Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə13/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   307
333 felsefe muhazireler toplusu eyani

Fəlsəfə və sinergetika.
Son illər elmdə sinergetika adlanan yeni istiqamət diq-
qəti cəlb edir. Sinergetika mürəkkəbliklər, müəyyən qaydanın xaos şəraitində necə 
yaranması və sonra necə dağılması haqqında elmdir. Qədim yunan dilindən götü-
rülmüş "sinergetika" termini açıq sistemlərdə çox sayda altsistemlərin qarşılıqlı tə-
sirinin tamlıq effektidir. 
Sinergetika ilə sıx əlaqədar olan fəlsəfi prinsiplər sırasına, ilk növbədə, özü hə-
rəkət edən materiyanın hissələrinin qarşılıqlı təsiri prinsipi aid edilməlidir. Sinerge-
tika metodundan istifadə edilməklə universal evolyusionizm həm canlı və sosial 
materiyanı qarşılıqlı əlaqədə nəzərdən keçirməyə, həm də qeyri-üzvi materiyanı in-
kişaf etməkdə olan dünyanın, o cümlədən bəşər sivilizasiyasının bütöv kontekstinə 
daxil etməyə imkan verir. O, insana kosmik təkamül obyekti kimi baxmağa zəmin 
yaradır. 
Sinergetika mürəkkəb quruluşlu dinamik sistemlərdə elementlərin qarşılıqlı tə-
sir mexanizmlərinə tətbiqən sistemli yanaşmanı inkişaf etdirir. Həmin elementlərin 
özünü təşkili məhz bu cür qarşılıqlı təsir nəticəsində yaranır. Sinergetika kompo-
nentlərin nizamlanmasına və davamlı struktur yaradılmasına gətirib çıxaran konkret 
qarşılıqlı mexanizmləri açıqlamağa çalışaraq yeni özünütəşkil konsepsiyası irəli sü-
rür. 
Obyektlər əvvəlcə özlərini tam müstəqil aparır və onların hərəkətində heç bir 
qarşılıqlı nizamlama müşahidə olunmur. Bu cür başlanğıc vəziyyət "xaos" və ya 
"nizamsızlıq" anlayışları ilə xarakterizə olunur. Sonra kənardan müəyyən təsirlər 
nəticəsində obyektlər arasında qarşılıqlı fəaliyyət yaranır, onlar uzlaşdırılmış hərə-
kətdə işlənməyə başlayır və sistem bəzi hallarda nizamlılıq kəsb edir, digər hallarda 
nizamlılığın pozulması nəticəsində davamsız vəziyyətə düşür. Bu halda nəzərə al-
maq lazımdır ki, nizamlanmış strukturlar yaranması və sistemin özünütəşkili tədri-
ci, rəvan proses deyil, qəflətən baş verən sıçrayış şəklində prosesdir. Məsələn, ma-
yeni aşağıdan qızdıranda temperaturun müəyyən qradiyent qiymətindən başlayaraq 
konveksiya sayəsində həmin mayedə özünütəşkil prosesi baş verir, bu isə həmin 
hadisəni kəşf etmiş alimin şərəfinə Benar oyuqları adlanan nizamlanmış struktur 
yaranmasına gətirib çıxarır. 
Sinergetikanın fəlsəfi mənası ondan ibarətdir ki, o, cansız bioloji sistemlərdən 
canlı sistemlər yaranması proseslərinə yeni mövqedən baxmaq imkanı verir, Bunla-
rın sayəsində biz ulduzların, planetlərin, insan birliyinin həyatının necə yaranması 
sualına cavab tapırıq. Sinergetikada əldə edilmiş ideyalar və nəticələr materiyanın 
öz-özünə hərəkətindən ibarət fundamental prinsipin təbii-elmi təsdiqidir. Sinergeti-
ka "xətti" təfəkkürdən elmin inkişafının yeni mərhələsinə müvafiq olan qeyri-xətti 


18
təfəkkürə keçməyə imkan verir. O, öyrəndiyi obyektlərin əksəriyyətini qeyri-xətti 
qanunlarla idarə edilən açıq, qeyri-taraz sistemlərə aid edir. Bu sistemlərin hər biri 
özünütəşkil qabiliyyətinə malikdir, davranışları isə onların əvvəlki təkamül tarixi 
ilə müəyyənləşir. 
Sinergetika müxtəlif elmlər arasında əsas prinsiplərin intensiv mübadiləsi üçün 
şərait yaratmışdır. Sinergetikanın inkişafı ilə əlaqədar fəlsəfənin və riyaziyyatın 
qarşılıqlı yaxınlaşması müşahidə olunur. Bu isə fəlsəfi və riyazi metodların inteqra-
siya gücünü artırır. Sinergetika elmi biliyin təşkilinin elə səviyyələrini aşkar etmə-
imkan verir ki, orada fəlsəfə inteqrasiyanın zəruri amillərindən biri kimi çıxış 
edir. Alimlər inteqrativ amillərin aşağıdakı iyerarxiyasını aşkar etmişlər: fəlsəfə - 
qanun - metod - prinsip - nəzəriyyə - ideya - metanəzəriyyə - konkret elm - meta-
elm - qonşu elm - kompleks elm - dünyanın elmi mənzərəsi - fəlsəfə. Bu iyerarxi-
yada fəlsəfə ən ümumi inteqratordur. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə