlik) səviyyəsi. Bu səviyyədə dünyagörüşü sağlam təcrübəvi 
biliyə istinad edib, çox vaxt faydalı və müsbət olsa da, ziddiyyətlərdən, məhdud-
luqlardan azad deyildir. Bu səviyyədə dünyagörüşü üçün tərəddüdlər, inamsızlıq və 
s. xasdır.
2) Elmi-nəzəri dünyagörüşü səviyyəsi. Dünyanın həqiqi təbii-elmi mənzərəsinə 
və fəlsəfəyə istinad edən dünyagörüşü məhz elmi-nəzəri dünyagörüşü səviyyəsinə 
misal ola bilər. 
Dünyagörüşü struktur baxımından inteqral mütəşəkkillikdir. Burada əsas cəhət 
onun struktur komponentlərini sintezinin, birliyinin əldə edilməsidir. Bu mənada 
dünyagörüşü gerçəklik haqqında ancaq biliklərin toplusu deyildir. Dünyagörüşdə 
ideallar, əqidə, fəaliyyətdə müəyyən rol oynayır. Lakin bitkin dünyagörüşü belə 
komponentlərin vəhdəti, sintezi əsasında yaranır, bilik, sərvətlər, həyat oriyentiri 
(meyli), əqidə və fəaliyyəti birləşdirərək insana nəzəri və əməli fəaliyyət üçün qüd-
rətli bir silah verir. 
Dünyagörüşün strukturunda dünyanı dərketmə prosesinin müxtəlif səviyyələri-
ni əks etdirən dünyaduyumu, dünyanıqavrama, dünyanıanlama kateqoriyaları da 
fərqləndirilmişdir. Bu anlayışlara dünyagörüşün formalaşması mərhələləri də de-
mək olar. Ümumiyyətlə, insan idrakının əsasında duyğu, hiss üzvlərinin (görmə, 
eşitmə, iybilmə, dadbilmə, lamisə) verdiyi məlumatlar seyr müşahidə durduğu ki-
mi, dünyagörüşün də əsasında dünyaduyumu durur. Dünyaduyumu gerçəkliyin bu 
və ya digər konkret tərəf və cəhətləri, xüsusilə onun zahiri təzahürləri haqqında əl-
də edilən hiss, əhval-ruhiyyə, baxış, duyumdur. Bu mərhələdə predmetin konkret, 
ayrı-ayrı cəhətləri haqqında görüşlər, hisslər, emosional hal - dünyaduyumu forma-
laşır. 
Dünyanı qavrama isə predmet və hadisəni hissi bütöv halında qavrama mərhə-
ləsidir, gerçəklik haqqında qavranılan baxışlar, hisslər və təsəvvürlərin məcmusu-
dur, dünyanı dərketməyə aparan yoldur. Deməli, hisslər və əhval-ruhiyyə səviyyə-
sində dünyagörüşün emosional-psixoloji cəhətini dünyaduyumu, gerçəkliyin hissi 
bütövünün əyanı təsəvvürlər əsasında hissi-obrazlı qavranılmasını isə dünyanıqav-
rama təşkil edir. Məhz duyma və qavramanın nəticəsində alınmış informasiyaların 
təhlili, ümumiləşdirilməsi yolu ilə anlayışlar, mühakimələr, əqli nəticələr, ümumi 
nəzəri baxışlar yaradılır, dünyagörüşün ıdraki-intellektual səviyyəsi olan dünyanı-
anlaına baş verir. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə