Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


SƏBƏB  - həqiqi səbəb, bir hadisənin ortaya çıxmasında qaynaqlandığı şey, nə- yəsə təsir edən, onu əmələ gətirən şey.  SƏBƏBİYYƏT



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə300/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   296   297   298   299   300   301   302   303   ...   307
333 felsefe muhazireler toplusu eyani

SƏBƏB 
- həqiqi səbəb, bir hadisənin ortaya çıxmasında qaynaqlandığı şey, nə-
yəsə təsir edən, onu əmələ gətirən şey. 
SƏBƏBİYYƏT 
– səbəblə təsir arasındakı əlaqə. Bu baxışa görə hər hadisənin 
bir səbəbi vardır ki, bu da səbəbiyyət məsələsidir. Bu düşüncə tərzinə görə səbəblə 
təsir arasında əlaqənin vacibliyini dilə gətirir. 
SKEPTİSİZM 
[yun. Skeptihos – nəzərdən keçirən, tədqiq edən, tənqid edən] 
– obyektiv gerçəkliyin dərki imkanını sübhə altına alan fəlsəfi konsepsiya. Dəqiq 
bir mövqedə olmamaq, qərarsız qalmaq, şübhələnmək, şübhə ilə yaxınlaşmaq. 
SİVİLİZASİYA 
[lat. civilis – mülki, dövlət] – cəmiyyətin maddi və mənəvi 
nailiyyətlərinin məcmusu. 
SİENTİZM = sayentizm 
[lat. scientia və ing. Science – bilik, elm] – elmlə 
bağlı olan dünyagörüşü yaxud da elmi düşüncənin təktərəfli dəyərləndirilməsinə 
deyilir. Mədəniyyət sistemində, cəmiyyətin ideya həyatında elmin rolunun mütləq-
ləşdirilməsindən ibarət konsepsiya. 
SİSTEM 
[yun. Systema – synestanai - birlikdə yerləşdirmək, bir yerə topla-
maq. Cəm etmək. yun. Sys-tem – bütöv, tam hissələrdən təşkil olunmuş, birləşdiril-
miş] – öz aralarında müəyyən münasibətdə və əlaqədə olan, müəyyən bütövlük, 
vəhdət əmələ gətirən ünsürlərin məcmusu yaxud öz daxilinə qapalı, sistemli forma-
da olan tam. Bir ideyaya yaxud da dünyagörüşünə görə sistemlənmiş fikirlər, məlu-
matlar, təlimatlara da sistem deyilir. Bir-biri ilə əlaqəli, bağlı olan elmi yaxud fəlsə-
fi ideyalara və fikirlərə də sistem deyirlər. 
SIÇRAYIŞ 
– predmetin və ya hadisənin əsaslı keyfiyyət dəyişməsi, kəmiyyət 
dəyişmələrinin nəticəsində köhnə keyfiyyətin yeni keyfiyyətə çevrilməsi [ Kəmiy-
yət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu]. 
SOLİPSİZM 
[lat. solus – tək, yeganə və ipse – özüm] – subyektiv idealist tə-
lim. Təlimə görə ancaq insan və onun şüuru mövcuddur, obyektiv aləm isə, o cüm-
lədən insanlar yalnız fərdin şüurunda mövcuddurlar. 
SOFİZM 
[yun. Sophisma – fənd, yalan, başsındırma] – ümumi qəbul olunmuş 
təsəvvürlərə zidd hər hansı cəfəngiyatı, yaxud paradoksal müddəanı əsaslandıran 
mühakimə və ya nəticə. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə