Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə305/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   299   300   301   302   303   304   305   306   307
333 felsefe muhazireler toplusu eyani

 

 
UNİVERSALİLƏR 
[lat. universalis – ümumi] – orta əsrlər fəlsəfəsində ümu-
mi ideyaların adı. Ərəb dilli fəlsəfədə bu termin 
küllil
ə

olaraq keçirdi. 
UTİLİTARİZM 
[lat. utilitas – fayda] – davranışın faydalılığını onun əxlaqili-
yinin meyarı kimi qəbul edən estetik nəzəriyyə. 
 
Ü 
 
ÜLƏMA
– ərəbcədən tərcümədə alimlər deməkdir, müsəlman dünyasında istər 
dünyəvi elmlərlə məşğul olanlara, istərsə də dini elmlərlə məşğul olanlara verilən 
xüsusi ad. Üləma sözü indidə dilimizdə az hallarda işlədilməkdədir.
ÜNSÜR 
[element]: Ümumiyyətlə mürəkkəb bir şeyin, ən sadə parçalarından 
biri. 
 

 
VARLIQ
- Şüurdan asılı olmayaraq mövcud olan obyektiv aləmin, materiyanı 
ifadə edən fəlsəfi anlayış. Fəlsəfənin əsas anlayışlarından biri, ilk dəfə Parmenid tə-
rəfindən istifadə edilmişdir. Var olan şey, var olduğu söylənilən şey. Var olanın var 
olması. Aristoteldə var olanların varlığı mənasında işlənirdi. Yoxluğun əski. Qalıcı 
olan və müvəqqəti olmayan. Təzahürün qarşılığı olaraq reallıqda var olan. 
Varlığın 
Analogiyası 
[lat. analogiya, entis] – katolik fəlsəfəsində [Hetomizm, Sxolastikao-
ma, Tomizm, Foma Akvinalı] mərkəzi metodoloji anlayış. 
Varlıq haqqında elm, 
var olan olaraq var olan haqqında təlim. Var olanın varlığı və ümumiyyətlə varlıq 
ideyaları haqqında XVII əsrdən bəri istifadə edilən anlam 
Mövcudiyy
ə
t
– var olan, 
həqiqətə əsaslanan varlıq, bir şeyin nə olduğu, necə olduğu deyil, var olduğu faktı. 
Belə yaxud da belə bir forma almış hər növ xüsusiyyətlərin xaricində qalmaq, xa-


324
siyyətcə müəyyənləşməmiş sırf var olma faktı. 
VERBALİZM
– sözəbasma, sözlərlə oynama, Əsas məqsədi və məramı olma-
dan sözlər söyləmək. Yaxud da kiminsə bilmədiyi mövzuda boşuna sözlər söylə-
yib, çərənçilik etməsi. Latın mənşəlidir. Fəlsəfədə verballıq hər şeydən danışıb əsas 
məqsədin üzərinə gələ bilməməkdir. 
VİTALİZM 
[lat. vita – həyati] Baş verənləri fiziki, kimyəvi baxımdan deyil, 
əksinə xüsusi bir həyatda qalma amalı, ideyası ilə açıqlayan fəlsəfi təlim. Bu görüş, 
bütün üzvi fəaliyyətlər əhatə edir. Vitalizm həm animizmə və xüsusilə ruh ilə bə-
dən arasında vasitəçi bir güc qəbul etdiyi üçün Van Helmontun animizmi, digər tə-
rəfdən isə vəhdətlə və ya bioloji monizmlə əlaqələnir. Çünki həyati qüvvət, nə müt-
ləq ağla uyğun, nə də mütləq əbədidir; beləcə təbiətin digər gücləri ilə eyni dəyərdə 
sayıla bilər. 
VOLYUNTARİZM 
[lat. voluntas – iradə] – əqlə və biliyə deyil, əslində istə-
yə, iradəyə üstünlük verən, mənəvi hadisələrin və bilik prosesinin əsasında əsas 
olaraq iradəni görən fəlsəfi təlim. İdealist fəlsəfənin xüsusi cərəyanı, iradəni bütün 
mövcudatın əsası hesab edir. Avqustin bütün ruhi qabiliyyətlərdə iradənin əsas ol-
duğunu önə çəkir. Duns Skot isə belə hesab edirdi ki, istək təfəkkürdən üstündür. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   299   300   301   302   303   304   305   306   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə